“Çağrı mərkəzi üzrə operator” peşə hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim olundu

Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzinin “Gözdən Əlillər Cəmiyyəti” ilə əməkdaşlığı çərçivəsində təşkil olunan 2 aylıq “Çağrı mərkəzi üzrə operator” peşə hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim olundu. 22. 02. 2023 tarixində başlanıb 03. 05. 2023 tarixində yekunlaşan peşə hazırlığı kursuna 15 nəfər işsiz statusu olan Cəmiyyət üzvü cəlb olunmuşdu. Peşə hazırlığı keçdikləri müddətdə onlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilirdi. Müdavimlərin hər biri buraxılış imtahanını müvəffəqiyyətlə verərək məzun oldu. Hazırda onların əmək bazarına qazandırılması üçün işəgötürənlərlə iş aparılır. 

Daha Ətraflı
“Çağrı mərkəzi üzrə operator” peşə hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim olundu

Xaçmazda "Ofisiant" peşəsi üzrə kurs yekunlaşdı

Quba-Xaçmaz Regional Məşğulluq filialının göndərişi əsasında Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən Xaçmaz rayonunda təşkil olunan "Ofisiant" peşəsi üzrə kurs yekunlaşdı.Quba-Xaçmaz Regional Məşğulluq filialı ilə “El Faro” MMC-nin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa işəgötürənin meyarları əsasında seçim aparılmaqla 10 işsiz şəxs cəlb edilmişdi.Nəzəri biliklərin tədrisi ilə bərabər müdavimlər gələcək iş yeri olan “El Faro” MMC-də istehsalat təcrübəsi keçdi.Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vuran 9 nəfər  müvafiq sahə üzrə əmək fəaliyyətinə başlayacaq.Qeyd edək ki, müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödənilirdi. 

Daha Ətraflı
Xaçmazda

Qubada "Otel xadiməsi'" peşəsi üzrə hazırlıq kursu yekunlaşdı

Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil olunan "Otel xadiməsi'" peşəsi üzrə hazırlıq kursu yekunlaşdı.Quba-Xaçmaz Regional Məşğulluq filialının “Quba Palace” ilə əməkdaşlığı çərçivəsində 03.05.2023 tarixində təşkil edilən kursa işəgötürənin meyarları əsasında seçim aparılmaqla 14 işsiz şəxs cəlb edilmişdi, 11 nəfər buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun oldu.        Tədris müddətində müdavimlərə ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilirdi, buraxılış imtahanını uğurla başa vuran vətəndaşlar peşə hazırlığı keçdikləri sahə üzrə “Quba Palace”-da əmək fəaliyyətinə başlayacaq. 

Daha Ətraflı
Qubada

14 məzun “ESEN Tekstile” MMC-də işlə təmin olunacaq

Bakı Peşə Hazırlığı Mərkəzi ilə “ESEN Tekstile” MMC əməkdaşlığı çərçivəsində işsiz şəxslər üçün 30.03.2022 tarixində  təşkil olunan "Tikiş avadanlıqlarının operatoru, tikişçi" peşə hazırlığı kursunun müdavimləri buraxılış imtahanı verdi. 31.05.2023 tarixində yekunlaşan peşə hazırlığı kursunun müdavimləri, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 20 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu, 15 nəfər imtahanda iştirak etdi onlardan 1 müdavim imtahanlarda uğursuz nəticə göstərdiyi üçün məzun ola bilmədi.Kursun keçirildiyi 2 ay müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödənildi, buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun olan müdavimlər dövlət nümunəli sertifikat alaraq müvafiq sahədə işlə təmin olunacaq.   

Daha Ətraflı
14 məzun  “ESEN Tekstile” MMC-də işlə təmin olunacaq

“Proqramla idarə olunan dəzgah  operatoru” kursunun təlimlərinə başlandı

Dövlət Məşğulluq Agentliyi nəzdində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzində  “Proqramla idarə olunan dəzgah  operatoru”  kursunun təlimlərinə başlandı.“Qafqaz Konserv Zavodu” MMC  ilə əməkdaşlıq çərçivəsində təşkil olunan kurslarda ümumilikdə 10 müdavim peşə hazırlığı alacaq.Kurs zamanı iştirakçılara nəzəri biliklər aşılanır və istehsalat təcrübəsinə cəlb olunacaq. 2 ay davam edəcək kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək və kursu müvəffəqiyyətlə bitirən şəxslər  “Qafqaz Konserv Zavodu” MMC iş ilə təmin olunacaq.

Daha Ətraflı
“Proqramla idarə olunan dəzgah  operatoru”  kursunun təlimlərinə başlandı

8 məzunumuz "Baku Electronics" MMC-də işlə təmin olunacaq

Dövlət Məşğulluq Agentliyi ilə "Baku Electronics" MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" istiqaməti üzrə kursun ilk qrupu üçün Bakı Peşə Hazırlıq Mərkəzində təşkil olunan  peşə hazırlığı kursu yekunlaşdı. “İşsiz” statusu olan vətəndaşların qatıldığı müsahibədən uğurla keçən 9 müdavim “Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi xəzinədar" peşəsi üzrə nəzəriyyə və təcrübə təlimi almaq üçün seçimlərdən keçmişdi. Buraxılış imtahanını müvəffəqiyyətlə verən 8 nəfər məzun oldu. 30.03.2023-cü il tarixində açılışı olan 2 aylıq peşə hazırlığı kursu 31.05.2023 tarixində yekunlaşdı.  Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olundu. Buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar  "Baku Electronics" MMC-də işlə təmin olunacaq.

Daha Ətraflı
8 məzunumuz 

Haqqımızda

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların səmərəliliyini təmin etmək üçün ilk növbədə əhalinin iqtisadiyyatın müxtəlif sahələrində çalışa biləcək ixtisaslı və peşəkar kadrların hazırlanmasına ciddi ehtiyac duyulur. Qabaqcıl beynəlxalq təcrübə əsasında müvafiq mütəxəssisləri hazırlamaq və onların bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi yaradılmışdır.

Dövlət Məşğulluq Mərkəzlərində işsiz kimi qeydiyyata alınmış vətəndaşlar peşə və ya ixtisaslara malik olmadıqda, yaxud peşə vərdişlərinə uyğun gələn iş tapılmadığı halda onlar üçün əmək bazarına çıxış imkanına yiyələnmələri məqsədilə işəgötürənlərin mövcud tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edir.Bakı Peşə Hazırlığı Mərkəzi vasitəsilə işçi heyətin bilik və bacarıqlarının artırılması, eləcə də müasir əmək bazarın tələblərinə cavab verən, ölkə üçün mühüm əhəmiyyət kəsb edən yüksək keyfiyyətli ixtisaslı kadrların hazırlanması nəzərdə tutulmuşdur ki, bu da ölkənin həm iqtisadiyyatının inkişafında, həm də məşğulluğun artırılmasında mühüm rol oynayacaq.

Dövlət Məşğulluq Agentliyinə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlar Bakı Peşə Hazırlığı Mərkəzində xüsusi təlim keçdikdən sonra kursu bitirmələri haqda sertifikat əldə edib işlə təmin olunur. Hər ixtisas üçün təyin olunan kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir.

Bakı Peşə Hazırlığı Mərkəzində təşkil olunan təqaüdlü peşə hazırlığı kurslarına qeydiyyatdan keçmək üçün vətəndaşlar Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə Məşğulluq Mərkəzi filiallarına və “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçməlidir.

Daha Ətraflı
Haqqımızda

ISO ( Keyfiyyətə Təminat )

ISO - keyfiyyətə təminat
ISO - keyfiyyətə təminat

Bu gün məhsulun qiyməti bazarda tənzimlənir və tələbatın təmin edilib – edilməməsi qərarını söz sahibi olan müştəri verir. Fəaliyyət sahəsindən asılı olmayaraq, müəssisələr daim inkişaf etmək, yalnız daxili bazarda deyil, eyni zamanda dünya bazarında da rəqabət qabiliyyətinə malik olmaq istiqamətində daim yollar arayırlar.Burada əsas yollardan və şərtlərdən biri istər daxili bazarda,istərsə də dünya bazarında rəqabətlik qabiliyyətinə davam gətirmək üçün ilk versiyası Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO İnternational Organization for Standardization) tərəfindən işlənib hazırlanmış və dünyanın qabaqcıl ölkələrində tətbiq edilən ən nüfuzlu standart kimi qəbul edilən İSO seriyalı idarəetmə sistemlərinin müəssisədə tətbiqi və müvafiq sertifikatların alınmasıdır. Belə ki,beynəlxalq standartların tətbiqi ilə:✓ daxili və xarici bazarda müəssisənin imicinin formalaşması;✓ idarəetmədə daha müasir metodların tətbiq edilməsi;✓ sifarişçilər üçün etibarlı tərəf müqabili olmaq;✓ daha böyük və məsuliyyətli işlərin həyata keçirilməsi;✓ sifarişçilərin tələblərinə uyğun sənədləşdirmə işlərinin aparılması;✓ işləri təhlükəsiz,  ətraf mühitə ziyan vurmadan  və  keyfiyyətlə yerinə  yetirmək;✓ bütün fəaliyyətə tam nəzarət etmək imkanı;✓ bütün işçi personalın öz bacarıq və qabiliyyətini nümayiş etdirməsi;✓ uyğunsuzluqların vaxtında aşkar edilməsi və aradan qaldırılması;✓ komanda şəklində işləmək bacarığı;✓ vaxta qənaət;✓ sifarişçi məmnuniyyətinin qazanılması və s. kimi məsələlər öz həllini tapır.İdarəetmədə mövcud olan bütün boşluqların aradan qaldırılması, tənzimlənməsi və inkişafa nail olunmasının yeganə yollarından biri də beynəlxalq standartların tətbiqidir. Müəssisənin siyasətinə və sifarişçi tələblərinə uyğun olaraq nəticələri əldə etmək üçün məqsədlər və proseslər yaradılmalıdır. Müasir dövrdə satış bazarının hansısa bir hissəsini əldə etmək üçün əsas şərt – keyfiyyətdir. Yalnız keyfiyyət, məhsulun rəqabət qabiliyyətini yüksəldir. Keyfiyyəti idarəetmənin ən əsas hədəflərindən biri müəssisənin fəaliyyətinin müştərilərin istək və tələbləri üzərində qurmaqla, onların məmnunluğunun təmin edilməsidir. Standartda “müştəri məmnunluğu” əsas tələb kimi irəli sürülür və bu məsələyə diqqət yönəldilir.İSO seriyalı idarəetmə sistemləri içində ən tələbolunan İSO 9001 – Keyfiyyət İdarəetmə Sistemidir. Hər bir təşkilata ehtiyac duyulan beynəlxalq standartlardan mühümləri içərisində yer alır. Çünki hal - hazırki dövrdə inkişaf etmiş müəssisələr, iki analoji məhsul istehsal edən şirkətlərdən keyfiyyət sisteminə İSO sertifikatı əldə etmiş təşkilata üstünlük verirlər. İSO 9001 müasir bazar iqtisadiyyatı sistemində ən güclü marketinq aləti kimi istifadə olunur.KEYFİYYƏT SİSTEMİ NƏ DEMƏKDİR?İSO silsiləsindən olan standartlar Beynəlxalq Standartlaşdırma Təşkilatı (International Organization for Standardization, ISO) tərəfindən işlənib hazırlanmışdır.Mahiyyətcə KS şirkətin keyfiyyətinin idarəetməsi üzrə aşağıdakıları özündə birləşdirən sistemdir: bir-birinə qarşılıqlı təsir göstərən proseslər və prosedurlar, səriştəli heyət, təşkilati və texnoloji tədbirlər, planlar, sənədlər... Yəni təşkilatın öz fəaliyyəti məqsədlərinə nail olmaq üçün həyati dərəcədə ehtiyac duyduğu hər şey. İSO yə uyğun gələn keyfiyyəti idarəetmə sistemi bütün maraqlanan tərəflərə (istehlakçılar, səhmdarlar, rəhbərlik, heyət, cəmiyyət, tərəfdaşlar və s.) fayda və mənfəət verir və istehlakçıların razılıq dərəcəsinin yüksəlməsinə xidmət edir.KEYFİYYƏT SİSTEMİ (KS)Keyfiyyət Sistemi (KS) – Təşkilatın rəhbərliyi və müdiriyyəti üçün keyfiyyət üzrə idarəetmə sistemidir.İSO standartları və onların sahə analoqları Azərbaycanda getdikcə daha geniş yayılırlar. Bu, bir sıra amil ilə əlaqədardır: rəhbərliyin şirkətin fəaliyyətini yaxşılaşdırmağa və mövcud idarəetmə sisteminin məhsuldarlığını artırmağa can atması, xarici tərəfdaşların və istehlakçıların tələbləri, tenderlərin şərtləri və həmin şərtlərin ən əsaslarından biri olaraq, İSO standartına və ya onun sahə analoqlarına uyğunluğun sertifikatlaşdırılması və bir çox digər amil və onların məcmusu. İstənilən halda, keyfiyyəti idarəetmə sistemini yaradarkən, təşkilat fayda və mənfəətlər qazanır.İSO – (International Organization for Standardization) KEYFİYYƏTİ SİSTEMİ NƏ DEMƏKDİR?İSO 9001İSO 9001 hər hansı bir iş və ya təşkilatda effektiv menecment təcrübəsi üçün, diqqəti müştərilərin ehtiyaclarına və ümidlərinə yönəltmək üçün səmərəli çərçivədir. O həm məhsul, həm də xidmətlərin keyfiyyətcə planlaşdırılmasına yardım edir.İSO 14001Ətraf mühit menecment sistemi üçün beynəlxalq standartlar silsiləsidir. Bu standartın məqsədi müəssisəyə ətraf mühitin qorunması və ətraf mühitin çirklənməsinin qarşısının alınması məsələləri ilə bağlı köməklik etməkdir. İSO 14001 ən çox tanınmış və qəbul edilmiş ətraf mühit menecment standartıdır. İSO 14001 sertifikatı ilə təsdiqlənmə daha geniş surətdə istehlakçılar tərəfindən, xüsusilə də Avropa istehlakçıları tərəfindən tələb edilməkdədir. İSO 45001Təşkilatın peşə təhlükəsizliyi menecment sisteminin əsas məqsədi etibarlı və təhlükəsiz iş mühiti yaratmaq, qəzalardan yayınmaq və yüksək səviyyəli iş təhlükəsizliyini təmin etməkdir.Peşə təhlükəsizliyi üçün ən mühüm prinsip və tələblər sağlamlıq və təhlükəsizliklə bağlı qanunvericilikdə öz əksini tapmış məcburi tələblərdən ibarətdir.   

Daha ətraflı

Xəbərlər

“Çağrı mərkəzi üzrə operator” peşə hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim olundu
“Çağrı mərkəzi üzrə operator” peşə hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim olundu

Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzinin “Gözdən Əlillər Cəmiyyəti” ilə əməkdaşlığı çərçivəsində təşkil olunan 2 aylıq “Çağrı mərkəzi üzrə operator” peşə hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim olundu. 22. 02. 2023 tarixində başlanıb 03. 05. 2023 tarixində yekunlaşan peşə hazırlığı kursuna 15 nəfər işsiz statusu olan Cəmiyyət üzvü cəlb olunmuşdu. Peşə hazırlığı keçdikləri müddətdə onlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilirdi. Müdavimlərin hər biri buraxılış imtahanını müvəffəqiyyətlə verərək məzun oldu. Hazırda onların əmək bazarına qazandırılması üçün işəgötürənlərlə iş aparılır. 

02.06.2023
Xaçmazda
Xaçmazda "Ofisiant" peşəsi üzrə kurs yekunlaşdı

Quba-Xaçmaz Regional Məşğulluq filialının göndərişi əsasında Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən Xaçmaz rayonunda təşkil olunan "Ofisiant" peşəsi üzrə kurs yekunlaşdı.Quba-Xaçmaz Regional Məşğulluq filialı ilə “El Faro” MMC-nin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa işəgötürənin meyarları əsasında seçim aparılmaqla 10 işsiz şəxs cəlb edilmişdi.Nəzəri biliklərin tədrisi ilə bərabər müdavimlər gələcək iş yeri olan “El Faro” MMC-də istehsalat təcrübəsi keçdi.Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vuran 9 nəfər  müvafiq sahə üzrə əmək fəaliyyətinə başlayacaq.Qeyd edək ki, müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödənilirdi. 

02.06.2023
Qubada
Qubada "Otel xadiməsi'" peşəsi üzrə hazırlıq kursu yekunlaşdı

Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil olunan "Otel xadiməsi'" peşəsi üzrə hazırlıq kursu yekunlaşdı.Quba-Xaçmaz Regional Məşğulluq filialının “Quba Palace” ilə əməkdaşlığı çərçivəsində 03.05.2023 tarixində təşkil edilən kursa işəgötürənin meyarları əsasında seçim aparılmaqla 14 işsiz şəxs cəlb edilmişdi, 11 nəfər buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun oldu.        Tədris müddətində müdavimlərə ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilirdi, buraxılış imtahanını uğurla başa vuran vətəndaşlar peşə hazırlığı keçdikləri sahə üzrə “Quba Palace”-da əmək fəaliyyətinə başlayacaq. 

02.06.2023
14 məzun  “ESEN Tekstile” MMC-də işlə təmin olunacaq
14 məzun “ESEN Tekstile” MMC-də işlə təmin olunacaq

Bakı Peşə Hazırlığı Mərkəzi ilə “ESEN Tekstile” MMC əməkdaşlığı çərçivəsində işsiz şəxslər üçün 30.03.2022 tarixində  təşkil olunan "Tikiş avadanlıqlarının operatoru, tikişçi" peşə hazırlığı kursunun müdavimləri buraxılış imtahanı verdi. 31.05.2023 tarixində yekunlaşan peşə hazırlığı kursunun müdavimləri, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 20 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu, 15 nəfər imtahanda iştirak etdi onlardan 1 müdavim imtahanlarda uğursuz nəticə göstərdiyi üçün məzun ola bilmədi.Kursun keçirildiyi 2 ay müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödənildi, buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun olan müdavimlər dövlət nümunəli sertifikat alaraq müvafiq sahədə işlə təmin olunacaq.   

01.06.2023

Əlaqə

Görüş üçün müraciət
Əlaqə məlumatları
+994 12 561 41 10
+994 55 900 18 61
Bakı şəh. Səttar Bəhlulzadə küçəsi 44.
bphm@sosial.gov.az

Faydalı keçidlər

Whatsapp Zəng et