"Elektrik qurğularına xidmət və elektrik montyoru" peşəsi üzrə hazırlıq kursunun tədrisi başlandı

Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində "Elektrik qurğularına xidmət və elektrik montyoru"  peşəsi üzrə hazırlıq kursunun tədrisinə başlandı.2 ay davam edəcək kurs müddətində  müsahibədən müvəffəqiyyətlə keçən 12 müdavimə lazımi nəzəri biliklər tədris ediləcək, istehsalat təcrübəsi keçmələrinə şərait yaradılacaq. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar "Azərbaycan Dəmir Yolları" QSC-də işlə təmin olunacaqlar.

Daha Ətraflı

"Qəbul vaxtı" verilişinin bu dəfəki qonağı Ramin Cəfərov olacaq

Dövlət Məşğulluq Agentliyi və “Araz FM”-in birgə əməkdaşlığı ilə saat 14:00-da “Qəbul vaxtı” efirdə olacaq.Araz FM-də yayımlanan "Qəbul vaxtı" verilişinin bu dəfəki buraxılışında işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil olunan peşə hazırlığı kurslarına qoşulmaq üçün atılmalı olan addımlar və kursların hansı şərtlərlə həyata keçirilirdiyi barəsində məlumat veriləcək.  Verilişi 103.3 FM dalğası və “Araz FM”in rəsmi feysbuk səhifəsində dinləmək olar

Daha Ətraflı

"Azərbaycan Dəmir Yolları" QSC ilə birgə təşkil olunan peşə kursu başa çatdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan "Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru" peşəsi üzrə hazırlıq kursu başa çatıb.İlkin mərhələdə 9 işsiz şəxsin cəlb olunduğu 2 aylıq kurs müddətində müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahə üzrə istehsalat təcrübəsi keçmələri üçün də lazımi şərait yaradılıb.Kursu müvəffəqiyyətlə bitirən şəxslərə sertifikatlar təqdim olunub və onların "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində işlə təmin olunma prosesinə başlanılıb. Tədris müddəti ərzində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödənilib.Qeyd edək ki, bir müddət əvvəl Bakı Peşə Hazırlığı Mərkəzi ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında Memorandum imzalanıb. Sənədə əsasən tərəflər işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi,  onların peşə hazırlığı kurslarına cəlb olunması və  ixtisaslı kadr kimi əmək bazarına inteqrasiya olunması istiqamətində əməkdaşlıq edəcək.    

Daha Ətraflı

“Tikiş avadanlıqlarının operatoru, tikişçi" peşə hazırlığı kursu başlandı

Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində  “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursu başlandı.14 nəfərdən ibarət qrupun nəzəri və təcrübi kursu iki ay davam edəcək. Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş  işsiz vətəndaşlar, Bakı Peşə Hazırlıq Mərkəzi, Abşeron-Xızı Regional Məşğulluq filialınıngöndərişi əsasında  Alyans Tekstil MMC ilə birgə təşkil etdiyi kurslarda  iştirak etmək üçün seçimlərdən keçib. Kursun keçirildiyi iki ay müddətində müdavimər təqaüd alır, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Alyans Tekstil MMC-də işlə təmin olunacaq.  Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə və Regional Məşğulluq Filiallarına  müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.

Daha Ətraflı
“Tikiş avadanlıqlarının operatoru, tikişçi

“Xalçaçı” peşə hazırlığı kursu yekunlaşdı

Quba-Xaçmaz Regional Məşğulluq filialı ilə fiziki şəxs-fərdi sahibkar Məmmədova Humayə Muxtar qızı arasında imzalanan müqaviləyə əsasən, Bakı Peşə Hazırlığı Mərkəzi “Xalçaçı” peşə hazırlığı kursu təşkil etdi. Tədris müddəti 3 ay olan peşə hazırlığı kursuna 12 işsiz statusu olan vətəndaş cəlb olunmuşdu, 11 nəfər buraxılış imtahanını müvəffəqiyyətlə verərək məzun oldu. 08.08.2022-31.10.2022 tarixlərdə keçirilən kursda peşəkar mütəxəssislər tərəfindən nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunurdu.Peşə hazırlığı kursunu müvəffəqiyyətlə bitirən şəxslər müvafiq sahədə  işlə təmin olunacaq.

Daha Ətraflı
“Xalçaçı” peşə hazırlığı kursu yekunlaşdı

“Bağban” peşə hazırlığı kursunun müdavimləri  məzun oldu

Quba-Xaçmaz Regional Məşğulluq filialının Grant Garden MMC ilə əməkdaşlığı çərçivəsində, Bakı Peşə Hazırlığı Mərkəzində “Bağban” peşə hazırlığı kursunun müdavimləri  buraxılış imtahanı verdi. 2 qrupdan ibarət olan kurslara 29 işsiz vətəndaş cəlb olunmuşdu, 26 müdavim məzun oldu.05.09.2022-ci il tarixində başlanan, nəzəri təlim, istehsalat təlimi və istehsalat təcrübəsindən ibarət olan kurslar 31.10.2022-tarixində yekunlaşdı. Bu  müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olundu, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar işlə təmin olunacaq. 

Daha Ətraflı
“Bağban” peşə hazırlığı kursunun müdavimləri  məzun oldu

Haqqımızda

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların səmərəliliyini təmin etmək üçün ilk növbədə əhalinin iqtisadiyyatın müxtəlif sahələrində çalışa biləcək ixtisaslı və peşəkar kadrların hazırlanmasına ciddi ehtiyac duyulur. Qabaqcıl beynəlxalq təcrübə əsasında müvafiq mütəxəssisləri hazırlamaq və onların bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi yaradılmışdır.

Dövlət Məşğulluq Mərkəzlərində işsiz kimi qeydiyyata alınmış vətəndaşlar peşə və ya ixtisaslara malik olmadıqda, yaxud peşə vərdişlərinə uyğun gələn iş tapılmadığı halda onlar üçün əmək bazarına çıxış imkanına yiyələnmələri məqsədilə işəgötürənlərin mövcud tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edir.Bakı Peşə Hazırlığı Mərkəzi vasitəsilə işçi heyətin bilik və bacarıqlarının artırılması, eləcə də müasir əmək bazarın tələblərinə cavab verən, ölkə üçün mühüm əhəmiyyət kəsb edən yüksək keyfiyyətli ixtisaslı kadrların hazırlanması nəzərdə tutulmuşdur ki, bu da ölkənin həm iqtisadiyyatının inkişafında, həm də məşğulluğun artırılmasında mühüm rol oynayacaq.

Dövlət Məşğulluq Agentliyinə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlar Bakı Peşə Hazırlığı Mərkəzində xüsusi təlim keçdikdən sonra kursu bitirmələri haqda sertifikat əldə edib işlə təmin olunur. Hər ixtisas üçün təyin olunan kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir.

Bakı Peşə Hazırlığı Mərkəzində təşkil olunan təqaüdlü peşə hazırlığı kurslarına qeydiyyatdan keçmək üçün vətəndaşlar Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə Məşğulluq Mərkəzi filiallarına və “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçməlidir.

Daha Ətraflı
Haqqımızda

ISO ( Keyfiyyətə Təminat )

ISO - keyfiyyətə təminat
ISO - keyfiyyətə təminat

Bu gün məhsulun qiyməti bazarda tənzimlənir və tələbatın təmin edilib – edilməməsi qərarını söz sahibi olan müştəri verir. Fəaliyyət sahəsindən asılı olmayaraq, müəssisələr daim inkişaf etmək, yalnız daxili bazarda deyil, eyni zamanda dünya bazarında da rəqabət qabiliyyətinə malik olmaq istiqamətində daim yollar arayırlar.Burada əsas yollardan və şərtlərdən biri istər daxili bazarda,istərsə də dünya bazarında rəqabətlik qabiliyyətinə davam gətirmək üçün ilk versiyası Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO İnternational Organization for Standardization) tərəfindən işlənib hazırlanmış və dünyanın qabaqcıl ölkələrində tətbiq edilən ən nüfuzlu standart kimi qəbul edilən İSO seriyalı idarəetmə sistemlərinin müəssisədə tətbiqi və müvafiq sertifikatların alınmasıdır. Belə ki,beynəlxalq standartların tətbiqi ilə:✓ daxili və xarici bazarda müəssisənin imicinin formalaşması;✓ idarəetmədə daha müasir metodların tətbiq edilməsi;✓ sifarişçilər üçün etibarlı tərəf müqabili olmaq;✓ daha böyük və məsuliyyətli işlərin həyata keçirilməsi;✓ sifarişçilərin tələblərinə uyğun sənədləşdirmə işlərinin aparılması;✓ işləri təhlükəsiz,  ətraf mühitə ziyan vurmadan  və  keyfiyyətlə yerinə  yetirmək;✓ bütün fəaliyyətə tam nəzarət etmək imkanı;✓ bütün işçi personalın öz bacarıq və qabiliyyətini nümayiş etdirməsi;✓ uyğunsuzluqların vaxtında aşkar edilməsi və aradan qaldırılması;✓ komanda şəklində işləmək bacarığı;✓ vaxta qənaət;✓ sifarişçi məmnuniyyətinin qazanılması və s. kimi məsələlər öz həllini tapır.İdarəetmədə mövcud olan bütün boşluqların aradan qaldırılması, tənzimlənməsi və inkişafa nail olunmasının yeganə yollarından biri də beynəlxalq standartların tətbiqidir. Müəssisənin siyasətinə və sifarişçi tələblərinə uyğun olaraq nəticələri əldə etmək üçün məqsədlər və proseslər yaradılmalıdır. Müasir dövrdə satış bazarının hansısa bir hissəsini əldə etmək üçün əsas şərt – keyfiyyətdir. Yalnız keyfiyyət, məhsulun rəqabət qabiliyyətini yüksəldir. Keyfiyyəti idarəetmənin ən əsas hədəflərindən biri müəssisənin fəaliyyətinin müştərilərin istək və tələbləri üzərində qurmaqla, onların məmnunluğunun təmin edilməsidir. Standartda “müştəri məmnunluğu” əsas tələb kimi irəli sürülür və bu məsələyə diqqət yönəldilir.İSO seriyalı idarəetmə sistemləri içində ən tələbolunan İSO 9001 – Keyfiyyət İdarəetmə Sistemidir. Hər bir təşkilata ehtiyac duyulan beynəlxalq standartlardan mühümləri içərisində yer alır. Çünki hal - hazırki dövrdə inkişaf etmiş müəssisələr, iki analoji məhsul istehsal edən şirkətlərdən keyfiyyət sisteminə İSO sertifikatı əldə etmiş təşkilata üstünlük verirlər. İSO 9001 müasir bazar iqtisadiyyatı sistemində ən güclü marketinq aləti kimi istifadə olunur.KEYFİYYƏT SİSTEMİ NƏ DEMƏKDİR?İSO silsiləsindən olan standartlar Beynəlxalq Standartlaşdırma Təşkilatı (International Organization for Standardization, ISO) tərəfindən işlənib hazırlanmışdır.Mahiyyətcə KS şirkətin keyfiyyətinin idarəetməsi üzrə aşağıdakıları özündə birləşdirən sistemdir: bir-birinə qarşılıqlı təsir göstərən proseslər və prosedurlar, səriştəli heyət, təşkilati və texnoloji tədbirlər, planlar, sənədlər... Yəni təşkilatın öz fəaliyyəti məqsədlərinə nail olmaq üçün həyati dərəcədə ehtiyac duyduğu hər şey. İSO yə uyğun gələn keyfiyyəti idarəetmə sistemi bütün maraqlanan tərəflərə (istehlakçılar, səhmdarlar, rəhbərlik, heyət, cəmiyyət, tərəfdaşlar və s.) fayda və mənfəət verir və istehlakçıların razılıq dərəcəsinin yüksəlməsinə xidmət edir.KEYFİYYƏT SİSTEMİ (KS)Keyfiyyət Sistemi (KS) – Təşkilatın rəhbərliyi və müdiriyyəti üçün keyfiyyət üzrə idarəetmə sistemidir.İSO standartları və onların sahə analoqları Azərbaycanda getdikcə daha geniş yayılırlar. Bu, bir sıra amil ilə əlaqədardır: rəhbərliyin şirkətin fəaliyyətini yaxşılaşdırmağa və mövcud idarəetmə sisteminin məhsuldarlığını artırmağa can atması, xarici tərəfdaşların və istehlakçıların tələbləri, tenderlərin şərtləri və həmin şərtlərin ən əsaslarından biri olaraq, İSO standartına və ya onun sahə analoqlarına uyğunluğun sertifikatlaşdırılması və bir çox digər amil və onların məcmusu. İstənilən halda, keyfiyyəti idarəetmə sistemini yaradarkən, təşkilat fayda və mənfəətlər qazanır.İSO – (International Organization for Standardization) KEYFİYYƏTİ SİSTEMİ NƏ DEMƏKDİR?İSO 9001İSO 9001 hər hansı bir iş və ya təşkilatda effektiv menecment təcrübəsi üçün, diqqəti müştərilərin ehtiyaclarına və ümidlərinə yönəltmək üçün səmərəli çərçivədir. O həm məhsul, həm də xidmətlərin keyfiyyətcə planlaşdırılmasına yardım edir.İSO 14001Ətraf mühit menecment sistemi üçün beynəlxalq standartlar silsiləsidir. Bu standartın məqsədi müəssisəyə ətraf mühitin qorunması və ətraf mühitin çirklənməsinin qarşısının alınması məsələləri ilə bağlı köməklik etməkdir. İSO 14001 ən çox tanınmış və qəbul edilmiş ətraf mühit menecment standartıdır. İSO 14001 sertifikatı ilə təsdiqlənmə daha geniş surətdə istehlakçılar tərəfindən, xüsusilə də Avropa istehlakçıları tərəfindən tələb edilməkdədir. İSO 45001Təşkilatın peşə təhlükəsizliyi menecment sisteminin əsas məqsədi etibarlı və təhlükəsiz iş mühiti yaratmaq, qəzalardan yayınmaq və yüksək səviyyəli iş təhlükəsizliyini təmin etməkdir.Peşə təhlükəsizliyi üçün ən mühüm prinsip və tələblər sağlamlıq və təhlükəsizliklə bağlı qanunvericilikdə öz əksini tapmış məcburi tələblərdən ibarətdir.   

Daha ətraflı
Sertifikatlaşdırma
Sertifikatlaşdırma

ISO standartı, Keyfiyyət Sistemi ilə əlaqədar əsas tələbləri açıqlayan millətlər arası bir referansdır. Bununla birlikdə bu standardlar, ancaq əlaqədar quruluşun mövcud strukturuna, sektoruna, müştəri strukturuna və səviyyəsinə uyğun olaraq yaradılmalı və tətbiq olunmalıdır. ISO Keyfiyyət Sistemini qurmaq qovluqlarin içində yazılı olan bəzi prosedurlara sahib olmaq demək deyil. Lazımi prosedurları yazılı olaraq müəyyən etmək də vacibdir. Lakin firmanıza təqdim etdiyimiz məsləhət dəstəyində KS`nin şüurlu və təsirli olaraq qurulması ilə konkret və ölçülə bilən yardım göstərəcəyini hədəflədiyimiz mövzularımız bunlardır:- Keyfiyyət Sistemi fəlsəfəsi və prinsiplərinin rəhbərlər və işçilər tərəfindən tanınması- Tətbiq edilməsi nəzərdə tutulan tələblərin iş alışqanlıqlarına çevrilməsi və tətbiq edilməsi- Həyata keçirilən KS qurma çalışmalarının məhsuldarlıq, təsirlilik, maliyyət anlayışı, müştəriyə yönəlmə, prosesə münasibət nöqteyi nəzərdən konkret yardım göstərməsi- Qurulan KS`nin inkişaf etdirmə qrupları, məsləhət sistemləri və keyfiyyət və sahiblənmə anlayışı sayəsində davamlı inkişaf etdirməyə hazir olmasıKeyfıyyət Sistemi Məsləhəti, aşağıdakı mərhələlərdən ibarətdir:1. İlk qiymətləndirmə2. Layihə heyətinin qurulması3. Əsas bilik vermə seminarları ( İdarəetmə, layihə heyəti və digər əməkdaşlar )4. Tədris ehtiyaclarının müəyyən olunması və planlaşdırılması5. Layihənin planlaması və xəbər verilməsi6. Sənədləşmə sistemi 7. Daxili nəzarət seminarı8. Daxili nəzarət tətbiq etmə9. Son qiymətləndirməyə nəzarətMƏSLƏHƏT PROSESİNDƏ İŞ ARDICILLIĞIMIZI. HAZIRLIQ1. Sizi dinləyirik, problemlərinizi, məqsədlərinizi öyrənirik, fəaliyyətlərinizi müşahidə edirik. Düzəliş və tətbiq etmə üçün zəruri şərtləri və şəraitin kifayətliliyini və fürsətləri araşdırırıq.2. Məlumatları təhlil edirik, fikirləşirik, həll yolu və ya model təkliflər hazırlayıb sizə təqdim edirk.II. PLANLAŞDIRMA1. Məqsədə nail olmaq üçün zəruri və uyğun alternativləri sizinlə birlikdə meydana gətiririk.2. Çalışmaları aparmaq üçün idarəetmə və əməliyyat səviyyəsində qruplar təşkil edirik. Məqsədimiz bilik və təcrübə atmosferində müştərək bir bölüşmə ruhuna nail olmaqdır.3. Yerinə yetiriləcək fəaliyyətləri bütöv şəkildə və təfərrüatı ilə birlikdə planlaşdırırıq.III. TƏTBİQ ETMƏ1. Planlaşdırılan işləri tətbiq edirik.2. Qrup çalışması üçün münasib şəraiti yaradırıq. Tətbiq etmə məsələlərini həll edən qruplara alt layihələrin tətbiqini həvalə edirik.3. İrəliləməni və müvəffəqiyyətin səviyyəsini yoxlayırıq.IV. NƏZARƏT1. Müntəzəm olaraq qruplarla və yuxarı səviyyədəki idarəçilərlə birlikdə yenilikləri müşahidə edirik. Zəruri hesab etdiyimiz düzəlişləri yerinə yetiririk.2. Uğurlarımızı bölüşürük.

Daha ətraflı

Xəbərlər

"Elektrik qurğularına xidmət və elektrik montyoru" peşəsi üzrə hazırlıq kursunun tədrisi başlandı

Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində "Elektrik qurğularına xidmət və elektrik montyoru"  peşəsi üzrə hazırlıq kursunun tədrisinə başlandı.2 ay davam edəcək kurs müddətində  müsahibədən müvəffəqiyyətlə keçən 12 müdavimə lazımi nəzəri biliklər tədris ediləcək, istehsalat təcrübəsi keçmələrinə şərait yaradılacaq. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar "Azərbaycan Dəmir Yolları" QSC-də işlə təmin olunacaqlar.

28.11.2022
"Qəbul vaxtı" verilişinin bu dəfəki qonağı Ramin Cəfərov olacaq

Dövlət Məşğulluq Agentliyi və “Araz FM”-in birgə əməkdaşlığı ilə saat 14:00-da “Qəbul vaxtı” efirdə olacaq.Araz FM-də yayımlanan "Qəbul vaxtı" verilişinin bu dəfəki buraxılışında işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil olunan peşə hazırlığı kurslarına qoşulmaq üçün atılmalı olan addımlar və kursların hansı şərtlərlə həyata keçirilirdiyi barəsində məlumat veriləcək.  Verilişi 103.3 FM dalğası və “Araz FM”in rəsmi feysbuk səhifəsində dinləmək olar

24.11.2022
"Azərbaycan Dəmir Yolları" QSC ilə birgə təşkil olunan peşə kursu başa çatdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan "Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru" peşəsi üzrə hazırlıq kursu başa çatıb.İlkin mərhələdə 9 işsiz şəxsin cəlb olunduğu 2 aylıq kurs müddətində müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahə üzrə istehsalat təcrübəsi keçmələri üçün də lazımi şərait yaradılıb.Kursu müvəffəqiyyətlə bitirən şəxslərə sertifikatlar təqdim olunub və onların "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində işlə təmin olunma prosesinə başlanılıb. Tədris müddəti ərzində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödənilib.Qeyd edək ki, bir müddət əvvəl Bakı Peşə Hazırlığı Mərkəzi ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında Memorandum imzalanıb. Sənədə əsasən tərəflər işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi,  onların peşə hazırlığı kurslarına cəlb olunması və  ixtisaslı kadr kimi əmək bazarına inteqrasiya olunması istiqamətində əməkdaşlıq edəcək.    

24.11.2022
“Tikiş avadanlıqlarının operatoru, tikişçi
“Tikiş avadanlıqlarının operatoru, tikişçi" peşə hazırlığı kursu başlandı

Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində  “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursu başlandı.14 nəfərdən ibarət qrupun nəzəri və təcrübi kursu iki ay davam edəcək. Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş  işsiz vətəndaşlar, Bakı Peşə Hazırlıq Mərkəzi, Abşeron-Xızı Regional Məşğulluq filialınıngöndərişi əsasında  Alyans Tekstil MMC ilə birgə təşkil etdiyi kurslarda  iştirak etmək üçün seçimlərdən keçib. Kursun keçirildiyi iki ay müddətində müdavimər təqaüd alır, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Alyans Tekstil MMC-də işlə təmin olunacaq.  Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə və Regional Məşğulluq Filiallarına  müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.

15.11.2022

Əlaqə

Görüş üçün müraciət
Əlaqə məlumatları
+994 12 561 41 10
+994 55 900 18 61
Bakı şəh. Səttar Bəhlulzadə küçəsi 44.
bphm@sosial.gov.az

Faydalı keçidlər

Whatsapp Zəng et