Peşə hazırlığı kursunu bitirdikdən sonra karyerasında uğurla addımlayan Şəhla Mehdiyeva hazırda məzunu olduğu Bakı Peşə Hazırlığı Mərkəzində baş mühasib vəzifəsində çalışır.Seçdiyi sahədə kifayət qədər təcrübə qazanan Şəhla xanımın uğur hekayəsini və gənclərə tövsiyyələrini öz dilindən dinləyək.
Aqronomiya bəşəriyyətin ən böyük problemlərindən birinin – insanların keyfiyyətli qida məhsulları ilə təmin olunması məsələsinin həllində mühüm yer tutan ixtisas sahəsidir.Bəs bu vacib öhdəliyi yerinə yetirmək üçün aqronomlar hansı bilik və bacarıqlara sahib olmalıdırlar?Siz də bu sahə üzrə peşəkar olmaq istəyirsinizsə, Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə HAzırlığı Mərkəzi tərəfindən təşkil olunan ödənişsiz peşə hazırlığı kursundan yararlanın. Peşə kursuna qatılmaq üçün qeydiyyatda olduğunuz rayon üzrə Regional Məşğulluq filialına və müvafiq DOST Mərkəzlərinə müraciət edə bilərsiniz.
Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil olunan peşə hazırlığı kurslarında iştirak edərək gələcəyinizi qura bilərsiniz.Təchizat üzrə agent📍 Dably Baku🔹 Yaş tələbi: 18-40🔹 Təhsil: Orta təhsil🔹 Kursun müddəti: 1 ayQeyd olunan peşə hazırlığı kurslarına qatılmaq üçün Bakı Regional Məşğulluq filialına müraciət edə bilərsiniz.
Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil olunan peşə hazırlığı kurslarında iştirak edərək gələcəyinizi qura bilərsiniz.Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru Azərbaycan Dəmiryol QSC🔹 Yaş tələbi: 18-50🔹 Təhsil: Orta təhsil🔹 Kursun müddəti: 2 ayQeyd olunan peşə hazırlığı kurslarına qatılmaq üçün Bakı Regional Məşğulluq filialına müraciət edə bilərsiniz.
Bakı Peşə Hazırlığı Mərkəzinin nəzdində fəaliyyət göstərən Tədrisdə Keyfiyyətə Təminat Şurasının 31.03.2023 tarixində növbəti iclası Bakı Peşə Hazırlığı Mərkəzinin inzibati binasında keçirildi.Aslan Rəhimovun sədrliyi ilə keçirilən iclasda,Tədrisdə Keyfiyyətə Təminat Şurasının tərkibinə dəyişiklik edilməsi və Müəllimlərin peşə hazırlığı kurslarına seçilməsi, cəlb edilməsi, onların əməkhaqqı məbləğinin müəyyən edilməsi ilə bağlı yeni qiymətləndirmə formasının müzakirəsi oldu.
Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzində, cari ilin ilk rübü ərzində 503 işsiz vətəndaş peşə hazırlığına cəlb olundu. Ötən 3 ay ərzində təşkil edilmiş kurslarda aşağıda qeyd olunan istiqamətlər üzrə peşə təlimi keçirilməyə başladı.“Xalçaçı”“Dərzi”“Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar”“Qrafik dizayner”“Təchizat agenti”“Proqramla idarə olunan dəzgahların operatoru”“Qənnadçı, şirniyyatçı” “Ofisant”“Qeydiyyatçı”“Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru”“Telefonçu” (çağrı mərkəzi üzrə operator)“Toxumçuluq, şitilçilik və tingçilik mütəxəssisi”“Elektrik qaz qaynaqçısı”“Mebel ustası”“Tikiş avadanlıqlarının operatoru, tikişçi”“Balıqyetişdirən”“Otel xadiməsi” (təmizlik işləri)“Xarici dil”“Aşpaz”“Avtomobil və traktorların elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik, avtomobil sürücüsü”“Xadimə” (təmizlik işləri)“Tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki”,“Qeydiyyatçı” (mehmanxanada) Dövlət Məğşulluq Agentliyində "işsiz" kimi qeydiyyata alınan vətəndaşlara 23 istiqamətdə 46 kurs təşkil edildi. Onlara, zəruri nəzəri biliklər tədris edilməklə yanaşı, öyrəndikləri peşələr üzrə təcrübə keçmələrinə də şərait yaradılır.Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim edilir və onların işlə təminatına zəmanət verilir.Tədris müddətində müdavimlərə ölkə üzrə təyin olunan minimum əməkhaqqı miqdarında aylıq təqaüd də ödənilir.
Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən Lənkəran şəhərində işsiz şəxslər üçün təşkil olunan “Qeydiyyatçı” peşə hazırlığı kursu yekunlaşdı.22.02.2023 başlanıb 30.03.2023 tarixində yekunlaşan “Qeydiyyatçı” ixtisas istiqaməti üzrə keçirilən peşə hazırlığı kursunun məzunları təlim müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd aldı, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar “TURKOM” MMC -də müvafiq sahədə işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursu başlandı.20 nəfərdən ibarət qrupun nəzəri və təcrübi kursu 30.03.2023 tarixində başlanıb, iki ay davam edəcək. Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar, Bakı Peşə Hazırlığı Mərkəzi, Abşeron-Xızı Regional Məşğulluq filialının göndərişi əsasında “ESEN TEKSTİL” MMC ilə birgə təşkil etdiyi kurslarda iştirak etmək üçün seçimlərdən keçib. Kursun keçirildiyi iki ay müddətində müdavimər təqaüd alır, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar “ESEN TEKSTİL” MMC -də işlə təmin olunacaq. Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə və Regional Məşğulluq Filiallarına müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkəzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.
Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Körpü-Bina-Tikinti" MMC əməkdaşlığı çərçivəsində Salyan şəhərində işsiz şəxslər üçün “Avtomobil və traktorların elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik, avtomobil sürücüsü” peşə hazırlığı kursu təşkil olundu. Hal-hazırda peşə hazırlığı kursuna cəlb olunan vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 5 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu.Kursun keçiriləcəyi 1 ay müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun olacaq müdavimlər "Körpü-Bina-Tikinti" MMC-də işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyi ilə "Baku Electronics" MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" istiqaməti üzrə kursun ilk qrupu üçün Bakı Peşə Hazırlıq Mərkəzində peşə hazırlığı kursu yekunlaşdı. “İşsiz” statusu olan vətəndaşların qatıldığı müsahibədən uğurla keçən 6 müdavim “Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi xəzinədar" peşəsi üzrə nəzəriyyə və təcrübə təlimi alırdı. 21.02.2023 tarixində açılışı olan 1 aylıqpeşə hazırlığı kursu müddətində müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olundu. Buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar "Baku Electronics" MMC-də işlə təmin olunacaq.
Bakı Peşə Hazırlığı Mərkəzində “Xalçaçı” peşə hazırlığı kursu yekunlaşdı. Tədris müddəti 2 ay olan peşə hazırlığı kursuna 11 işsiz statusu olan vətəndaş cəlb olunmuşdu, hər biri buraxılış imtahanını müvəffəqiyyətlə verərək məzun oldu. 24.01.2023-29.03.2023 tarixlərdə keçirilən kursda peşəkar mütəxəssislər tərəfindən nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunurdu.Peşə hazırlığı kursunu müvəffəqiyyətlə bitirən şəxslər müvafiq sahədə işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyinin Lənkəran Astara Regional Məşğulluq filialının göndərişii əsasında Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən “Dərzi” peşəsi üzrə hazırlıq kursu təşkil edilib.Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Əli-tekstil” MMC-nin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa işəgötürənin təyin etdiyi meyarlar əsasında seçim aparılmaqla 11 işsiz şəxs kursa cəlb edilib.28.03.2023 tarixində başlanan peşə hazırlığı kursu 2 ay davam edəcək. Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər müvafiq sahə üzrə əmək fəaliyyətinə başlayacaq.Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində "Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru" peşəsi üzrə hazırlıq kursu təşkil olundu. 16 işsiz şəxsin cəlb olunduğu 2 aylıq kurs müddətində müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahə üzrə istehsalat təcrübəsi keçmələri üçün də lazımi şərait yaradıldı.Kursu müvəffəqiyyətlə bitirən şəxslərə sertifikatlar təqdim olunacaq və onlar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində işlə təmin olunacaq. Tədris müddəti ərzində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.
Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursunun açılışı oldu.21 nəfərdən ibarət qrupun nəzəri və təcrübi kursu 17.03.2023 tarixində başlanıb.İki ay davam edən kurs müddətində müdavimlərə ölkə üzrə təyin olunan mininum aylıq əməkhaqqı miqdarında təqaüd ödənilirdi. İmtahanını müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Kale tekstil MMC-də işlə təmin olunacaq. Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən vətəndaşlar DOST Agentliyinə və Regional Məşğulluq Filiallarına müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.
Quba-Xaçmaz Regional Məşğulluq filialı ilə “Quba palace hotel” arasında imzalanan müqaviləyə əsasən, Bakı Peşə Hazırlığı Mərkəzi “Xarici dil” kursu təşkil etdi. 16.03.2023-cü il tarixində, ümumilikdə 9 nəfər müdavimin peşə hazırlığını keçməsi üçün qrup təşkil olundu. 3 ay davam edəcək peşə hazırlığı kursunun buraxılış imtahanı müvəffəqiyyətlə verən məzunlar “Quba palace hotel”də əmək fəaliyyətinə başlayacaq.Hal-hazırda peşə hazırlığını keçən müdavimlər, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunur. Kurslara qeydiyyat davam edir. İştirak etmək istəyən vətəndaşlar, Regional Məşğulluq Filiallarına müraciət edərək “işsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkəzində peşə hazırlığına cəlb olunur.
Quba-Xaçmaz Regional Məşğulluq filialı ilə “Quba palace hotel” arasında imzalanan müqaviləyə əsasən, Bakı Peşə Hazırlığı Mərkəzi “Aşpaz” peşə hazırlığı kursu təşkil etdi. Tədris müddəti 2 ay olan peşə hazırlığı kursuna 25 işsiz statusu olan vətəndaş cəlb olunub.16.03.2023-16.05.2023 tarixlərdə keçiriləcək kursda peşəkar mütəxəssislər tərəfindən nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunacaq.Peşə hazırlığı kursunu müvəffəqiyyətlə bitirən şəxslər müvafiq sahədə işlə təmin olunacaq.
Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən Masallıda "Xadimə'" peşəsi üzrə hazırlıq kursu təşkil edilib.Lənkəran-Astara RMF və “Bioloji Təbabət” MMC-nin Masallı filialının Davamlı İnkişaf Mərkəzi ilə əməkdaşlığı çərçivəsində təşkil edilən kursa işəğötürənin meyarları əsasında seçim aparılmaqla 5 işsiz şəxs cəlb edilib. Kurs, 15.03.2023 tarixində başlanıb, 1 ay davam edəcək. Nəzəri biliklərin tədrisindən sonra müdavimlər gələcək iş yeri- “Bioloji Təbabət” MMC-də istehsalat təcrübəsi keçəcəklər.Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər peşə hazırlığı keçdikləri sahə üzrə əmək fəaliyyətinə başlayacaq.Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.
Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən Masallıda “Tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki" peşəsi üzrə hazırlıq kursu təşkil edilib.Lənkəran-Astara Regional Məşğulluq Filialı ilə “Bioloji Təbabət” MMC-nin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa işəgötürənin meyarları əsasında seçim aparılmaqla 6 işsiz şəxs cəlb edilib. Kurs, 15.03.2023 tarixində başlanıb, 2 ay davam edəcək. Nəzəri biliklərin tədrisindən sonra müdavimlər gələcək iş yeri- “Bioloji Təbabət” MMC-nin Masallı filialının Davamlı İnkişaf Mərkəzində istehsalat təcrübəsi keçəcəklər.Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər peşə hazırlığı keçdikləri sahə üzrə əmək fəaliyyətinə başlayacaq.Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.
Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən Astarada "Ofisiant" peşəsi üzrə hazırlıq kursu təşkil edilib.Lənkəran-Astara Regional Məşğulluq Filialı ilə "OXATAN” MMC-nin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa işəğötürənin meyarları əsasında seçim aparılmaqla 20 işsiz şəxs cəlb edilib. Kurs, 13.02.2023 tarixində başlanıb, 1 ay davam edəcək. Nəzəri biliklərin tədrisindən sonra müdavimlər gələcək iş yeri- "Marsel otel"-də istehsalat təcrübəsi keçəcəklər.Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər peşə hazırlığı keçdikləri sahə üzrə əmək fəaliyyətinə başlayacaq.Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Azərbaycanın ilk təhsil yönümlü əyləncə parkı olan Kinderland-də Karyera Mərkəzi istifadəyə verilib.Mərkəzin açılış mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Paşa Holding şirkətinin İcraçı direktoru Elnur Amikişiyev, “Caspian Entertainment Company” şirkətinin direktoru Ahmet Haytaoğlu və digər qonaqlar iştirak edib. Tərəflər qarşılıqlı əməkdaşlıqdan danışaraq birgə layihələrin icrasının əhəmiyyətini qeyd ediblər. Vurğulanıb ki, Karyera Mərkəzində 4-14 yaş arası uşaqlar karyera planlaması ilə bağlı məlumatlar əldə edəcək, burada öz CV-lərini hazırlaya biləcəklər. Daha sonra Karyera Mərkəzinin xidmətləri uşaqlar tərəfindən test edilib.
Dövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzinin "Azerbaijan Supermarket” MMC ilə əməkdaşlığı çərçivəsində bir aylıq "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kursu təşkil olunub. 13.03.2023-cü il tarixində, ümumilikdə 10 nəfər müdavimin peşə hazırlığını keçməsi üçün qrup təşkil olundu. 1 ay davam edəcək peşə hazırlığı kursunun buraxılış imtahanı müvəffəqiyyətlə verən məzunlar BRAVO marketlər şəbəkəsində ərzaq və qeyri-ərzaq satıcı kassir kimi əmək fəaliyyətinə başlayacaq.Hal-hazırda peşə hazırlığını keçən müdavimlər, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunur."Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kurslarına qeydiyyat davam edir. Kurslarda iştirak etmək istəyən vətəndaşlar, DOST mərkəzlərinə və Regional Məşğulluq Filiallarına müraciət edərək “işsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkəzində peşə hazırlığına cəlb olunur.
Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən Lənkəranda "Otel xadiməsi" peşəsi üzrə hazırlıq kursu təşkil edilib.Lənkəran-Astara RMF ilə "Turkom” MMC-nin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa işəğötürənin meyarları əsasında seçim aparılmaqla 12 işsiz şəxs cəlb edilib. Kurs, 10.03.2023 tarixində başlanıb, 1 ay davam edəcək. Nəzəri biliklərin tədrisindən sonra müdavimlər gələcək iş yeri- "Palıdlı sahil"-də istehsalat təcrübəsi keçəcəklər.Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər peşə hazırlığı keçdikləri sahə üzrə əmək fəaliyyətinə başlayacaq.Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.
Lənkəran-Astara Regional Məşğulluq filialının göndərişi əsasında, Bakı Peşə Hazırlığı Mərkəzi Lənkəran şəhərində “Toxumçuluq, şitilçilik və tingçilik mütəxəssisi” peşə hazırlığı kursunu təşkil etdi. 9 nəfər işsiz vətəndaş üçün təşkil olunan kurs 2 ay davam edəcək. Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olundu, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar Miran-19 MMC işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının göndərişii əsasında Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən Şirvan şəhərində "Dərzi" peşəsi üzrə hazırlıq kursu təşkil edilib.Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi ilə Fiziki şəxs - fərdi sahibkar Vəliyeva Nailə xanım arasında əməkdaşlığı çərçivəsində təşkil edilən kursa işəgötürənin təyin etdiyi meyarlar əsasında seçim aparılmaqla 8 işsiz şəxs kursa cəlb edilib.Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər müvafiq sahə üzrə əmək fəaliyyətinə başlayacaq.Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.
Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının göndərişi əsasında Bakı Peşə Hazırlığı Mərkəzində “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursunun müdavimləri buraxılış imtahanı verdi.16 nəfərdən ibarət qrupun nəzəri və təcrübi kursu 01.03.2023 tarixində yekunlaşdı. İki ay davam edən kurs müddətində müdavimlərə ölkə üzrə təyin olunan mininum aylıq əməkhaqqı miqdarında təqaüd ödənilirdi. İmtahanı müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Sumqayıt-Toxucu-Tikişçi fabrikində işlə təmin olunacaq. Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən vətəndaşlar DOST Agentliyinə və Regional Məşğulluq Filiallarına müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.
Dövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzinin "Azerbaijan Supermarket” MMC ilə əməkdaşlığı çərçivəsində bir aylıq "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kursu təşkil olunub. 27.02.2023-cü il tarixində, ümumilikdə 13 nəfər müdavimin peşə hazırlığını keçməsi üçün qrup təşkil olundu. 1 ay davam edəcək peşə hazırlığı kursunun buraxılış imtahanı müvəffəqiyyətlə verən məzunlar BRAVO marketlər şəbəkəsində ərzaq və qeyri-ərzaq satıcı kassir kimi əmək fəaliyyətinə başlayacaq.Hal-hazırda peşə hazırlığını keçən müdavimlər, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunur."Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kurslarına qeydiyyat davam edir. Kurslarda iştirak etmək istəyən vətəndaşlar, DOST mərkəzlərinə və Regional Məşğulluq Filiallarına müraciət edərək “işsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkəzində peşə hazırlığına cəlb olunur.
Quba-Xaçmaz Regional Məşğulluq filialının göndərişi əsasında, Kənd Təssərüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu və Bakı Peşə Hazırlığı Mərkəzi “Toxumçuluq, şitilçilik və tingçilik mütəxəssisi” peşə hazırlığı kursunu təşkil etdi. 12 nəfər işsiz vətəndaş üçün təşkil olunan kurs 2 ay davam edəcək. Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olundu, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar Kənd Təssərüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursu başlandı.11 nəfərdən ibarət qrupun nəzəri və təcrübi kursu 28.02.2023 tarixində başlanıb, iki ay davam edəcək. Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar, Bakı Peşə Hazırlıq Mərkəzi, Abşeron-Xızı Regional Məşğulluq filialının göndərişi əsasında Alyans Tekstil MMC ilə birgə təşkil etdiyi kurslarda iştirak etmək üçün seçimlərdən keçib. Kursun keçirildiyi iki ay müddətində müdavimər təqaüd alır, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Alyans Tekstil MMC -də işlə təmin olunacaq. Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə və Regional Məşğulluq Filiallarına müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.
Dövlət Məşğulluq Agentliyi ilə “Azerbaijan Supermarket” MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kurslarının müdavimləri məzun oldu.31.01.2023-28.02.2023 tarixlərini əhatə edən peşə hazırlığı kuru ərzində müdavimər ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüdlə təmin olunmuşdu. "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kurslarına qatılan 8 müdavimin 6-ı buraxılış imtahanını müvəffəqiyyətlə verdi. Onlar, rəsmi dövlət sertifikatı aldıqdan sonra müvafiq sahədə “Bravo” marketlər şəbəkəsində işlə təmin olunacaq.Bakı Peşə Hazırlığı Mərkəzində təqaüd alaraq əmək bazarının tələblərinə uyğun peşəyə yiyələnib, rəsmi dövlət sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən işsiz və işaxtaran vətəndaşlar, bu statusu almaq üçün öncə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi - “DOST” mərkəzlərinə və ya Regional Məşğulluq filiallarına müraciət edə bilər.
Dövlət Məşğulluq Agentliyinn tabeliyində Bakı peşə Hazırlığı Mərkəzini iki aylıq "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kursu təşkil olunub. 28.02.2023 tarixində, ümumilikdə 6 nəfər müdavimin peşə hazırlığını keçməsi üçün qrup təşkil olundu. 2 ay davam edəcək peşə hazırlığı kursunun buraxılış imtahanı müvəffəqiyyətlə verən məzunlar müvafiq sahədə əmək fəaliyyətinə başlayacaq.Hal-hazırda peşə hazırlığını keçən müdavimlər, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunacaq."Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kurslarına qeydiyyat davam edir. Kurslarda iştirak etmək istəyən vətəndaşlar, DOST mərkəzlərinə və Regional Məşğulluq Filiallarına müraciət edərək “işsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkəzində peşə hazırlığına cəlb olunur.
Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursu başlandı.18 nəfərdən ibarət qrupun nəzəri və təcrübi kursu 24.02.2023 tarixində başlanıb, iki ay davam edəcək. Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar, Bakı Peşə Hazırlıq Mərkəzinin Kale Solution MMC ilə birgə təşkil etdiyi kurslarda iştirak etmək üçün seçimlərdən keçib. Kursun keçirildiyi iki ay müddətində müdavimər təqaüd alır, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Kale Solution MMC -də işlə təmin olunacaq. Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən vətəndaşlar DOST Agentliyinə və Regional Məşğulluq Filiallarına müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.
Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində "Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru" peşəsi üzrə hazırlıq kursunun tədrisinə başlandı.2 ay davam edəcək kurs müddətində müsahibədən müvəffəqiyyətlə keçən 13 müdavimə lazımi nəzəri biliklər tədris ediləcək, istehsalat təcrübəsi keçmələrinə şərait yaradılacaq. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar "Azərbaycan Dəmir Yolları" QSC-də işlə təmin olunacaqlar.
Dövlət Məşğulluq Agentliyinin Lənkəran Astara Regional Məşğulluq filialının göndərişii əsasında Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən "Mebel ustası" peşəsi üzrə hazırlıq kursu təşkil edilib.Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Cənub-2000” MMC-nin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa işəgötürənin təyin etdiyi meyarlar əsasında seçim aparılmaqla 11 işsiz şəxs kursa cəlb edilib.Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər müvafiq sahə üzrə əmək fəaliyyətinə başlayacaq.Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.
Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzinin “ Gözdən Əlillər Cəmiyyəti ” ilə əməkdaşlığı çərçivəsində xeyriyyə məqsədilə 2 aylıq “Çağrı mərkəzi üzrə operator ” peşə hazırlığı kursu təşkil olundu.15 nəfər işsiz statusu olan Cəmiyyət üzvü qısamüddətli təlimləri bitirdikdən sonra buraxılış imtahanını müvəffəqiyyətlə keçən məzunlara rəsmi dövlət sertifikatı veriləcək və müvafiq sahədə işlə təmin olunacaq.
Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən Lənkəran şəhərində işsiz şəxslər üçün 2 qrup “Toxumçuluq, şitilçilik və tingçilik mütəxəssisi” və 1 qrup “Qeydiyyatçı” peşə hazırlığı kursu təşkil olundu Hal-hazırda peşə hazırlığı kursuna cəlb olunan vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 47 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu.Kurs müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun olacaq müdavimlər “Astara çay” MMC və “TURKOM” MMC -də işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan ödənişsiz peşə hazırlığı kurslarında iştirak edərək gələcəyinizi aşağıdakı sahələrdə qura bilərsiniz.Müraciət üçün tələb olunan əsas meyarlar:🔷Tikiş avadanlıqlarının operatoru🔶Dably Baku▪️ Yaş tələbi: 18-55 yaş▪️ Təhsil: Orta təhsil🔶Kale Tekstil▪️ Yaş tələbi: 18-55 yaş▪️ Təhsil: Orta təhsil🔷Dərzi🔶Dably Baku▪️ Yaş tələbi: 18-55 yaş▪️ Təhsil: Orta təhsil🔷Biçici🔶Kale Tekstil▪️ Yaş tələbi: 18-40 yaş▪️ Təhsil: Orta təhsil
Dövlət Məşğulluq Agentliyi ilə “Baku Electronics” MMC arasında əməkdaşlıq çərçivəsində Bakı Peşə Hazırlığı Mərkəzində satıcı peşəsi üzrə hazırlıq kursu təşkil olundu. İlkin müsahibədən uğurla keçən 6 işsiz statusu olan vətəndaş “Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar” peşəsi üzrə nəzəriyyə və təcrübə təlimi alacaq. Kursun davam edəcəyi bir ay müddətində müdavimər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar “Baku Electronics ” MMC supermarketlər şəbəkəsində işlə təmin olunacaq. Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən işsiz vətəndaşlar, işsizlik statusu almaq üçün öncə Regional Məşğulluq Filiallarına və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi- “DOST” Mərkəzlərinə müraciət edə bilər.
Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı tərəfindən işsiz şəxslər üçün “Qeydiyyatçı” peşəsi üzrə hazırlıq kursunun tədrisi başlandı. Hal-hazırda peşə hazırlığı kursuna cəlb olunan vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 9 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu. 2 ay davam edəcək kurs müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun olacaq müdavimlər ”Loqos Psixoloji Nitq Mərkəzi”ndə müvafiq sahə üzrə işlə təmin olunacaq.
Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən Lənkəran şəhərində işsiz şəxslər üçün “Ofisiant” peşə hazırlığı kursunun tədrisi başlandı. Hal-hazırda peşə hazırlığı kursuna cəlb olunan vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 20 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu.1 ay davam edəcək kurs müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun olacaq müdavimlər “Marsel otel”də işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyi tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzində 12.09.2022-dən 09.02.2023-dək keçirilən “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru” peşə hazırlığı kursunun müdavimləri buraxılış imtahanı verdi. Quba-Xaçmaz Regional Məşğulluq filialının göndərişi əsaında, “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq çərçivəsində təşkil olunan kursun yekun imtahanına 10 müdavim qatıldı. 2 ay davam edən kurs müddətində, məzunlara ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilirdi, kursu müvəffəqiyyətlə bitirən şəxslər “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən iş ilə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzinin- "Xəzər Sığorta Agentliyi" ilə əməkdaşlığı çərçivəsində "Sığorta agenti" peşə hazırlığı kursunun 10 müdavimi 10.02.2023 tarixində buraxılış imtahanı verdi.12.12.2022 tarixində başlanan peşə hazırlığı kurslarının davam etdiyi 2 ay müddətdə ölkə üzrə müəyyən olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd alan məzunlar, imtahanlardan müvəffəqiyyətlə keçərək rəsmi dövlət sertifikatı alıb "Xəzər Sığorta Agentliyi"-ndə işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində iki adda peşə hazırlıq kursunun açılışı oldu.08.02.2023-cü il tarixində başlanan kurs müddətində müsahibədən müvəffəqiyyətlə keçən müdavimlərə lazımi nəzəri biliklər tədris ediləcək, istehsalat təcrübəsi keçmələrinə şərait yaradılacaq. Salyan şəhərində keçiriləcək kurslar, “Qənnadçı-şirniyyatçı” və “Proqramla idarə olunan dəzgah operatoru” ixtisas istiqamətləri üzrə təşkil olunub, ümumilikdə 17 müdavim peşə hazırlığı keçəcək. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək. Bakı Peşə Hazırlığı Mərkəzinin işəgötürən fiziki şəxs Əliyeva Fidan Fəxrəddin qızı və “Salyan qida Məhsulları İstehsalat Kommersiya şirkəti” MMC ilə əməkdaşlığı çərçivəsində müvafiq ixtisas üzrə işlə təmin olunacaqlar.
Dövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzinin “Al Market”lə əməkdaşlığı çərçivəsində iki aylıq "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kursu təşkil olunub.Ümumilikdə 7 nəfər müdavimin peşə hazırlığını keçməsi üçün qrup təşkil olundu. 08.02.2023-cü il tarixində başlanan peşə hazırlığı kursu 2 ay davam edəcək. Buraxılış imtahanını müvəffəqiyyətlə verən məzunlar, “Al Market” mağazalarında ərzaq və qeyri-ərzaq satıcısı, kassir kimi əmək fəaliyyətinə başlayacaq.Peşə hazırlığını keçən müdavimlər, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunacaq."Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kurslarına qeydiyyat davam edir. Kurslarda iştirak etmək istəyən vətəndaşlar, yerli Regional Məşğulluq Filiallarına və DOST Mərkəzlərinə müraciət edərək “işsiz” statusu aldıqdan sonra Bakı Peşə hazırlığı Mərkəzində peşə hazırlığına cəlb olunacaq.
Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində iki adda peşə hazırlıq kursunun açılışı oldu.03.02.2023-cü il tarixində başlanan kurs müddətində müsahibədən müvəffəqiyyətlə keçən müdavimlərə lazımi nəzəri biliklər tədris ediləcək, istehsalat təcrübəsi keçmələrinə şərait yaradılacaq. Şirvan şəhərində keçiriləcək kurslar, “Təchizat agenti” və “Qrafik dizayner” ixtisas istiqamətləri üzrə təşkil olunub, ümumilikdə 15 müdavim peşə hazırlığı keçəcək. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək. Bakı Peşə Hazırlığı Mərkəzinin işəgötürən fiziki şəxs Zahidov Mahir Yasər oğlu və "Xızıroğlu" MMC ilə əməkdaşlığı çərçivəsində müvafiq ixtisas üzrə işlə təmin olunacaqlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində, Şirvan şəhərində təşkil olunan "Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru" peşəsi üzrə hazırlıq kursu başa çatıb.10 işsiz şəxsin cəlb olunduğu 2 aylıq kurs müddətində müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahə üzrə istehsalat təcrübəsi keçmələri üçün də lazımi şərait yaradıldı.Kursu müvəffəqiyyətlə bitirən şəxslərə sertifikatlar təqdim olunub və onların "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində işlə təmin olunma prosesinə başlanılıb. Tədris müddəti ərzində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödənilib.
Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzində, Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin üzvləri üçün təşkil olunan peşə hazırlığı kursu yekunlaşdı. 20.10.2022-19.12.2022- ci il tarixlərini əhatə edən 2 aylıq “Qənnadçı, şirniyyatçı” peşə hazırlığı kursuna 16 işsiz vətəndaş cəlb olunmuşdu, buraxılış imtahanını müvəffəqiyyətlə verən 13 məzuna bu gün sertifikatlar təqdim olundu.Kursun keçirildiyi iki ay müddətində müdavimər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüdlə təmin olunmuşdu. Nəzəriyyə və istehsalat təcrübəsi hissələrindən ibarət olan peşə hazırlığı kursunu bitirən məzunlar, ixtisaslaşmış kadr olaraq əmək bazarına daxil ola biləcəklər.
Dövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzinin "Azerbaijan Supermarket” MMC ilə əməkdaşlığı çərçivəsində bir aylıq "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kursu təşkil olunub. 31.01.2023 tarixində, ümumilikdə 8 nəfər müdavimin peşə hazırlığını keçməsi üçün qrup təşkil olundu. 1 ay davam edəcək peşə hazırlığı kursunun buraxılış imtahanı müvəffəqiyyətlə verən məzunlar BRAVO marketlər şəbəkəsində ərzaq və qeyri-ərzaq satıcı kassir kimi əmək fəaliyyətinə başlayacaq.Hal-hazırda peşə hazırlığını keçən müdavimlər, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunur.
Dövlət Məşğulluq Agentliyi ilə “Azerbaijan Supermarket” MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kurslarının müdavimləri məzun oldu.27.12.2022-30.01.2023 tarixlərini əhatə edən peşə hazırlığı kursları ərzində müdavimər ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüdlə təmin olunmuşdu. "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kurslarına qatılan 9 müdavimin hamısı buraxılış imtahanını müvəffəqiyyətlə verdi. Onlar, rəsmi dövlət sertifikatı aldıqdan sonra müvafiq sahədə “Bravo” marketlər şəbəkəsində işlə təmin olunacaq.Bakı Peşə Hazırlığı Mərkəzində təqaüd alaraq əmək bazarının tələblərinə uyğun peşəyə yiyələnib, rəsmi dövlət sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən işsiz və işaxtaran vətəndaşlar, bu statusu almaq üçün öncə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi - “DOST” mərkəzlərinə və ya Regional Məşğulluq filiallarına müraciət edə bilər.
Dövlət Məşğulluq Agentliyi ilə “Azerbaijan Supermarket” MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kurslarının müdavimləri məzun oldu.08.12.2022-10.01.2023 tarixlərində keçirilən peşə hazırlığı müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüdlə təmin olunmuşdu. "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kurslarına qatılan 13 müdavimdən 12 nəfəri buraxılış imtahanını müvəffəqiyyətlə verdi. Onlar, rəsmi dövlət sertifikatı aldıqdan sonra müvafiq sahədə “Bravo” marketlər şəbəkəsində işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursunun müdavimləri buraxılış imtahanı verdi.14 nəfərdən ibarət qrupun nəzəri və təcrübi kursu iki ay davam etdi, 12 nəfər məzun oldu.Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar, Bakı Peşə Hazırlıq Mərkəzi, Abşeron-Xızı Regional Məşğulluq filialınıngöndərişi əsasında Alyans Tekstil MMC ilə birgə təşkil etdiyi kurslarda iştirak etmək üçün seçimlərdən keçmişdi. Kursun keçirildiyi iki ay müddətində müdavimər təqaüd alır, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Alyans Tekstil MMC-də işlə təmin olunacaq. Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə və Regional Məşğulluq Filiallarına müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyi tabeliyində, ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi olan Bakı Peşə Hazırlığı Mərkəzi fəaliyyətində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001 (əməyin təhlükəsizliyi sistemi) standartlarının tələblərini təmin edərək əmək bazarının tələblərinə görə 175 prioritet istiqamət üzrə peşə hazırlığı kursu təşkil edir.Cari 2022-ci il ərzində Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən 1086 nəfər vətəndaş peşə hazırlığı kurslarına cəlb olunmuşdu. “Qənnadçı, şirniyyatçı”, “İstilik şəbəkəsi avadanlıqlarının təmiri üzrə çilingər”, “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru”, “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı nəzarətçi xəzinədar”, “Dərzi” ,”Mühafizəçi”, “Alətçi-çilingər”, “Dayə”, “Mobil telefonların təmiri ustası”,”Alətçi-çilingər”, “BackEnd Developer”, “Minaaxtaran”,”Bağban”, “Proqramla idarə olunan dəzgahların operatoru”,”Vaqon baxıcısı-təmirçisi”, “Hərəkət tərkibinin təmiri çilingəri”,“Ərzaq və qeyri-ərzaq mallarının satıcısı nəzarətçi xəzinədar”, “Proqramla idarə olunan dəzgahların operatoru”,”Alternativ enerji qurğu və avadanlıaqların istismarı”,”Təmirçi-çilingər”,“Ərzaq və qeyri-ərzaq mallarının satıcısı nəzarətçi xəzinədar”,”Bağban”,”Təchizat üzrə agent”,”Dərzi”, “Xalçaçılıq”,”Ofisiant”,”Turizm agenti”, “Əməliyyatçı-mühasib”, “Xalçaçılıq”, “Meyvə-tərəvəz ustası”,”Tikiş avadanlıqlarının operatoru, tikişçi”, “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı nəzarətçi xəzinədar”,”Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru”,”Əl elektrik qaynaq”, “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı nəzarətçi xəzinədar”, “Otel xadiməsi”, “Bağban”, “Qeydiyyatçı” ixtisasları üzrə peşə hazırlığı kursları olmaqla, ümumilikdə 88 qrup təşkil olunmuşdu. 707 nəfər buraxılış imtahanını müvəffəqiyyətlə verərək müvafiq sahədə işlə təmin olunmaq üçün göndəriş aldı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi və Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən təşkil olunan peşə hazırlığı kursları yekunlaşdı.Hacıqabul rayonunda işsiz şəxslər üçün təşkil olunan “ofisiant” , Salyanda “İstixana operatoru” peşələri üzrə kursa müsahibə mərhələsindən keçən işsiz statusu olan vətəndaşlar cəlb olunmuşdu.Bundan başqa Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən "Al Market"-lə əməkdaşlıq çərçivəsində "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kursu da təşkil olunmuşdu.Tədris müddətində iştirakçılara minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödənildi, buraxılış imtahanından müvəffəqiyyətlə keçən 14 məzun müvafiq sahədə işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzinin "Azerbaijan Supermarket” MMC ilə əməkdaşlığı çərçivəsində bir aylıq "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kursu təşkil olunub. 27.12.2022 tarixində, ümumilikdə 9 nəfər müdavimin peşə hazırlığını keçməsi üçün qrup təşkil olundu. 1 ay davam edəcək peşə hazırlığı kursunun buraxılış imtahanı müvəffəqiyyətlə verən məzunlar BRAVO marketlər şəbəkəsində ərzaq və qeyri-ərzaq satıcı kassir kimi əmək fəaliyyətinə başlayacaq.Hal-hazırda peşə hazırlığını keçən müdavimlər, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunur."Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kurslarına qeydiyyat davam edir. Kurslarda iştirak etmək istəyən vətəndaşlar, DOST mərkəzlərinə və Regional Məşğulluq Filiallarına müraciət edərək “işsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkəzində peşə hazırlığına cəlb olunur.
Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən işsiz şəxslər üçün “Qeydiyyatçı” peşəsi üzrə hazırlıq kursunun tədrisi başlandı. Hal-hazırda peşə hazırlığı kursuna cəlb olunan vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 8 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu.1 ay davam edəcək kurs müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun olacaq müdavimlər müvafiq sahə üzrə Butamed Medical MMC-də işlə təmin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsindəLənkəran şəhərində təşkil olunan "Vaqon baxıcısı-təmirçisi" peşəsi üzrə hazırlıq kursunun buraxılış imtahanı keçirildi.İlkin mərhələdə 16 işsiz şəxsin cəlb olunduğu 2 aylıq kurs müddətində müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahə üzrə istehsalat təcrübəsi keçmələri üçün də lazımi şərait yaradılıb.Kursu müvəffəqiyyətlə bitirən 14 şəxsin Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində işlə təmin olunma prosesinə başlanılıb. Tədris müddəti ərzində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödənilib.Bakı Peşə Hazırlığı Mərkəzi ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında imzalanan Memoranduma əsasən, tərəflər işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi, onların peşə hazırlığı kurslarına cəlb olunması və ixtisaslı kadr kimi əmək bazarına inteqrasiya olunması istiqamətində sıx əməkdaşlıq edəcək.
Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Aşpaz” peşəsi üzrə hazırlıq kursunun müdavimləri məzun oldu.17.10.2022 tarixində başlanıb, 2 ay davam edən kurs müddətində müsahibədən müvəffəqiyyətlə keçən müdavimlərə lazımi nəzəri biliklər tədris edildi, istehsalat təcrübəsi keçmələrinə şərait yaradıldı. Təlimlər başa çatdıqdan sonra imtahanlardan 13 nəfər müvəffəqiyyətlə keçdi. Məzunlara sertifikat təqdim ediləcək və onlar müvafiq ixtisas üzrə "ATU" Restoran və "Naves" kafedə işlə təmin olunacaqlar.
Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursu başlandı.14 nəfərdən ibarət qrupun nəzəri və təcrübi kursu 13.12.2022 tarixində başlanıb, iki ay davam edəcək. Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar, Bakı Peşə Hazırlıq Mərkəzi, Abşeron-Xızı Regional Məşğulluq filialının göndərişi əsasında Sumqayıt Tekstil MMC ilə birgə təşkil etdiyi kurslarda iştirak etmək üçün seçimlərdən keçib. Kursun keçirildiyi iki ay müddətində müdavimər təqaüd alır, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Sumqayıt Tekstil MMC -də işlə təmin olunacaq. Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə və Regional Məşğulluq Filiallarına müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.
Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində "Elektrik qurğularına xidmət və elektrik montyoru" peşəsi üzrə hazırlıq kursunun tədrisinə başlandı.2 ay davam edəcək kurs müddətində müsahibədən müvəffəqiyyətlə keçən 13 müdavimə lazımi nəzəri biliklər tədris ediləcək, istehsalat təcrübəsi keçmələrinə şərait yaradılacaq. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar "Azərbaycan Dəmir Yolları" QSC-də işlə təmin olunacaqlar.
Dövlət Məşğulluq Agentliyi ilə “Azerbaijan Supermarket” MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kurslarının müdavimləri məzun oldu.10.11.2022 tarixində başlanıb, bu gün yekunlaşan peşə hazırlığı kursunun keçirildiyi müddət ərzində müdavimər ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüdlə təmin olunmuşdu. "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kurslarına qatılan 12 müdavimdən 10-u buraxılış imtahanını müvəffəqiyyətlə verdi. Onlar, rəsmi dövlət sertifikatı aldıqdan sonra müvafiq sahədə “Bravo” marketlər şəbəkəsində işlə təmin olunacaq.Bakı Peşə Hazırlığı Mərkəzində təqaüd alaraq əmək bazarının tələblərinə uyğun peşəyə yiyələnib, rəsmi dövlət sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən işsiz və işaxtaran vətəndaşlar, bu statusu almaq üçün öncə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi - “DOST” Mərkəzlərinə və ya Regional Məşğulluq Filiallarına müraciət edə bilər.
Dövlət Məşğulluq Agentliyi ilə “Azerbaijan supermarket” MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan satıcı peşəsi üzrə hazırlıq kursu təşkil olundu. 100-ə dək “işsiz” statusu olan vətəndaşın qatıldığı müsahibədən uğurla keçən 13 müdavim “Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar” peşəsi üzrə nəzəriyyə və təcrübə təlimi alacaq. Kursun davam edəcəyi bir ay müddətində müdavimər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Bravo supermarketlər şəbəkəsində işlə təmin olunacaq. Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən işsiz vətəndaşlar , işsizlik statusu almaq üçün öncə Regional Məşğulluq Filiallarına və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi- “DOST” Mərkəzlərinə müraciət edə bilər.
Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzinin Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin üzvləri üçün təşkil etdiyi peşə hazırlığı kursu yekunlaşdı. Kursun keçirildiyi iki ay müddətində müdavimər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd aldı, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən 14 nəfər məzuna rəsmi dövlət sertifikatı təqdim olundu. Onlar, Atek Uniform və Kirpi Tekstil MMC-də işlə təmin olunacaq. Növbəti qruplar üçün də “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşə hazırlığı kursuna qeydiyyat və müsahibələr davam edir.Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi və Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən yeni kursa start verilib. Sumqayıt şəhərində işsiz şəxslər üçün təşkil olunan “Yanacaqdoldurma stansiyalarının operatoru” peşəsi üzrə kursa müsahibə mərhələsindən keçən 12 namizəd cəlb olunub. 1 ay davam edəcək tədris müddətində iştirakçılara minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar "SOCAR PETROLİUM" QSC-də işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzinin “Al Market”lə əməkdaşlığı çərçivəsində iki aylıq "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kursu təşkil olunub. Ümumilikdə 10 nəfər müdavimin peşə hazırlığını keçməsi üçün qrup təşkil olunmuşdu. 01.12.2022 tarixində buraxılış imtahanlarını müvəffəqiyyətlə verən qrupun 6 müdavimi məzun oldu. Onlar, “Al Market” mağazalarında ərzaq və qeyri-ərzaq satıcısı, kassir kimi əmək fəaliyyətinə başlayacaq.Peşə hazırlığını keçən müdavimlər, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunurdu."Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kurslarına qeydiyyat davam edir. Kurslarda iştirak etmək istəyən vətəndaşlar, yerli Regional Məşğulluq Filiallarına və DOST Mərkəzlərinə müraciət edərək “işsiz” statusu aldıqdan sonra Bakı Peşə hazırlığı Mərkəzində peşə hazırlığına cəlb olunacaq.
Bakı Peşə Hazırlığı Mərkəzivə DövlətMəşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluqfilialı tərəfindənSalyan rayonunda işsiz şəxslər üçün “Əl elektrik qaynaqçısı”, "Turizm agenti" və "Qeydiyyatçı" peşə hazırlığı kurslarının təlimləri yekunlaşdı. 15.08.2022 və 13.09.2022 tarixlərində peşə hazırlığına başlanan kursların məzunlarına sertifikatlar təqdim olundu.Vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundmuşdu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 27 nəfər sözügedən peşə hazırlığı kurslarına cəlb olundu. Tədris planına uyğun olaraq 1 ay və 2 ay davam edən kurs müddətində, vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödənildi, buraxılış imtahanından müvəffəqiyyətlə keçən 23 müdavim məzun oldu. Onlar,”Salyan dəmirçi sexi”, "Haldun Turizm İnşaat" və " Billur klinika" şirkətlərində tədris aldıqları peşə ixtisasına uyğun işlə təmin olunacaq.
Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Salyan rayonunda işsiz şəxslər üçün - "İstixana operatoru" peşə hazırlığı kursu təşkil olundu.Vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundmuşdu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 6 nəfər sözügedən peşə hazırlığı kurslarına cəlb olundu. Tədris planına uyğun olaraq 1 ay davam edəcək kurs müddətində, vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək. Buraxılış imtahanından müvəffəqiyyətlə keçən müdavimlər məzun ola biləcək və tədris aldıqları peşə ixtisasına uyğun işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Aşpaz” peşəsi üzrə hazırlıq kursunun müdavimləri məzun oldu.2 ay davam edən kurs müddətində müsahibədən müvəffəqiyyətlə keçən 12 nəfər kursa cəlb olunmuşdu. Müdavimlərə lazımi nəzəri biliklər tədris edildi, istehsalat təcrübəsi keçmələrinə şərait yaradıldı. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən 9 məzuna sertifikat təqdim ediləcək və onlar işlə təmin olunacaqlar.
Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində "Elektrik qurğularına xidmət və elektrik montyoru" peşəsi üzrə hazırlıq kursunun tədrisinə başlandı.2 ay davam edəcək kurs müddətində müsahibədən müvəffəqiyyətlə keçən 12 müdavimə lazımi nəzəri biliklər tədris ediləcək, istehsalat təcrübəsi keçmələrinə şərait yaradılacaq. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar "Azərbaycan Dəmir Yolları" QSC-də işlə təmin olunacaqlar.
Dövlət Məşğulluq Agentliyi və “Araz FM”-in birgə əməkdaşlığı ilə saat 14:00-da “Qəbul vaxtı” efirdə olacaq.Araz FM-də yayımlanan "Qəbul vaxtı" verilişinin bu dəfəki buraxılışında işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən təşkil olunan peşə hazırlığı kurslarına qoşulmaq üçün atılmalı olan addımlar və kursların hansı şərtlərlə həyata keçirilirdiyi barəsində məlumat veriləcək. Verilişi 103.3 FM dalğası və “Araz FM”in rəsmi feysbuk səhifəsində dinləmək olar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan "Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru" peşəsi üzrə hazırlıq kursu başa çatıb.İlkin mərhələdə 9 işsiz şəxsin cəlb olunduğu 2 aylıq kurs müddətində müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahə üzrə istehsalat təcrübəsi keçmələri üçün də lazımi şərait yaradılıb.Kursu müvəffəqiyyətlə bitirən şəxslərə sertifikatlar təqdim olunub və onların "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində işlə təmin olunma prosesinə başlanılıb. Tədris müddəti ərzində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödənilib.Qeyd edək ki, bir müddət əvvəl Bakı Peşə Hazırlığı Mərkəzi ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında Memorandum imzalanıb. Sənədə əsasən tərəflər işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi, onların peşə hazırlığı kurslarına cəlb olunması və ixtisaslı kadr kimi əmək bazarına inteqrasiya olunması istiqamətində əməkdaşlıq edəcək.
Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursu başlandı.14 nəfərdən ibarət qrupun nəzəri və təcrübi kursu iki ay davam edəcək. Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar, Bakı Peşə Hazırlıq Mərkəzi, Abşeron-Xızı Regional Məşğulluq filialınıngöndərişi əsasında Alyans Tekstil MMC ilə birgə təşkil etdiyi kurslarda iştirak etmək üçün seçimlərdən keçib. Kursun keçirildiyi iki ay müddətində müdavimər təqaüd alır, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Alyans Tekstil MMC-də işlə təmin olunacaq. Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə və Regional Məşğulluq Filiallarına müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.
Quba-Xaçmaz Regional Məşğulluq filialı ilə fiziki şəxs-fərdi sahibkar Məmmədova Humayə Muxtar qızı arasında imzalanan müqaviləyə əsasən, Bakı Peşə Hazırlığı Mərkəzi “Xalçaçı” peşə hazırlığı kursu təşkil etdi. Tədris müddəti 3 ay olan peşə hazırlığı kursuna 12 işsiz statusu olan vətəndaş cəlb olunmuşdu, 11 nəfər buraxılış imtahanını müvəffəqiyyətlə verərək məzun oldu. 08.08.2022-31.10.2022 tarixlərdə keçirilən kursda peşəkar mütəxəssislər tərəfindən nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunurdu.Peşə hazırlığı kursunu müvəffəqiyyətlə bitirən şəxslər müvafiq sahədə işlə təmin olunacaq.
Quba-Xaçmaz Regional Məşğulluq filialının Grant Garden MMC ilə əməkdaşlığı çərçivəsində, Bakı Peşə Hazırlığı Mərkəzində “Bağban” peşə hazırlığı kursunun müdavimləri buraxılış imtahanı verdi. 2 qrupdan ibarət olan kurslara 29 işsiz vətəndaş cəlb olunmuşdu, 26 müdavim məzun oldu.05.09.2022-ci il tarixində başlanan, nəzəri təlim, istehsalat təlimi və istehsalat təcrübəsindən ibarət olan kurslar 31.10.2022-tarixində yekunlaşdı. Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olundu, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Aşpaz” peşəsi üzrə hazırlıq kursunun tədrisinə başlandı.2 ay davam edəcək kurs müddətində müsahibədən müvəffəqiyyətlə keçən 7 müdavimə lazımi nəzəri biliklər tədris ediləcək, istehsalat təcrübəsi keçmələrinə şərait yaradılacaq. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar işlə təmin olunacaqlar.
Dövlət Məşğulluq Agentliyi ilə “Azerbaijan Supermarket” MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kurslarının müdavimləri məzun oldu.Bir və iki ay davam edən peşə hazırlığı kursları ərzində müdavimər ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüdlə təmin olunmuşdu. "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kurslarına qatılan 18 müdavimdən 13-ü buraxılış imtahanını müvəffəqiyyətlə verdi. Onlar, rəsmi dövlət sertifikatı aldıqdan sonra müvafiq sahədə “Bravo” marketlər şəbəkəsində işlə təmin olunacaq.Bakı Peşə Hazırlığı Mərkəzində təqaüd alaraq əmək bazarının tələblərinə uyğun peşəyə yiyələnib, rəsmi dövlət sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən işsiz və işaxtaran vətəndaşlar, bu statusu almaq üçün öncə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi - “DOST” mərkəzlərinə və ya Regional Məşğulluq filiallarına müraciət edə bilər.
44 günlük Vətən müharibəsindən sonra sosial dəstək paketi çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri aparılır.Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 15521 şəhid ailəsi və müharibə veteranı aktiv məşğulluq proqramlarına cəlb edilib.Onlardan 8838 nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb. Agentlik tərəfindən həmin kateqoriyalara aid 6505 nəfər isə münasib işlə təmin edilib.Həmçinin postmüharibə tədbirləri çərçivəsində şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları olan 178 şəxs peşə hazırlığına cəlb edilib.
Bakı Peşə Hazırlığı Mərkəzivə DövlətMəşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluqfilialı tərəfindənSalyan rayonunda işsiz şəxslər üçün"Turizm agenti" və "Qeydiyyatçı" peşə hazırlığı kurslarının təlimləri yekunlaşdı. 15.08.2022 və 13.09.2022 tarixlərində peşə hazırlığına başlanan kursların məzunları üçün buraxılış imtahanı keçirildi.Vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundmuşdu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 17 nəfər sözügedən peşə hazırlığı kurslarına cəlb olundu. Tədris planına uyğun olaraq 1 ay və 2 ay davam edən kurs müddətində, vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödənildi, buraxılış imtahanından müvəffəqiyyətlə keçən 15 müdavim məzun oldu. Onlar, "Haldun Turizm İnşaat" və " Billur klinika" şirkətlərində tədris aldıqları peşə ixtisasına uyğun işlə təmin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi və Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən yeni kurslara start verilib.Hacıqabul rayonunda işsiz şəxslər üçün təşkil olunan “ofisiant” və “aşpaz” peşəsi üzrə kursa müsahibə mərhələsindən keçən 20 namizəd cəlb olunub.Bundan başqa Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən "Al Market"-lə əməkdaşlıq çərçivəsində "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kursu da təşkil olunub. 10 nəfər müdavimin cəlb olunduğu kurs müddətində müdavimlərə nəzəri və praktiki biliklər tədris ediləcək.Tədris müddətində iştirakçılara minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar işlə təmin olunacaqlar.
Dövlət Məşğulluq Agentliyi ilə “Azerbaijan supermarket” MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan satıcı peşəsi üzrə hazırlıq kursunun ilk qrupu üçün Bakı Peşə Hazırlıq Mərkəzində peşə hazırlığına start verildi. 100-ə dək “işsiz” statusu olan vətəndaşın qatıldığı müsahibədən uğurla keçən 10 müdavim “Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi xəzinədar" peşəsi üzrə nəzəriyyə və təcrübə təlimi alır. 26.09.2022 tarixində açılışı olan 1 aylıqpeşə hazırlığı kursunun hal-hazırda nəzəriyyə mərhələsidir. Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunacaq. Buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar Bravo supermarkelər şəbəkəsində işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzində 11 nəfər işsiz statusu olan vətəndaş üçün “Vizajist, manikur, pedikur ” peşə hazırlığı kursuna start verildi.26.09.2022 -ci il tarixində başlanan, nəzəri təlim, istehsalat təlimi və istehsalat təcrübəsindən ibarət olan kursun 23.11.2022 -tarixində yekunlaşacağı planlaşdırılır. Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunacaq, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filialı və Bakı Peşə Hazırlığı Mərkəzinin Şirvan-Salyan ərazisində yerləşən çörək zavodu ilə əməkdaşlığı çərçivəsində təşkil olunan “Çörək ustası” peşəsi üzrə hazırlıq kursunun ilk qrupu üçün peşə hazırlığına start verildi. 100-ə dək “işsiz” statusu olan vətəndaşın qatıldığı müsahibədən uğurla keçən 15 müdavim “Çörək ustası” peşəsi üzrə nəzəriyyə və təcrübə təlimi alacaq.Kursun davam edəcəyi iki ay müddətində müdavimər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Şirvan-Salyan ərazisində yerləşən çörək zavodunda işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən .Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin 15 nəfər üzvü üçün də “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşə hazırlığı kursuna üzvləri üçün peşə hazırlığı təliminə başlandı. 15 nəfərdən ibarət qrupun peşə hazırlığı kursu 2 ay davam edəcək.Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar, Bakı Peşə Hazırlığı Mərkəzində təşkil olunan kurslarda iştirak etmək üçün seçimlərdən keçib. Kursun keçirildiyi iki ay müddətində müdavimər, ölkə üzrə təyin olunan minimum əməkhaqqı miqdarında təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Atek Uniform və Kirpi Tekstil MMC-də işlə təmin olunacaq. Növbəti qruplar üçün də “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşə hazırlığı kursuna qeydiyyat və müsahibələr davam edir.Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Hacıqabul rayonunda işsiz şəxslər üçün “Qeydiyyatçı” peşəsi üzrə hazırlıq kursunun tədrisi başlandı. Hal-hazırda peşə hazırlığı kursuna cəlb olunan vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 7 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu.1 ay davam edəcək kurs müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun olacaq müdavimlər müvafiq sahə üzrə işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzində Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin üzvləri üçün peşə hazırlığı təliminə başlandı. 15 nəfərdən ibarət qrupun peşə hazırlığı kursu 2 ay davam edəcək.Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar, Bakı Peşə Hazırlığı Mərkəzində təşkil olunan kurslarda iştirak etmək üçün seçimlərdən keçib. Kursun keçirildiyi iki ay müddətində müdavimər, ölkə üzrə təyin olunan minimum əməkhaqqı miqdarında təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Atek Uniform və Kirpi Tekstil MMC-də işlə təmin olunacaq. Növbəti qruplar üçün də “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşə hazırlığı kursuna qeydiyyat və müsahibələr davam edir.Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.
Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Hacıqabul rayonunda işsiz şəxslər üçün “Qeydiyyatçı” peşəsi üzrə hazırlıq kursunun tədrisi başlandı. Hal-hazırda peşə hazırlığı kursuna cəlb olunan vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 7 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu.1 ay davam edəcək kurs müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun olacaq müdavimlər müvafiq sahə üzrə işlə təmin olunacaq.
Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Hacıqabul rayonunda işsiz şəxslər üçün “Ofisiant” peşə hazırlığı kursunun təlimləri yekunlaşdı. Hal-hazırda peşə hazırlığı kursuna cəlb olunan vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundmuşdu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 10 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu. 1 ay davam edən kurs müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödənildi, buraxılış imtahanından müvəffəqiyyətlə keçən 7 müdavim məzun oldu. Onlar, “Qədir Xum ailəvi istirahət mərkəzi”ndə işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzində, avqust ayı ərzində 16 peşə hazırlığı kursu təşkil edildi, daha 205 işsiz vətəndaş peşə hazırlığına cəlb olundu.Ötən ay ərzində təşkil edilmiş kurslarda,”Təchizat üzrə agent”, “Dərzi”, “Xalçaçılıq”, “Ofisiant”, “Turizm agenti”, “Əməliyyatçı-mühasib”, “Meyvə-tərəvəz ustası”, “Tikiş avadanlıqlarının operatoru”, tikişçi, “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı nəzarətçi xəzinədar”, “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru”, “Əl elektrik qaynaqçısı” peşə təlimi keçirilməyə başladı.Bakı Peşə Hazırlığı Mərkəzinin "Azərbaycan supermarket" MMC, “Aygün Tədris-İstehsalat Firması” MMC (Quba), “Qədim Quba Özəl xalçaçılıq Müəssisəsi” MMC (Quba), Qədir-Xum restoranı, "Haldun Turizm" Şirkəti, Bank olmayan kredit təşkilatı "Güvənli" MMC, "Qafqaz Konserv zavodu" Azərsun, "Afteks" MMC, "Bakı Tekstil Fabriki" MMC, "Sumqayıt toxucu-tikişçi fabriki" MMC, "Al Market" MMC, "Dəmiryolu" QSC, Salyan dəmirçi sexi və Əlil Sahibkarlıq Təşkilatı ilə əməkdaşlıq istiqamətində Dövlət Məğşulluq Agentliyində "işsiz" kimi qeydiyyata alınan vətəndaşlara 16 qrup peşə hazırlığı kursu təşkil olunub. Onlara, zəruri nəzəri biliklər tədris edilməklə yanaşı, öyrəndikləri peşələr üzrə təcrübə keçmələrinə də şərait yaradılacaq.Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar işlə təmin olunacaqlar.Tədris müddətində müdavimlərə minimum aylıq əməkhaqqı miqdarında aylıq təqaüd də ödənəcək.
QubaXaçmaz Regional Məşğulluq filialının Grant Garden MMC ilə əməkdaşlığı çərçivəsində, Bakı Peşə Hazırlığı Mərkəzində “Bağban” peşə hazırlığı kursunun açılışı oldu. 2 qrupdan ibarət olan kursa 29 işsiz vətəndaş cəlb olunub.05.09.2022-ci il tarixində başlanan, nəzəri təlim, istehsalat təlimi və istehsalat təcrübəsindən ibarət olan kurslar 31.10.2022-tarixində yekunlaşacaq. Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunacaq, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar işlə təmin olunacaq.2011-ci ildə əsası qoyulan, Grant Garden şirkəti meyvə və quru meyvə yetişdirilməsi üzrə ixtisaslaşıb. Torpaq sahələri əsasən Qusar və Şabran rayonları ərazisində yerləşdiyinə görə yerli əhalinin münasib işlə təmin olunmasına zəmin yaradır. Şirkətin, adı çəkilən rayonlarda yüksək standartlara cavab verən müasir bağ şəbəkəsi var, bu isə yeni vakansiyaların yaradılmasına və daha çox işsiz və işaxtaran vətəndaşın əmək bazarına inteqrasiyasına dəstək olacaq.
Dövlət Məşğulluq Agentliyi ilə “Azerbaijan supermarket” MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan "Təchizat üzrə agent" peşəsi üzrə hazırlıq kursunun müdavimləri məzun oldu.Kursun davam etdiyi bir ay müddətində müdavimər ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüdlə təmin olunmuşdu. "Təchizat üzrə agent" peşəsi üzrə hazırlıq kursuna qatılan 10 müdavimdən 9-u buraxılış imtahanını müvəffəqiyyətlə verdi. Onlar, rəsmi dövlət sertifikatı aldıqdan sonra müvafiq sahədə Bravo marketlər şəbəkəsində işlə təmin olunacaq.Bakı Peşə Hazırlığı Mərkəzində təqaüd alaraq əmək bazarının tələblərinə uyğun peşəyə yiyələnib, rəsmi dövlət sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən işsiz və işaxtaran vətəndaşlar, bu statusu almaq üçün öncə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi- “DOST” mərkəzlərinə müraciət edə bilər.
Dövlət Məşğulluq Agentliyi nəzdində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzinin Lənkəran şəhərində təşkil etdiyi “Proqramla idarə olunan dəzgah operatoru” kursunun müdavimlərinə sertifikatlar təqdim olundu. Azərsun Lənkəran Konserv Zavodu ASC və Gilan Lənkəran Konserv Zavodu ilə əməkdaşlıq çərçivəsində təşkil olunan kurslarda ümumilikdə 28 müdavim peşə hazırlığına cəlb olundu, 21 nəfər məzun oldu.Kurs zamanı iştirakçılara nəzəri biliklər aşılandı və onlar istehsalat təcrübəsinə cəlb olundu. 2 ay davam edən kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənildi. Kursu müvəffəqiyyətlə bitirən 21 nəfər Azərsun Lənkəran Konserv Zavodu ASC və Gilan Lənkəran Konserv Zavodunda iş ilə təmin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində, cari ayda 160 nəfər işsiz şəxs üçün 12 peşə hazırlığı kursu təşkil olunub, daha bir neçə kursun təşkil olunması planlaşdırılır. 160 nəfər işsiz vətəndaş üçün, əmək bazarının tələblərinə uyğun olaraq işlə təmin oluna bilməsi üçün , “Təchizat üzrə agent”, 2 qrup “Dərzi “, 2 qrup “Xalçaçılıq”, “Ofisiant”, “Turizm agenti”, “Əməliyyatçı mühasib”, “Meyvə-tərəvəz ustası” 3 qrup “Tikiş avadanlıqlarının operatoru, tikişçi” olmaqla, 12 peşə hazırlığı kursu təşkil olunub. Peşə hazırlığı kursları, Bakı şəhəri, Masallı rayonu, Quba şəhəri və Sumqayıt şəhərində keçirilir. "Azərbaycan supermarket" MMC, "Aygün Tədris-İstehsalat Firması" MMC, "Qədim Quba Özəl xalçaçılıq Müəssisəsi" MMC, Qədir-Xum restoranı, "Haldun Turizm" Şirkəti, Bank olmayan kredit təşkilatı "Güvənli" MMC, Əlil Sahibkarlıq Təşkilatı, "Afteks" MMC, "Bakı Tekstil Fabriki" MMC, "Sumqayıt toxucu-tikişçi fabriki" MMC ilə əməkdaşlıq çərçivəsində, müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə təcrübə keçmələrinə də şərait yaradılacaq. Peşə hazırlığı kursları, Bakı şəhəri, Masallı rayonu, Quba şəhəri və Sumqayıt şəhərində keçirilirKursların sonunda imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək. Peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd də ödənəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Xalçaçı” və "Ofisiant" peşələri üzrə hazırlıq kurslarına start verilib.Quba-Xaçmaz Regional Məşğulluq filialı ilə "Aygün" Tədris və İstehsalat Firması və fiziki şəxs-fərdi sahibkar Məmmədova Humayə Muxtar qızı arasında imzalanan müqaviləyə əsasən təşkil edilən kurslara ümumilikdə 31 işsiz şəxs cəlb edilib. “Dərzi” peşəsi üzrə peşə hazırlığı kursunun müddəti 2 ay, “Xalçaçı” peşə hazırlığı kursunun tədris müddəti isə 3 aydır.Peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunacaq.Peşə hazırlığı kursunu müvəffəqiyyətlə bitirən şəxslər müvafiq sahədə işlə təmin olunacaqlar.
Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Hacıqabul rayonunda işsiz şəxslər üçün “Ofisiant” peşə hazırlığı kursunun tədrisi başlandı. Hal-hazırda peşə hazırlığı kursuna cəlb olunan vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 10 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu. 1 ay davam edəcək kurs müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun olacaq müdavimlər “Qədir Xum ailəvi istirahət mərkəzi”ndə işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyi tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzində Qida, Sənaye və İnşaat laboratoriyaları tezliklə sınaqlara başlayacaq. Dövlət Məşğulluq Agentliyinin, Peşə hazırlığı departamentinin müdiri Fuad Mehdizadə, ''PGM İnspection'' un direktoru Arif Canacık, icraçı direktoru- Arzu Yagcı, ''PGM Caspian MMC''nın direktoru Yusif Məmmədli, direktor müavini Diana Sles, Bakı Peşə Hazırlığı Mərkəzinin yeni qurulan laboratoriyalarına gətirilən texniki avadanlıq və aktivlər ilə tanış oldu. Laboratoriyanın İSO standartlarına uyğun qurulmasına və gələcəkdə yüksəkdəqiqlikli analizlərin aparılması üçün tələb olunan məqamlar haqda tövsiyyələrini verib. Bakı Peşə Hazırlığı Mərkəzində yeni qurulan Qida, Sənaye və İnşaat laboratoriyalarında, müxtəlif qida analizləri, dağıdıcı üsul ilə aparılan sınaqlar, qeyri dağıdıcı üsul ilə aparılan sınaqlar boya məhsullarının sınaqları və izolyasiya məhsullarının sınaqları aparmaq mümkün olacaq.
“Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru” kursunun buraxılış imtahanı keçirildi. Dövlət Məşğulluq Agentliyi tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzində 16.05.2022-dən 18.07.2022-dək keçirilən “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru” peşə hazırlığı kursunun müdavimləri buraxılış imtahanı verdi. “Azərişıq” ASC ilə əməkdaşlıq çərçivəsində təşkil olunan kursun yekun imtahanına 9 müdavim qatıldı. 2 ay davam edən kurs müddətində, məzunlara ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilirdi, kursu müvəffəqiyyətlə bitirən şəxslər “Azərişıq” ASC tərəfindən iş ilə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi Salyan Qida Məhsulları Kommersiya şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan “Proqramla idarə olunan dəzgahların operatoru” peşə hazırlığı kursu yekunlaşdı.16.05.2022-ci il tarixində başlanan, nəzəri təlim, istehsalat təlimi və istehsalat təcrübəsindən ibarət olan kurs 18.07.2022-tarixində yekunlaşdı. Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olundu, buraxılış imtahanından müvəffəqiyyətlə keçən 9 məzun işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan “vaqon baxıcısı-təmirçisi” peşəsi, “platforma növbətçisi” istiqaməti üzrə hazırlıq kursu müvəffəqiyyətlə yekunlaşdı. 4 may 2022-ci il tarixində başlayan və işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən peşə hazırlığı kursunda 12 nəfər müdavim iştirak edib. Müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə istehsalat təcrübəsi keçmələri üçün lazımi şərait yaradılıb.Tədris müddəti ərzində müdavimlər ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüdlə təmin olundu.Peşə hazırlığını müvəffəqiyyətlə bitirən müdavimlərə sertfikat təqdim olunub və hər bir müdavim Bakı Metropolitenində işlə təmin olunub.
Dövlət Məşğulluq Agentliyi ilə “Azerbaijan supermarket” MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan satıcı peşəsi üzrə hazırlıq kursunun ilk qrupu üçün Bakı Peşə Hazırlıq Mərkəzində peşə hazırlığına start verildi. 100-ə dək “işsiz” statusu olan vətəndaşın qatıldığı müsahibədən uğurla keçən 10 müdavim “Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi xəzinədar" peşəsi üzrə nəzəriyyə və təcrübə təlimi alacaq. Kursun davam edəcəyi bir ay müddətində müdavimər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Bravo supermarketlər şəbəkəsində işlə təmin olunacaq.
HVAC Solution MMC ilə əməkdaşlıq çərçivəsində, Bakı Peşə Hazırlığı Mərkəzində "Alternativ enerji qurğu və avadanlıqlarının istismarı" üzrə peşə hazırlığının ilk qrupunun müdavimləri məzun oldu.06.06.2022 tarixində başlanan "Alternativ enerji qurğu və avadanlıqlarının istismarı" peşə hazırlığı kursunun müdavimləri buraxılış imtahanı verdi.Tədris planına uyğun olaraq, Günəş enerjisi texnologiyalarının problemsiz istifadəsi üçün fotovoltaik sistemlərin planlaşdırılması və quraşdırılmasına dair tələb olunan bilik və bacarıqlar aşılandı. Onlar, günəş enerjisindən elektrik enerjisinin alınması sisteminin qurulması, planlama mərhələsində qabaqlayıcı tədbirləri görməyə və baş verə biləcək səhvlər üçün preventiv tədbirlərin görülməsini əhatə edən zəruri biliklərə sahib oldu. 1 ay davam edən peşə hazırlığı kursu müddətində müdavimlərə ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödənildi, buraxılış imtahanını müvəffəqiyyətlə verən 12 məzun rəsmi dövlət sertifikatı alıb işlə təmin olunacaq.
Lənkəranda keçirilən “Proqramla idarə olunan dəzgah operatoru” kursunun təlimi yekunlaşdı.Azərsun Lənkəran Konserv Zavodu ASC və Gilan Lənkəran Konserv Zavodu ilə əməkdaşlıq çərçivəsində təşkil olunan kurslardan ümumilikdə 21 müdavim məzun oldu. Kurs zamanı iştirakçılara nəzəri biliklər aşılanır və istehsalat təcrübəsinə cəlb olunurdu. 2 ay davam edəcək kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənildi və kursu müvəffəqiyyətlə bitirən şəxslər Azərsun Lənkəran Konserv Zavodu ASC və Gilan Lənkəran Konserv Zavodunda iş ilə təmin olunmaq üçün göndəriş aldı.
"Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" kursunun müdavimləri işlə təmin olundu.Dövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzinin “Al Market”lə əməkdaşlığı çərçivəsində iki aylıq "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kursu təşkil olunub. Ümumilikdə 30 nəfər müdavimin peşə hazırlığını keçməsi üçün 3 qrup təşkil olunmuşdu. 24.06.2022 tarixində, buraxılış imtahanlarını müvəffəqiyyətlə verən ilk qrupun 8 müdavimi məzun oldu. Sertifikatları təqdim olunan məzunlar “Al Market”nmağazalarında ərzaq və qeyri-ərzaq satıcı kassir kimi əmək fəaliyyətinə başlayacaq.Hal-hazırda peşə hazırlığını keçən müdavimlər də, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunur, buraxılış imtahanını müvəffəqiyyətlə verdikdən sonra onlar da məzun olub, işlə təmin olunacaq."Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kurslarına qeydiyyat davam edir. Kurslarda iştirak etmək istəyən vətəndaşlar, DOST mərkəzlərinə müraciət edərək “işsiz” statusu aldıqdan sonra Bakı Peşə hazırlığı Mərkəzində peşə hazırlığına cəlb olunur.
"Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzində 6 peşə hazırlığı kursunun müdavimləri buraxılış imtahanı verdi.Ümumilikdə 53 nəfərin məzun olduğu kurslar- iki qrup qənnadçı- şirniyyatçı, iki qrup alətçi – çilingər, mobil telefonların təmiri ustası və dayə sahələri üzrədir. SOCAR, "Azza Cake House", Anadolu Baklava, "Randevu" Şirniyyat evi, Alo dayə və "İCE Service" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən 2 aylıq kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə təcrübə keçmələrinə də şərait yaradıldı. Kursun sonunda imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək. Qeyd edək ki, peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd ödənilirdi."
HVAC Solution MMC ilə əməkdaşlıq çərçivəsində, Bakı Peşə Hazırlığı Mərkəzində "Alternativ enerji qurğu və avadanlıqlarının istismarı" üzrə peşə hazırlığına start verildi.06.06.2022 tarixində başlanan "Alternativ enerji qurğu və avadanlıqlarının istismarı" peşə hazırlığı kursunun müdavimlərinə, günəş enerjisi texnologiyalarının problemsiz istifadəsi üçün fotovoltaik sistemlərin planlaşdırılması və quraşdırılmasına dair tələb olunan bilik və bacarıqlar aşılanacaq. Tədris planı, günəş enerjisindən elektrik enerjisinin alınması sisteminin qurulması, planlama mərhələsində qabaqlayıcı tədbirləri görməyə və baş verə biləcək səhvlər üçün preventiv tədbirlərin görülməsini əhatə edir. 1 ay davam edəcək peşə hazırlığı kursu müddətində müdavimlərə ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanını müvəffəqiyyətlə verən məzunlar rəsmi dövlət sertifikatı alıb işlə təmin olunacaq.
Şamaxı, Bərdə, Qazax rayonlarını, Şirvan, Şəki, Mingəçevir, Gəncə, Lənkəran, Bakı, Sumqayıt şəhərlərini əhatə edən Festivala 50 mindən çox şəxs qatılıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə təşkil edilən Peşələr Festivalının Bakı şəhərində yekun tədbiri olub.Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, təhsil nazirinin müavini İdris İsayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri, rektorlar və b. iştirak edib.Yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.Bildirilib ki, ölkənin 10 rayon və şəhərində “Öyrən, Əylən, Peşəni seç” devizi altında müxtəlif peşələr üzrə ekspertlərin iştirakı ilə keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənmək şansı qazanıblar.Onlar gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar, peşələrlə əyani şəkildə tanış olmaq imkanı əldə ediblər.Festival boyunca ziyarətçilər üçün aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib.Festivala qatılan şəxslərə Mərkəzi Karyera filialının məsləhətçiləri tərəfindən peşəyönümü məsləhəti xidməti də göstərilib, “Alo, Karyera” dəstək xidməti və cvyarat.az platforması barədə məlumat verilib.Agentliyin Peşə Hazırlığı Mərkəzləri də Festivalda təmsil olunub. Peşə biliklərini təkmilləşdirmək və ya yeni peşəyə yiyələnmək istəyən işsiz və işaxtaran şəxslərə tədris olunan sahələr barədə məlumatlar verilib, müraciətləri qeydiyyata alınıb.Festival Şamaxı, Bərdə, Qazax rayonlarını, Şirvan, Şəki, Mingəçevir, Gəncə, Lənkəran, Bakı və Sumqayıt şəhərlərini əhatə edib. Tədbirə ümumilikdə 50 mindən çox şəxs qatılıb.Iştirakçılar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər. Festival konsert prqramı ilə başa çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğuluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi Azərbaycanda ilk dəfə keçirilən və dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "TEKNOFEST 2022" Aerokosmik və Texnologiya Festivalında iştirak edir.Festivalın təşkilatçıları "Türkiyə Texnologiya Komandası"-T3 Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir.Festivala "Bacaranlar" komandası ilə qatılan Peşə Hazırlığı Mərkəzi Festivalın "Sosial yönümlü texnologiyalar” kateqoriyası üzrə müsabiqəsinə "TexnoBaba" layihəsini təqdim edib.Bu kateqoriyaya Azərbaycan üzrə 100-ə yaxın komanda müraciət edib və onlardan yalnız 15-i, o cümlədən Bakı Peşə Hazırlığı Mərkəzi müsabiqənin final mərhələsində iştirak hüququ əldə edib. "TexnoBaba" layihəsi işsiz gənclərin qurub-yaratmaq, inkişafa meyillilik ideyalarının həyata keçirilməsinə, təhsildə innovativ yeniliklərin tətbiqinə dəstək məqsədi daşıyır.Layihə çərçivəsində www.texnobaba.com rəqəmsal platforması yaradılıb və bu platforma öz ideyalarına invertar dəstəyi axtaran gənclər ilə bu sahəyə yatırım etmək istəyən investorları birləşdirir. Bunun üçün gənc ilk olaraq saytda qeydiyyatdan keçərək ehtiyacı olan robot setləri və ya başqa bu kimi məhsulları qeyd etməlidir."Sosial yönümlü texnologiyalar” müsabiqəsi fərdlərin öz sosial məsuliyyət məlumatlılığı ilə texnoloji bilik və təcrübələrini inteqrasiya edərək cəmiyyət üçün faydalı layihələri ərsəyə gətirmələrinə dəstək olmaq məqsədi daşıyır."TEKNOFEST 2022" Aerokosmik və Texnologiya Festivalı 26-29 may tarixlərini əhatə edir.
Dövlət Məşğulluq Agentliyi nəzdində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzində “Proqramla idarə olunan dəzgah operatoru” kursunun təlimləri Lənkəranda davam edir.Azərsun Lənkəran Konserv Zavodu ASC və Gilan Lənkəran Konserv Zavodu ilə əməkdaşlıq çərçivəsində təşkil olunan kurslarda ümumilikdə 28 müdavim peşə hazırlığı alır. Kurs zamanı iştirakçılara nəzəri biliklər aşılanır və istehsalat təcrübəsinə cəlb olunurlar. 2 ay davam edəcək kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək və kursu müvəffəqiyyətlə bitirən şəxslər Azərsun Lənkəran Konserv Zavodu ASC və Gilan Lənkəran Konserv Zavodunda iş ilə təmin olunacaq.
FOTOHESABAT-"Dərzi 6" peşə hazırlığı kursunun təcrübə mərhələsi davam edirDövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzində “Dərzi” peşə hazırlıq kursunun 6-cı qrupun peşə hazırlıqlarının istehsalat təcrübəsi davam edir. 15.03.2022 tarixində başlanan kurs, iki ay davam edəcək. Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar, Bakı Peşə Hazırlıq Mərkəzi və Bakı Tikiş Evinin birgə təşkil etdiyi kurslarda iştirak etmək üçün seçimlərdən keçib. Kursun keçirildiyi iki ay müddətində müdavimər təqaüd alır, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Bakı Tikiş Evində işlə təmin olunacaq. Növbəti qruplar üçün də ''Dərzi'' kursuna qeydiyyat və müsahibələr davam edir.Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkəzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.
HVAC Solution MMC ilə əməkdaşlıq çərçivəsində, Bakı Peşə Hazırlığı Mərkəzində fotovoltaik kursuna qeydiyyat yekunlaşdı. 25.04.2022 tarixində, qeydiyyatdan keçən vətəndaşların pretest mərhələsi başladı. Müvafiq peşə hazırlığı kursuna cəlb olunacaq müdavimlərə, günəş enerjisi texnologiyalarının problemsiz istifadəsi üçün fotovoltaik sistemlərin planlaşdırılması və quraşdırılmasına dair tələb olunan bilik və bacarıqlar aşılanacaq. Tədris planı, günəş enerjisindən elektrik enerjisinin alınması sisteminin qurulması, planlama mərhələsində qabaqlayıcı tədbirləri görməyə və baş verə biləcək səhvlər üçün preventiv tədbirlərin görülməsini əhatə edir. 2 ay davam edəcək peşə hazırlığı kursu müddətində müdavimlərə ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanını müvəffəqiyyətlə verən məzunlar rəsmi dövlət sertifikatı alıb işlə təmin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzində daha 11 peşə hazırlığı kursuna start verilib. Ümumilikdə 152 müdavimin cəlb olunduğu kurslar qənnadçı, şirniyyatçı, alətçi – çilingər, backend developer, dayə, mobil telefonların təmiri ustası, minaaxtaran və bağban sahələri üzrədir. SOCAR, Bakı Tikiş Evi, Bakı Tekstil Fabriki MMC, "Azza” Cake House, Agrar Co, Qaya Safety Solutions, Anadolu Şirniyyat Evi və Cyber Security Lab ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə təcrübə keçmələrinə də şərait yaradılacaq. Kursun sonunda imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək. Qetd edək ki, peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd ödənilir.
Dövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzində “Dərzi” peşə hazırlıq kursunun 6-cı qrupunun təlimləri davam edir. 10 nəfərdən ibarət qrupun nəzəri və təcrübi kursu 15.03.2022 tarixində başlanıb, iki ay davam edəcək. Eyni gündə təşkil olunan, daha 10 müdavimin peşə hazırlığı keçdiyi 7-ci qrupun təlimləri də davam edir. Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar, Bakı Peşə Hazırlıq Mərkəzi və Bakı Tikiş Evinin birgə təşkil etdiyi kurslarda iştirak etmək üçün seçimlərdən keçib. Kursun keçirildiyi iki ay müddətində müdavimər təqaüd alır, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Bakı Tikiş Evində işlə təmin olunacaq. Növbəti qruplar üçün də ''Dərzi'' kursuna qeydiyyat və müsahibələr davam edir. Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Peşə öyrən, işsiz qalma” devizi ilə başladılan “Peşəkar” layihəsi çərçivəsində həyata keçirilən “Mühafizəçi” kursunun növbəti qrupunun 1 ay davam edən nəzəriyyə mərhələsidir. Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunacaq. Buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar “GESCO” ASC-də işlə təmin olunacaq.
Bakı Peşə Hazırlığı Mərkəzi və “ÇakÇuk” startap layihəsi ilə əməkdaşlıq çərçivəsində “İstilik şəbəkəsi avadanlıqlarının təmiri üzrə çilingər” peşəsi üzrə hazırlıq kursutəşkil olunub. Hal-hazırda müdavimlər nəzəriyyə tədrisi mərhələsindədir. Nəzəri təlim, istehsalat təlimi və istehsalat təcrübəsindən ibarət olan kurs 2 ay davam edəcək. Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunacaq, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar işlə təmin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 150-yə yaxın işsiz şəxs peşə hazırlığı kurslarına cəlb edilib.Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzində təşkil edilən kurslarda müdavimlərə qənnadçı, şirniyyatçı, dərzi, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, istilik şəbəkəsi avadanlıqlarının təmiri üzrə çilingər, mühafizəçi, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar və s. peşələr öyrədiləcək.Onlara zəruri nəzəri biliklər tədris edilməklə yanaşı, öyrəndikləri peşələr üzrə təcrübə keçmələrinə də şərait yaradılacaq.Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar işlə təmin olunacaqlar.Tədris müddətində müdavimlərə minimum əməkhaqqı qədər aylıq təqaüdlər də ödənəcək.
Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində Qadın və Uşaq Sığınma evində xeyriyyə məqsədilə təşkil olunan 1 aylıq “Dərzi” peşə hazırlığı kursu yekunlaşdı.Əməkdaşlıq çərçivəsində, qısamüddətli təlimləri bitirdikdən sonra buraxılış imtahanını müvəffəqiyyətlə keçən məzunlar rəsmi dövlət sertifikatı ilə təmin olundu, “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin razılığı ilə lazım olduğu təqdirdə sığınma evində məskunlaşmış qadınların işlə təmin edilməsinə dəstək veriləcək. Məzun olan xanımların sığınacaqdan kənarda işlə təmin olunması zamanı yarana biləcək sosial risklər mövcuddur. Dövlət Məşğulluq Agentliyi tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzinin, iş yerlərində təhlükəsizlik təmin etmə kimi səlahiyyətinin olmadığını nəzərə alaraq, hər bir məzunun fərdi durumunu nəzərə alıb, Qadın və Uşaq Sığınma evinin rəsmi razılığı əsasında, onların əmək bazarına inteqrasiyasını reallaşdırmaq mümkündür.
Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzində təşkil olunan “Qənnadçı” peşəsi üzrə hazırlıq kursunun müdavimləri nəzəriyyə tədrisi mərhələsindədir. Nəzəri təlim, istehsalat təlimi və istehsalat təcrübəsindən ibarət olan kurs 2 ay davam edəcək. Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunacaq, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar işlə təmin olunacaq.
Bakı Peşə Hazırlığı Mərkəzində “Elektrik avadanlıqlarının təmiri üzrə elektrik” peşələri üzrə hazırlıq kursları təşkil olunub. Hal-hazırda müdavimlərin peşə hazırlığının nəzəriyyə mərhələsi davam edir. Qeyd olunan peşələrlə yanaşı, müdavimlərə ağıllı ev sistemlərinin quraşdırılması da tədris olunur. Kursu müvəffəqiyyətlə bitirəcək məzunlar işlə təmin olunacaq. Bir müddət öncə Dövlət Məşğulluq Agentliyində “ işsiz” kimi qeydiyyata alınan, indi isə gələcəyin tələbatlı peşələrinə ödənişsiz, aylıq təqaüd alaraq yiyələnən müdavimlərin dərs prosesinin fotohesabatını təqdim edirik.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən "Minaaxtaran" peşəsi üzrə hazırlıq kursu təşkil edilib. Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Qaya Safety Solutions” MMC-nin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa Tərtər, Ağdam və Bərdə rayonlarından xüsusi meyarlar əsasında seçim aparılmaqla 15 işsiz şəxs cəlb edilib. Nəzəri biliklərin tədrisindən sonra müdavimlər Cəbrayıl rayonunda mina təmizləmə işlərinin aparıldığı sahələrdə təcrübə də keçəcəklər. Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər işğaldan azad olunan ərazilərdə ərazilərin minalardan təmizlənməsi sahəsi üzrə əmək fəaliyyətinə başlayacaq. Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.
Dövlət-özəl sektor arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, peşə hazırlığı kurslarının səmərəliliyinin artırılması, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Dövlət Məşğulluq Agentliyi tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzinin bir qrup əməkdaşı Cəlilabad, Biləsuvar və Lənkəran şəhərlərinə rəsmi səfər edib. 14 və 15 saylı Ərazi Məşğulluq Filialları, yerli özəl müəssisə və təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə görüş keçirilib. Dövlət-özəl sektor əməkdaşlığının əmək bazarında rəqabətədavamlı kadrların hazırlanmasında mühüm əhəmiyyət kəsb etməsi, davamlı və inkişafyönümlü işlərin həyata keçirilməsinin zərurəti haqqında fikir mübadiləsi aparıldı.
Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində Qadın və Uşaq Sığınma evində xeyriyyə məqsədilə Dərzi peşə hazırlığı kursunu keçirəcək. Məişət zorakılığına məruz qalan xanımların əmək bazarının tələblərinə uyğun peşəkar olaraq hazırlanması üçün Bakı Peşə Hazırlığı Mərkəzinin təlimçiləri nəzəri və istehsalat təcrübəsi hissələrindən ibarət 1 aylıq təlim keçəcək. 25.02.2022 tarixində başlanan kursun ilk günü, müdavimlərə Əmək qanunvericiliyi, SƏTƏM (Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) haqqında məlumat verildi, onları maraqlandıran suallar cavablandırıldı.Əməkdaşlıq çərçivəsində, qısamüddətli təlimləri bitirdikdən sonra buraxılış imtahanını müvəffəqiyyətlə keçən məzunlar rəsmi dövlət sertifikatı ilə təmin olunacaq və “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin razılığı ilə lazım olduğu təqdirdə sığınma evində məskunlaşmış qadınların işlə təmin edilməsinə dəstək verəcək.
Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə “Bakı Metropoliteni” QSC arasında birgə fəaliyyət müqaviləsi imzalanıb.Metropoliten üçün mütəxəssis hazırlığında Dövlət Məşğulluq Agentliyi də iştirak edəcək.2021-ci ilin dekabr ayında verilmiş elana əsasən, qatar maşinisti peşəsi üzrə seçim mərhələləri başa çatdırılıb.Öncə qeyd olunmalıdır ki, ilk dəfə qatar maşinistlərin hazırlığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə birgə əməkdaşlıq formasında təşkil olunur. Əldə olunmuş qarşılıqlı razılığa əsasən, qurum tədris proqramının müəyyən edilməsində, tədris prosesinin təşkilində yaxından iştirak edir.Maşinistlərin seçim prosesi üç mərhələdə aparılıb. Elektron ərizə qəbulu bazasına daxil olmuş 209 müraciətə baxılaraq, qoyulmuş bütün tələblərə uyğun gələn 70 nəfər, müsabiqənin birinci mərhələsinə çağırılıb. Bu mərhələnin imtahanı test üsulu ilə aparılıb. Bakı metropoliteni haqqında ibtidai biliklər və məntiq testindən yalnız 28 nəfər məqbul nəticə ilə növbəti mərhələyə buraxılıb.İkinci mərhələ kadr komissiyası və psixoloq qarşısında iki müsahibədən ibarət olub. Bu mərhələdə, ixtisas və peşə tələbləri, maşinist peşəsi üzrə ibtidai biliklər, həmçinin psixoloji durumun ümumi qiymətləndirməsini əhatə edib. Bu mərhələni 10 nəfər uğurla keçib.Üçüncü mərhələ - tibbi yoxlamadan keçmiş 10 müdavimin iştirakı ilə 6-7 ay davam edəcək təlimlər prosesinə başlanılıb. Təlimlər nəzəri və praktiki hissədən ibarət olmaqla bir neçə mərhələdə təşkil ediləcək. İbtidai nəzəri biliklərin mənimsənilməsindən sonra praktiki məşğələlər “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzinin qatar trenajorunda davam etdiriləcək. Bu, maşinist hazırlığının ən mühüm mərhələsidir. Bakı metropoliteninin real zaman və məkan xüsusiyyətlərini, eləcə də müvafiq təlimat bazasını özündə ehtiva edən qatar trenajorunda idarəetmənin mənimsənilməsi ilə yanaşı, nəzəri biliklərin dərinləşdirilməsi, sahələrlə və qatar idarəetməsi ilə tanışlıq prosesi də dərinləşdiriləcək. Tədris proqramında nəzərdə tutulmuş hər mərhələdən sonra biliklərin qiymətləndirilməsi aparılacaq. Növbəti mərhələyə yalnız normativləri yerinə yetirmiş müdavimlər buraxılacaq.Onu da qeyd edək ki, Bakı Peşə Hazırlığı Mərkəzi məşğulluq strategiyası və məşğulluğa dəstək layihələri çərçivəsində həssas təbəqədən olan vətəndaşların işlə təmin olunması ilə bağlı planlı fəaliyyət göstərir. Bu xüsusda Peşə Hazırlığı Mərkəzi tədris proqramının, təlimlərin aparılması, təlimçilərin əməyinin qiymətləndirməsi, müdavimlərə təqaüd verilməsi və digər məsələləri də nəzərdə tutub.Bütün təlimlərin yekununda kursu uğurla başa vurmuş iddiaçılar işə qəbul üzrə kadr komissiyasında müsahibəyə cəlb olunacaqlar. Kadr komissiyasının müsahibəsində məqbul nəticə qazanmış müdavimlər Bakı metropoliteninin qatar maşinisti peşəsinə yiyələnəcək və işlə təmin olunacaqlar.Onu da qeyd edək ki, hazırda Bakı metropolitenində iki maşinist kursunda son təlimlər yekunlaşmaq üzrədir. Yeni maşinistlər qrupu qatar idarəetməsi üzrə müvafiq normativləri tam yerinə yetirdikdən sonra kadr komissiyası qarşısına çıxarılacaq.
Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi və “ÇakÇuk” startap layihəsi ilə əməkdaşlıq çərçivəsində “Elektrik avadanlıqlarının təmiri üzrə elektrik” və “İstilik şəbəkəsi avadanlıqlarının təmiri üzrə çilingər” peşə kurslarının müdavimləri 18.01.2022 tarixində buraxılış imtahanı verdi.Peşə hazırlığı kurslarının davam etdiyi 2 ay müddətində ölkə üzrə müəyyən olunan minimum əməkhaqqı miqdarında təqaüd alan məzunlar, imtahanlardan müvəffəqiyyətlə keçərək rəsmi dövlət sertifikatı alıb " ÇakÇuk MMC''-də işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzi və 9 saylı Ərazi Məşğulluq Filialının təşkilatçılığı ilə 20 dekabr 2021 tarixində Quba şəhərində başlanan “Bərbər” kursunun müdavimləri 18 fevral 2022 tarixində buraxılış imtahanını verib məzun oldu.Qubada bərbərxana şəbəkəsi olan fiziki şəxs Aydın Kiçibəyovla bağlanan müqaviləyə əsasən, iki aylıq nəzəri və təcrübi kursu bitirən 11 nəfər məzun onun bərbərxana şəbəkəsində işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi ilə “Azcake MMC“ arasında əməkdaşlıq çərçivəsində təşkil olunan, 20 dekabr 2021 tarixində başlanan “Qənnadçı” peşəsi üzrə hazırlıq kursunun ilk qrupunun buraxılış imtahanı 18 fevral 2022 tarixində keçirildi.Kursun davam etdiyu iki ay müddətində müdavimər ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd alıb, təlimlər bitdikdən sonra imtahanları müvəffəqiyyətlə verən 12 məzun rəsmi dövlət sertifikatı alıb, un məmulatları və qənnadı məhsullarının istehsalı ilə məşhur olan “Azcake MMC“-də işlə təmin olunacaq.
Bu, 44 günlük Vətən Müharibəsinin iştirakçısı, Ağayev Şəhriyar Salətdin oğlunun uğur hekayəsinin başlanğıcıdır.Bugünkü qəhrəmanımız 2001- ci ildə anadan olub. 11 yaşında valideynləri ilə birgə Rusiyaya köçən Şəhriyar, ara-sıra vətəninə səfər edirdi. 2017-ci ildə Bakı Regional Peşə Tədris Mərkəzində “Qaynaqçı” kursunu bitirir ki, doğma yurduna birdəfəlik geri dönsün. İxtisasına, aldığı diploma uyğun iş tapa bilməyən gənc yenidən Rusiyaya qayıtmaq məcburiyyətində qalır. 2019-cu ildə vətənə olan sevgisi onu Azərbaycana, birbaşa Ordu sıralarına əsgər kimi qaytarır. Daha sonra 44 günlük Vətən Müharibəsində Füzuli, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə şücaətinə görə seçilən Şəhriyar, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilir.Qəhrəmanımızın yenə də işsizlik, əmək bazarında öz yerini tapa bilməmək kimi qayğısı yaranır. Bəzi insanlar həyatları boyu möcüzə gözləyər. Şəhriyar isə sadəcə gözləməklə kifayətlənmir, uğura gedən yolda zəhmət çəkmək, əzmkar olmaq və mübarizə aparmaq lazım olduğunu bilib ölkəsində karyera qurmağa qərar verir. O, sonsuz istək, zəhmət və mübarizənin nəticəsində məqsədələrinə çatan bir gənc olduğu üçün Dövlət Məşğulluq Agentliyinə müraciət etdi, işsiz kimi qeydiyyata alınandan sonra Bakı Peşə Hazırlığı Mərkəzi ilə “GESCO” ASC-nin birgə təşkil etdiyi “Mühafizəçi” peşə hazırlığı kurslarına dəvət olundu. 1 ay davam edən kurslarda peşəkar mühafizəçilərə gərək olan bilik və bacarıqlara yiyələnib, məzun oldu.Hazırda Bakı Peşə Hazırlığı Mərkəzinin fiziki mühafizəsini GESCO mühafizə şirkəti təmin edir Şəhriyar da öz istəyi ilə işlə təmin olunmasında vacib rol oynayan, Dövlət Məşğulluq Agentliyi tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzində işləməyə qərar verdi. Qeyd etdiyimiz kimi, ilk rəsmi iş yeri, qəhrəmanımızın uğur hekayəsinin başlanğıcıdır.
Bakı Peşə Hazırlığı Mərkəzi və “ÇakÇuk” startap layihəsi ilə əməkdaşlıq çərçivəsində “Elektrik avadanlıqlarının təmiri üzrə elektrik” və “İstilik şəbəkəsi avadanlıqlarının təmiri üzrə çilingər” peşələri üzrə hazırlıq kursları təşkil olundu. Hal-hazırda müdavimlərinin istehsalat təcrübəsi mərhələsi davam edir. Qeyd olunan peşələrlə yanaşı, müdavimlərə ağıllı ev sistemlərinin quraşdırılması da tədris olunur. Kursu müvəffəqiyyətlə bitirən məzunlar "Çak-Çuk" startap layihəsi çərçivəsində "Cyber Security LAB" da işlə təmin olunacaq. Bir müddət öncə Dövlət Məşğulluq Agentliyində “ işsiz” kimi qeydiyyata alınan, indi isə gələcəyin tələbatlı peşələrinə ödənişsiz, aylıq təqaüd alaraq yiyələnən müdavimlərin istehsalat təcrübəsindən fotohesabatı təqdim edirik.
Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzi və “Bakı Tikiş Evi MMC”-nin birgə təşkilatçılığı ilə dərzi peşəsi üzrə hazırlıq kursunun 2-ci qrupunun istehsalat təcrübəsi başlayıb. Nəzəri təlim, istehsalat təlimi və istehsalat təcrübəsindən ibarət olan kurs 2 ay davam edəcək. Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunur, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar Türk Standartları İnstitututu tərəfindən verilən TS-EN-İSO 9001:2001 (AQAP) beynəlxalq keyfiyyət standartına malik olan, Azərbaycanın yeganə tikiş müəssisəsi- Bakı Tikiş Evində işlə təmin olunacaq.İndi isə, gələcəyin peşəkar dərzilərinin istehsalat təcrübəsindən fotohesabatı təqdim edirik:
Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək.
Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi və “ÇakÇuk” startap layihəsi ilə əməkdaşlıq çərçivəsində “Elektrik avadanlıqlarının təmiri üzrə elektrik” və “İstilik şəbəkəsi avadanlıqlarının təmiri üzrə çilingər” peşələri üzrə hazırlıq kurslarının müdavimlərinin istehsalat təcrübəsi mərhələsinə start verildi. Ötən müddətdə, müdavimlərə təcrübə ilə yanaşı zəruri nəzəri biliklər də tədris olundu. Kurs zamanı çəkilən kiçik fotohesabatı təqdim edirik.
Ötən il Agentlik 1000-dək şəxsi peşə hazırlığına cəlb edibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislərin hazırlanması həyata keçiriləcək.Ötən il Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzinə beynəlxalq ISO sertifikatları təqdim edilib. Ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi olan Mərkəz fəaliyyətində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001 (əməyin təhlükəsizliyi sistemi) standartlarının tələblərini də təmin edəcək.Qeyd edək ki, Agentik tərəfindən hazırda 127 prioritet istiqamət üzrə peşə hazırlığı həyata keçirilir. Ötən il qurum 1000-dək şəxsi peşə hazırlığı kurslarına cəlb edib. Kurs müddətində işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödənilir.Mənbə: dma.gov.az
Bakı Peşə Hazırlıq Mərkəzi ilə “Bakı Tekstil Fabriki MMC” arasında bağlanmış müqaviləyə əsasən “Dərzi ” peşəsi üzrə sayca 3-cü hazırlıq kursu davam edir. Müqaviləyə əsasən, buraxılış imtahanın müvəffəqiyyətlə verən məzunlar “Bakı Tekstil Fabriki MMC”-də işlə təmin olunacaq.12 müdavimin peşə təhsili aldığı kursun müddəti iki aydır. Dərslər lazımi texniki və əyani vəsaitlərlə təchiz olunmuş xüsusi sinif otaqlarında təşkil olunub. Bakı Peşə Hazırlıq Mərkəzinə cəlb olunan peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunur.
Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzi, paytaxt ilə yanaşı 9 saylı Ərazi Məşğulluq Filialının təşkilatçılığı ilə Quba şəhərində “Bərbər” kursunu təşkil edib. Peşə hazırlığına cəlb olunan 11 nəfərdən ibarət qrup üzvü, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunacaq, buraxılış imtahanlarını müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim ediləcək və onlar, BPHM ilə Qubada bərbərxana şəbəkəsi olan fiziki şəxs Aydın Kiçibəyovla bağlanan müqaviləyə əsasən işlə təmin olunacaqlar. Hal-hazırda peşə hazırlığı davam etdirilən müdavimlərin təlim prosesinin fotohesabatını təqdim edirik.
Dövlət Məşğulluq Agentliyində işsiz kim qeydiyyata düşən vətəndaşların gələcəkdə maddi-sosial rifahının yaxşılaşdırılması üçün əmək bazarının müasir tələblərinə cavab verməsi mütləqdir. Məhz bu səbəbdən Bakı Peşə Hazırlığı Mərkəzi ilə “Azcake MMC“ arasında əməkdaşlıq çərçivəsində təşkil olunan “Qənnadçı” peşə kursunun müdavimləri işəgötürənin təlblərinə uyğun peşə vərdişlərinə yiyələnir. İki ay davam edən kursun müdavimləri bu müddət ərzində orta aylıq əməkhaqqı miqdarında təqaüdlə təmin olunur. Təlimlər bitdikdən sonra imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar, un məmulatları və qənnadı məhsullarının istehsalı ilə məşhur olan “Azcake MMC“-də işlə təmin olunacaq. “Azcake MMC“-də işlə təmin olunmaq üçün Bakı Peşə Hazırlığı Mərkəzində “Qənnadçı” kurslarına cəlb olunan müdavimlərə, peşənin bütün incəliklərinə bələd olması üçün, tədris planına- ixtisas fənnlərinin nəzəriyyəsi ilə yanaşı əmək vərdişləri modulunda ilk peşəkar sənət nümunələrinin hazırlanması da daxildir. Müdavimlərimizin ilk peşəkar qənnadı nümunələrinin fotohesabatını təqdim edirik.
Dövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzi və 9 saylı Ərazi Məşğulluq Filialının təşkilatçılığı ilə Quba şəhərində “Bərbər” kursunun təlimlərinə başlandı.Qubada bərbərxana şəbəkəsi olan fiziki şəxs Aydın Kiçibəyovla bağlanan müqaviləyə əsasən, iki aylıq nəzəri və təcrübi kursu bitirdikdən sonra, buraxılış imtahanlarını müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim ediləcək və onlar işlə təmin olunacaqlar. Peşə hazırlığına cəlb olunan, 11 nəfərdən ibarət qrup üzvü, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə də təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlıq Mərkəzi ilə “Bakı Tekstil Fabriki MMC” arasında bağlanmış müqaviləyə əsasən “Dərzi ” peşəsi üzrə sayca 3-cü hazırlıq kursuna start verilib.14 müdavimin cəlb olunduğu kursun müddəti 2 aydır. Dərslər lazımi texniki və əyani vəsaitlərlə təchiz olunmuş xüsusi sinif otaqlarında təşkil olunub. Bakı Peşə Hazırlıq Mərkəzinə cəlb olunan peşəkar mütəxəssislər tərəfindən müdavimlərə nəzəri biliklərlə yanaşı, istehsalat təcrübəsi zamanı praktiki bilik və bacarıqlar da tədris olunacaq.Peşə hazırlıq kursunu müvəffəqiyyətlə bitirən şəxslər “Bakı Tekstil Fabriki MMC”-də işlə təmin olunacaq.
Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi ilə “Azcake MMC“ arasında əməkdaşlıq çərçivəsində təşkil olunan “Qənnadçı” peşəsi üzrə hazırlıq kursunun ilk qrupu üçün Bakı Peşə Hazırlıq Mərkəzində təlimə başlandı.Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar, Bakı Peşə Hazırlıq Mərkəzi və “Azcake MMC“-nin birgə təşkil etdiyi kurslarda iştirak etmək üçün seçimlərdən keçib. Kursun keçiriləcəyi iki ay müddətində müdavimər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar, un məmulatları və qənnadı məhsullarının istehsalı ilə məşhur olan “Azcake MMC“-də işlə təmin olunacaq. Bakı Peşə Hazırlığı Mərkəzinin təşkil etdiyi “Qənnadçı” kursu Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda yaşayan işsiz şəxsləri əhatə edir.
Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi və “ÇakÇuk” startap layihəsi ilə əməkdaşlıq çərçivəsində “Elektrik avadanlıqlarının təmiri üzrə elektrik” və “İstilik şəbəkəsi avadanlıqlarının təmiri üzrə çilingər” peşələri üzrə hazırlıq kurslarına start verildi.Seçimlərdən keçən müdavimlər, peşə hazırlığı kurslarının davam etdiyi 2 ay müddətində ölkə üzrə müəyyən olunan minimum əməkhaqqı miqdarında təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara rəsmi dövlət serfifikatı veriləcək və onlar " ÇakÇuk MMC''-də işlə təmin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzi və “Bakı Tikiş Evi MMC”-nin birgə təşkilatçılığı ilə dərzi peşəsi üzrə hazırlıq kursunun 2-ci qrupunun təlimləri başlayıb. 15 nəfərin cəlb olunduğu kurs 2 ay davam edəcək.Kurs müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar “Bakı Tikiş Evi MMC” -də işlə təmin olunacaq. Qeyd edək ki, bundan əvvəlki kursun məzunu olan 9 nəfər artıq işlə təmin olunaraq onlarla əmək müqaviləsi imzalanıb.
Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində yeni peşə kurslarının tədrisinə başlanılıb.“Bakı Tikiş Evi” MMC və “Bakı Tekstil Fabriki” MMC ilə bağlanmış müqaviləyə əsasən “Dərzi”, “Azcake MMC“ ilə birgə “Qənnadçı”, “ÇakÇuk” startap layihəsi ilə əməkdaşlıq çərçivəsində isə “Elektrik avadanlıqlarının təmiri üzrə elektrik” və “İstilik şəbəkəsi avadanlıqlarının təmiri üzrə çilingər” peşələri üzrə hazırlıq kursları təşkil edilib.2 ay davam edəcək kurs müddətində müdavimlərə lazımi nəzəri biliklər tədris ediləcək, istehsalat təcrübəsi keçmələrinə şərait yaradılacaq. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar işlə təmin olunacaqlar.Bakı ilə yanaşı, Quba şəhərində də yeni peşə kursuna start verilib. “Bərbər” peşəsi üzrə təşkil edilən kursa 11 nəfər cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzinə beynəlxalq ISO sertifikatları təqdim edilib. Mərkəz ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsidir.Bakı Peşə Hazırlığı Mərkəzi bundan sonra müvafiq fəaliyyət istiqamətlərində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001 (əməyin təhlükəsizliyi sistemi) standartlarının tələblərini də təmin edəcək.Qeyd olunan standartlar əsasında mütəxəssis hazırlığının təşkilinin həyata keçirilməsi üçün mərkəz Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən dərc edilmiş təlimatlara uyğun olaraq sertifikatlaşdırmaya hazırlıq mərhələsini keçib.ISO sertifikatlarını ala bilməsi üçün Bakı Peşə Hazırlığı Mərkəzində keyfiyyət menecmenti sistemi qurulub, təhlili aparılıb və mərkəzin kollektivinə təlimlər keçirilib. Daha sonra Peşə Hazırlığı Mərkəzinin ISO standartlarına cavab verdiyini təyin etmək üçün texniki uyğunluq baxışı, hər üç sistem üzrə sənədlərin yoxlanışı, həmçinin, tədris vəsaitlərinin akkreditasiyası həyata keçirilib.
Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzinin beynəlxalq idarəetmə sisteminin tələblərinə uyğun iş aparıldığını yoxlamaq üçün audit yoxlaması keçirildi. Dövlət Məşğulluq Agentliyinin Tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzi, ölkənin ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi kimi öz fəaliyyətini ISO 9001 (keyfiyyət idarəetmə sistemi), ISO 14001:2015 (ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001:2015 (əməyin təhlükəsizliyi sistemi) tələblərinə uyğun olaraq yerinə yetirmək üçün ‘’International Organization for Standardization’’ tərəfindən dərc edilmiş təlimatlara uyğun olaraq sertifikatlaşdırmaya hazırlıq mərhələsini keçir. İSO sertifikatlarını ala bilməsi üçün Bakı Peşə Hazırlığı Mərkəzində keyfiyyət menecmenti sistemi quruldu və təhlili aparıldı. ''PGM İnspection'' şirkətinin mütəxəssisləri tərəfindən mərkəzin kollektivinə təlimlər keçirildi. Sonda, BPHM-nin İSO standartlarına cavab verdiyini təyin etmək üçün texniki uyğunluq baxışı, hər üç sistem üzrə sənədlərin yoxlanışı oldu. Audit yoxlamasını həyata keçirən “PGM Project Inspection Engineering” Türkiyə nümayəndəliyi Bakı Peşə Hazırlığı Mərkəzinin beynəlxalq idarəetmə sistemi olan İSO standartlarının tələblərinə uyğun qurulduğunu və İSO 9001, İSO 14001 və İSO 45001 serfifikatlarının verilməsi üçün bu mərhələdə bir məhdudiyyətin olmadığını qeyd etdi.
Peşə hazırlığı mərkəzlərində müəllimlərin saathesabı əmək haqları yeni düstura əsasən hesablanacaq.Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzinin nəzdində fəaliyyət göstərən Tədrisdə Keyfiyyətə Təminat Şurasının 10.12.21 tarixində keçirilən iclasında müəllim və istehsalat təlimi ustalarının saathesabı əmək haqlarının hesablanmasında dəyişiklik oldu. Bakı Peşə Hazırlığı Mərkəzinin inzibati binasında keçirilən iclasda, Dövlət Məşğulluq Agentliyinin tabeliyində olan Peşə Hazırlığı Mərkəzlərində tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğlərinin hesablanması metodologiyası və ödəniş məbləğlərinin müəyyən edilməsinə dair müzakirə aparıldı.Şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən təhsilverənin formalaşdırılması, nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması, müasir tələblərə cavab verən və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması haqda fikir mübadiləsi aparıldı.Qərara alındı ki, müəllim və istehsalat təlimi ustalarının saathesabı əmək haqları bu düstura əsasən hesablansın: Ə/h (1 saat)=X*Q/M/S* βBeynəlxalq təcrübə öyrənilməklə aparılan araşdırmalar və təhlillər nəticəsində təhsil müəssisələrində müəllimlərin əmək haqqı xərclərinin ümumilikdə tədris xərclərinin böyük hissəsini təşkil etdiyi müəyyən edilib. İƏİT ölkələrində təhsil səviyyəsi üzrə müəllimlərin əmək haqqı xərclərinin tədris xərclərində 67% (ali, ibtidai, orta və peşə təhsili) paya malik olduğunu nəzərə alsaq, Peşə Hazırlığı Mərkəzlərində bu göstəricinin 60% səviyyəsində tətbiq edilir. Əlavə olaraq, əmək haqqı göstəricilərinin yüksəldilməsi istiqamətində veriləcək qərarlar daha peşəkar təlimçilərin cəlb edilməsinə, işə yanaşmasına, nəticədə təlimin səviyyəsinin yüksəldilməsinə, təhsilin prioritet istiqamətlərinin optimallaşdırılmasına müsbət təsir edəcək.
Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzinin Tədrisdə Keyfiyyətə Təminat Şurasının iclası keçirildi. Şura Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti Sədrinin müvafiq əmrinə əsasən 2021-ci ilin noyabr ayında yaradılmışdır.Tədrisdə Keyfiyyətə Təminat Şurası Bakı Peşə Hazırlığı Mərkəzində təlim-tədris planlarını və proqramlarını Mərkəz vasitəsilə Agentliklə razılaşdırmaqla təsdiq etmək, təlim tədris materiallarına rəy vermək, təlimin səviyyəsinin təkmilləşdirilməsi haqqında təkliflərə baxmaq, əlavə ödənişli kurslarda təhsil haqqını və tədris müddətini müəyyən etmək məqsədilə yaradılmışdır. İclasda Şuranın hüquq və vəzifələri, tərkibinin təsdiq olunması, əsas fəaliyyət istiqamətləri və görüləcək işlər barədə məruzələr edildi. Zərurət yarandığı təqdirdə Şuranın iclaslarına müstəqil ekspertlər və mütəxəssislərin də dəvət olunacağı bildirildi. Şuranın fəaliyyət istiqamətləri – təlim-tədris planlarını və proqramlarını Mərkəz vasitəsilə Agentliklə razılaşdırmaqla təsdiq etmək, təlim-tədris materiallarına rəy vermək, təlimin səviyyəsinin təkmilləşdirilməsi haqqında təkliflərə baxmaq, əlavə ödənişli kurslarda təhsil haqqını və tədris müddətini müəyyən etməkdən ibarətdir.Əlavə təhsil, o cümlədən peşə hazırlığı sahəsində kadr hazırlığının prioritet istiqamətləri əsas götürülməklə müasir standartlara cavab verən təlim mühitinin yaradılması günün tələbidir. İnnovativ texnologiyalar və təlim metodlarından səmərəli istifadənin tətbiqinə dair təqdimat habelə ayrı-ayrı istiqamətlər üzrə təlim-tədris planları və proqramları, məsafədən təlim materialları, müxtəlif peşə modulları üzrə tədris və təcrübə elementlərinin əyani və distant formalarını real vəziyyət nəzərə alınmaqla müəyyənləşdirmək və qiymətləndirilməsinə dair məruzə edildi. Peşə hazırlığına cəlb olunanların ilkin qiymətləndirmə qaydaları və formaları, eləcə də təşkiletmə funksiyalarının tətbiqi ilə bağlı müvafiq təkliflər irəli sürüldü və Tədrisdə Keyfiyyətə Təminat Şurasının tərkibi təsdiq edildi.Komissiyanın sədri: Jalə Rzabəyli – Bakı Peşə Hazırlığı Mərkəzinin direktoruSədrin müavini:Yusif Məmmədli – “Brick Construction” MMC-nin təsisçisi, Qaynaq işləri və İSO beynalxalq sistemləri üzrə mütəxəssisKomissiyanın katibi:Arzu Əliyeva – Bakı Peşə Hazırlığı Mərkəzinin Təlim-tədris şöbəsinin baş mütəxəssisiKomissiyanın üzvləri:Amin Çərkəzov – Bakı Peşə Hazırlığı Mərkəzinin Təlim-tədris şöbəsinin müdiri;Araz Paşayev – Təhsil Tələbə Krediti Fondunun direktoru;Turqut Əlizadə – “Gravity” İNC. MMC – nin direktoru;Aytac Əliyeva – “CASRA GROUP” MMC – nin direktor müşaviri;Elçin Bayramov – Xəzər Dəniz Gəmiçilik İdarəsinin SƏTƏM üzrə mütəxəssisi;Anar Məmmədov – Təhsil üzrə ekspert;Samir Abbasov – Yükqaldırma üzrə mütəxəssis, SOCAR Cape;Eynulla Yaqubov – “SDL Nobel” MMC – nin Keyfiyyətə nəzarət və mühəndislik üzrə direktoru.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində peşə hazırlığının təşkilində əməkdaşlıq edilən özəl müəssisələrlə görüş keçirilib. Görüşdə “Dadashsoy Group” MMC, “HR OPTİON” MMC, ”SQA Group” MMC, “SAT Group” MMC, “TCS” MMC, “Texnolab” MMC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "İKT Tətbiqi və Tədrisi Mərkəzi" MMC, “Baku City Academy” MMC, “Linqva TM” MMC, “Alishovs Education” MMC, “Edusupport” MMC, “GMB Klaster Konsalting” MMC, “Vision Academy” MMC, “Start IT” MMC iştirak edib.Görüşdə dövlət-özəl sektoru arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, peşə hazırlığı kurslarının səmərəliliyinin artırılması, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən peşə hazırlığı sahəsində həyata keçirilən islahatlar, müəssisələr tərəfindən tədris olunan peşə və ya ixtisaslar və onlar üçün müəyyən olunmuş xərc məbləğləri, təlim-tədris prosesinə cəlb olunmuş müəllim-pedaqoji heyətin keyfiyyət göstəriciləri, tədris olunan proqramlar və tədris materialları, adambaşına maaliyyələşmə prinsipinin əsasları, gələcək inkişaf istiqamətlərinə dair məsələlər müzakirə edilib.Özəl müəssisələrin nümayəndələri də öz növbəsində dövlət-özəl əməkdaşlığının əmək bazarında rəqabətədavamlı kadrların hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq davamlı və inkişafyönümlü işlərin həyata keçirilməsinin zəruriliyini qeyd ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Dövlət-özəl tərəfdaşlığı ilə peşə hazırlığının təkmilləşdirilməsi və vətəndaşlara operativ peşə hazırlığı xidmətinin təşkili” mövzusunda görüş keçirilib. Görüşdə Dövlət Məşğulluq Agentliyinin, 4 saylı Bakı DOST Mərkəzinin, Bakı Peşə Hazırlığı Mərkəzinin, eləcə də Agentliyin əməkdaşlıq etdiyi özəl şirkətlərin nümayəndələri iştirak edib.Agentliyin peşə hazırlığı və peşəyönümü departamentinin müdiri Fuad Mehdizadə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na edilən dəyişikliklə peşə hazırlığının dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirildiyini və peşə hazırlığını bitirən şəxslərin məşğulluğunun təminatında işəgötürənlərlə əməkdaşlığın vacibliyini bildirib. Qeyd edib ki, hazırda peşə təhsili sistemində ciddi islahatlar, təhsilin məzmununun işəgötürənlərin tələblərinə uyğunlaşdırılması, bu sahədə müasir təcrübənin tətbiq edilməsi və peşə hazırlığı mərkəzlərinin yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilir. Aparılan tədbirlərin nəticəsi olaraq isə məzunlar əmək bazarında öz yerlərini tutmalıdır.Görüşdə işəgötürənlərlə peşə hazırlığı mərkəzləri arasında müxtəlif səviyyələrdə əməkdaşlığın qurulmasının günün tələbi olduğu vurğulanıb. Agentlik tərəfindən bu istiqamətdə görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, bu kimi görüşlərin mütəmadi keçirilməsinin zəruriliyi qeyd olunub.Daha sonra Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzinin fəaliyyəti barədə təqdimat edilib. Mərkəzdə aparılan yenidənqurma işləri, təşkil edilən kurslar və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verilib, peşə hazırlığı ilə məşğul olan şirkətləri maraqlandıran suallar cavablandırılıb.
Dövlət Məşğulluq Agentliyi tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzində Sənaye və İnşaat laboratoriyası tezliklə sınaqlara başlayacaq. Texniki avadanlıq və aktivlər gətirilib, Beynəlxalq Akkreditasiya Xidmətinin baş katibi Salih Ayvaz Bakıya səfər edib, laboratoriyanın İSO standartlarına uyğun qurulmasına və gələcəkdə yüksəkdəqiqlikli analizlərin aparılması üçün tələb olunan məqamlar haqda tövsiyyələrini verib. Bakı Peşə Hazırlığı Mərkəzində yeni qurulan Sənaye və İnşaat laboratoriyasında dağıdıcı üsul ilə aparılan sınaqlar, qeyri dağıdıcı üsul ilə aparılan sınaqlar boya məhsullarının sınaqları və izolyasiya məhsullarının sınaqları aparılacaq. Dağıdıcı üsul ilə aparılan sınaqlar:Mexaniki xassələrin təyini: Dartma sınağıAxıcılıq həddinin (σt) təyiniMöhkəmlik həddinin (σw) təyiniNisbi uzanmanın (δ%) təyiniBükmə sınağıZərbədən və ağırlıqlardan təsirlərin təyini sınağıLent qaynağından ayrılma sınağıÇərtik qırılma sınağıBərkliyin təyini sınağıBrinell üzrə bərkliyin təyini (HBVikkers üzrə bərkliyin təyini (HV)Rokvell üzrə bərkliyin təyini (HR)Mikrostrukturun qiymətləndirilməsiQeyri dağıdıcı üsul ilə aparılan sınaqlar:Vizual nəzarət (VT)Ultrasəs defektoskopiyası (UT)Radioqrafik defektoskopiyası (RT)Maqnit-toz defektoskopiyası (MT)Rəngli kapillyar defektoskopiyası (PT)Boya məhsullarının sınaqları:Qopartma müqavimətinin təyini sınağıSuda saxlandıqdan sonra adgeziyanın təyini Bərkliyin təyini (Şor üzrə)Deşici uca qarşı müqavimətin təyiniÖrtüyün qalınlığının təyiniUzun müddətli termal təsirin təyini (termal yaşlanma)Özlülüyün təyini sınağıÖrtüyün katodik soyulmasının təyiniZərbəyə qarşı möhkəmliyin təyiniMineral qalıq miqdarının təyiniKonus oxu üzrə əyilmənin təyiniÇarpaz və X kəsim üsulu ilə adgeziyanın təyiniSu hopmanın təyini sınağıHəmcins səthin formalaşmasının təyiniSıxlığın təyini sınağıBucholz sərtlik batma sınağıİzolyasiya məhsullarının sınaqları:Bərkliyin təyini (Şor üzrə)Deşici uca qarşı müqavimətin təyiniUzanma faizinin təyiniHəmçinin inşaat məhsullarının sınaq laboratoriyasında beton, beton doldurucuları (qum, ələnti, qırma daş, çınqıl), sement, təməl (paya, dirək), qrunt, bitum və bitum tərkibli qarışıqlar, su,quyu qapaqları, novalçalar, yağış suyu barmaqlıqları, müxtəlif növ siyirtmə və hidrantlar, qum və qəlib qumu, töküm betoniti, kömür testləri keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzi və Bakı Tikiş Evinin birgə təşkilatçılığı ilə dərzi peşəsi üzrə hazırlıq kursunun 3-cü qrupunun təlimləri başlayıb. 12 nəfərin cəlb olunduğu kurs 2 ay davam edəcək. Kurs müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar Bakı Tikiş Evində işlə təmin olunacaqlar. Qeyd edək ki, bundan əvvəlki kursun məzunu olan 9 nəfər artıq işlə təmin olunaraq onlarla əmək müqaviləsi imzalanıb. 10 müdavimin cəlb olunduğu 2-ci qrup təlimləri isə hazırda davam edir. Peşə hazırlığı kursuna qatılmaq istəyən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon sakini olan işsiz şəxslər Ərazi Məşğulluq Filiallarına və ya DOST Mərkəzlərinə müraciət edə bilər.
İngilis dilini klassik-ənənəvi metodlara nisbətən 4 dəfə daha sürətliöyrənmək və ən vacib 4 bacarığı - danışma, dinləmə, oxuma və yazmanı(speaking, listening, reading and writing) effektiv inkişaf etdirməkmümkündür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət MəşğulluqAgentliyi nəzdində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzindətəşkil olunan İngilis dili kursları proqramına daxildir:✓ Ödənişsiz ingilis dili səviyyə testi (Free placement test)✓ Hər biri 90 dəqiqəlik (1.5 saat) müddətində dərslər✓ Qrup şəklində interaktiv dərs programı✓ Hər həftəsonu "Free conversation club" (fərqli və maraqlı mövzularda)✓ Hər həftəsonu kino günlərində (Movie days) iştirak✓ Hər səviyyə üzrə biliklərin yoxlanılması üçün imtahan✓ Rəsmi Dövlət sertifikatı.Əlaqə üçün;+994 55 555 0 142 Bakı ş. Binəqədi rayonu, Səttar Bəhlulzadə 44
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Peşə öyrən, işsiz qalma” devizi ilə başladılan “Peşəkar” layihəsi çərçivəsində həyata keçirilən “Mühafizəçi” kursunun ilk qrupunu müvəffəqiyyətlə bitirən şəxslər iş fəaliyyətinə başladı.Bir ay davam edən “Mühafizəçi” kursu Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda yaşayan işsiz şəxsləri əhatə edib.Hazırda yeni qrupa müraciət qəbulu davam edir. Azərbaycan Respublikasının vətəndaşı olan, həqiqi hərbi xidməti bitirmiş, məhkumluğu olmayan, boyu 170 sm-dən yuxarı, 20-50 yaş arasında fiziki cəhətdən tam sağlam, minimum orta təhsilli kişi namizədlər kursda iştirak üçün müraciət edə bilər.Qeyd olunan tələblərə uyğun şəxslər Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə Ərazi Məşğulluq filiallarına və “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyata düşə bilərlər. İştirakçılar xüsusi təlim keçdikdən sonra sertifikat əldə edəcək və işlə təmin olunacaqlar.Qeyd edək ki, kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödənilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yeni təlim kurslarına qəbul keçirilir.“Təchizat zəncirinin menecmenti” sahəsində təşkil olunacaq təlimlər Bakı Peşə Hazırlığı Mərkəzində keçiriləcək.Təlimlər bitdikdən sonra imtahanları müvəffəqiyyətlə başa vuran iştirakçılara rəsmi dövlət sertifikatı veriləcək.Ətraflı məlumat üçün;+99450 658 09 05Bakı ş. Binəqədi rayonu, Səttar Bəhlulzadə 44Bakı Peşə Hazırlığı Mərkəzi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlığa dair Memorandum imzalanıb.Sənədin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev aktiv məşğulluq proqramlarının bir istiqamətinin də məzunların əmək bazarına inteqrasiyasına dəstək məqsədi daşıdığını, bu istiqamətdə müvafiq işlər aparıldığını bildirib. O, eyni zamanda, tədris proqramlarının əmək bazarının tələblərinə uyğun təkmilləşdirilməsinin önəmini qeyd edib. Nazir müavini imzalanan memorandumun bu və digər istiqamətlərdə əməkdaşlıq müstəvisində birgə işlərin aparılmasına imkan yaratdığını qeyd edib.AzTU-nun rektoru Vilayət Vəliyev Memorandumun imzalanmasında məqsədin elm, təhsil və universitet-sənaye iş birliyi sahələrində əməkdaşlığın inkişaf etdirilməsi olduğunu vurğulayıb. Birgə əməkdaşlıq nəticəsində müvafiq peşə ixtisasları üzrə tədrisin təşkili, sənaye sertifikatlarının əldə olunması, xüsusi ixtisaslar üzrə peşə standartlarının işlənilməsində Universitetin iştirakı və tələbələrin peşəkarlıq səriştələrinin artırılmasının təmin ediləcəyini bildirib. Əməkdaşlıq sənədini V.Vəliyev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri M.Abbasbəyli imzalayıb.Memoranduma əsasən, tərəflər müxtəlif sahələr üzrə mühəndis kadrlara olan tələbatın müəyyən edilməsi məqsədilə əmək bazarının araşdırılması, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi üçün əmək bazarının tələblərinə uyğun tədris proqramlarının təkmilləşdirilməsi, həssas qruplardan olan tələbələr üçün müxtəlif sosial layihələrin hazırlanması istiqamətində əməkdaşlıq edəcək.Sənəddə məzunların məşğulluğunun və əmək bazarına inteqrasiyasının təmin edilməsi məqsədilə məzun yarmarkalarının və digər tədbirlərin keçirilməsi, tələbələrin biznes bacarıqlarının inkişaf etdirilməsi, startapların və inkubasiya mərkəzlərinin yaradılması, birgə innovativ layihələrin həyata keçirilməsi də nəzərdə tutulub.Tədbir çərçivəsində qonaqlar həmçinin AzTU-nun tədris laboratoriyaları ilə tanış olublar.
6 avqust 2021 ci il tarixində, Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzinin beynəlxalq idarəetmə sistemi olan İSO standartlarının tətbiqi üzrə akkreditasiyasına başlanması ilə əlaqədar görüş keçirildi. Tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, Dövlət Məşğulluq Agentliyinin, Peşə Hazırlığı və Peşə Yönümü Departamentinin müdiri Fuad Mehdizadə, Peşə Hazırlığı Şöbəsinin müdiri Kənan Bağırov, Bakı Peşə Hazırlığı Mərkəzinin direktoru Jalə Rzabəyli, ''PGM İnspection'' un direktoru Arif Canacık, icraçı direktoru- Arzu Yagcı, auditoru -Zengin Abdulkadir, ''PGM Caspian MMC''nin direktoru Yusif Məmmədli, direktor müavini Diana Sles, Keyfiyyət üzrə mütəxəssisi- Hicran Paşayeva, ''Universitas İnternational MMC''-nin direktoru Araz Paşayev, Beynəlxalq Akkreditasiya Xidmətinin baş katibi Salih Ayvaz iştirak etdi. Tədbirin rəsmi hissəsi bitdikdən sonra ''PGM İnspection'' mütəxəssisləri mərkəzin kollektivinə ilk təlim keçdi. Bakı Peşə Hazırlığı Mərkəzi öz fəaliyyətini ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001: 2015 (ətraf mühitin idarə olunması və qorunması sistemi), İSO 45001: 2015 (əməyin təhlükəsizliyi sistemi) tələblərinə uyğun olaraq yerinə yetirəcək və bununla Dövlət Məşğulluq Agentliyi nəzdində fəaliyyət göstərən ilk İSO sertifikatlı peşə hazırlıq mərkəzi olacaq. İSO standartlarına sahib olmaq istənilən şəraitdə rəqabətədavamlı, yüksək keyfiyyət standartlarına cavab verən peşəkarlıq göstəricisidir. Bakı Peşə Hazırlığı Mərkəzi İSO seriyali beynəlxalq sertifikatları aldıqdan sonra ‘’İnternational Organization for Standartization’’ tərəfindən dərc edilmiş təlimatlara uyğun olaraq fəaliyyət planı hazırlayıb, resurs siyahıları və tətbiq modelləri üçün formalardan istifadə etməklə yeni inkişaf mərhələsinə keçid edəcək. Sertifikat Mərkəzin peşəkar nüfuzunun gücləndirilməsi, habelə yeni sektorlara giriş imkanı yaradaraq- müştəri, vətəndaş və tərəfdaşların etibarını təmin edəcək. Qeyd olunan standartların tətbiqi daxili və xarici bazarda müəssisənin müsbət imicinin formalaşmasına, idarəetmədə daha müasir üsullardan istifadəsinə, sifarişçilərin tələblərinə uyğun olaraq sənədləşmənin aparılmasına, işlərin təhlükəsiz şəraitdə, ətraf mühitə ziyan vurmadan və keyfiyyətlə yerinə yetirilməsinə, uyğunsuzluqların vaxtında aşkarlanıb aradan qaldırılmasına yönəlmişdir. ISO beynəlxalq standartların tətbiqi ilə Bakı Peşə Hazırlıq Mərkəzi təlim fəaliyyəti zamanı müxtəlif peşələr üzrə yüksək nəticə göstərən müdavimlərə də standartın tələblərinə uyğun olaraq beynəlxalq sertifikatlar təqdim edəcək. Dövlət Məşğulluq Agentliyi nəzdində Bakı Peşə Hazırlığı Mərkəzində ISO standartlarının tətbiqi üzrə akkreditasiyasının həyata keçirilməsi Türk şirkəti olan Beynəlxalq Audit və Sertifikatlaşdırma Agentlikləri Konfederasiyasının üzvü –''PGM İnspection'' tərəfindən həyata keçiriləcək. Müxtəlif sahələrdə keyfiyyətə nəzarət və tədris müəssisələrinin təkmilləşdirilməsinə xidmət göstərən ‘’PGM İnspection’’un peşəkar komandası tərəfindən Bakı Peşə Hazırlığı Mərkəzində beynelxalq standartların alınması və akkreditasiya olunması üçün yekun sertifikatlandırılma auditi prosesinə başlanılacaq. Bu sertifikatı aldıqdan sonra peşə təhsili mərkəzinin məzunlarına beynəlxalq layihələrdə, tenderlərdə iştirak edərkən sifarişçinin tələblərinə uyğun ixtisaslar üzrə (qaynaqçı, elektrik ustası, çilingər və s.) beynəlxalq sertifikatların verilməsi mümkün olacaq.Sertifikat almış məzunlar dünyanın istənilən ölkəsində peşəkar kadr kimi qəbul ediləcək. Karyera inkişafını arzulayan, yüksək məvacibli işlə təmin olunmaq istəyən bütün vətəndaşlar Azərbaycanda İSO standartlarına cavab verən peşə hazırlığı mərkəzi - BPHM-də təhsil alan müdavimlər əlavə kurs keçdikdən sonra İSO uyğunluq sertifikatını əldə edə biləcək. Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləyə bilər.
Dövlət Məşğulluq Agentliyi ilə "ÇakÇuk'' startap layihəsi arasında əməkdaşlıq çərçivəsində təşkil olunacaq ''Elektrik montyoru'' , ''Xadimə'' , ''Dayə'', ''Kombi ustası'' , ''Məişət texnikası ustası'', ''Santexnika ustası'' peşələri üzrə hazırlıq kurslarına qəbul üçün Bakı Peşə Hazırlıq Mərkəzində ilkin müsahibələrə başlanmışdır.Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar, Bakı Peşə Hazırlıq Mərkəzi və " ÇakÇuk'' Startap layihəsi birgə təşkil etdiyi kurslarda iştirak etmək üçün seçimlərdən keçib. Kursların keçiriləcəyi bir ay müddətində müdavimər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət serfifikatı veriləcək. Kursa qeydiyyat və müsahibələr davam edir.Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən işsiz vətəndaşlar Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri Ərazi Məşğulluq mərkəzlərinə və ya DOST Agentliyinə müraciət edə bilər.
Dövlət Məşğulluq Agentliyi ilə Bakı Tikiş Evi arasında əməkdaşlıq çərçivəsində təşkil olunan dərzilik peşəsi üzrə hazırlıq kursunun ilk qrupu üçün Bakı Peşə Hazırlıq Mərkəzində təlimə başlandı 30.08.2021 tarixində başlanan kurs iki ay davam edəcək.Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar, Bakı Peşə Hazırlıq Mərkəzi və Bakı Tikiş Evinin birgə təşkil etdiyi kurslarda iştirak etmək üçün seçimlərdən keçib. Kursun keçiriləcəyi iki ay müddətində müdavimər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Bakı Tikiş Evində işlə təmin olunacaq. Növbəti qruplar üçün də ''Dərzi'' kursuna qeydiyyat və müsahibələr davam edir.Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən işsiz vətəndaşlar Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri Ərazi Məşğulluq mərkəzlərinə və ya DOST Agentliyinə müraciət edə bilər.
Peşə hazırlığı dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na dəyişiklik edilib. Yeni dəyişiklikdə peşə hazırlığının dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi, peşə hazırlığını həyata keçirən müəssisələrin müsabiqə yolu ilə seçilməsi mexanizmi öz əksini tapıb.Dəyişiklikdə əsas məqsəd peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və effektivliyinin artırılması, bu sahədə çevikliyin və rəqabətliliyin təmin olunması, eləcə də dövlət-özəl əməkdaşlığının genişləndirilməsidir.Dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərə məxsus əlavə təhsil həyata keçirən müəssisələr peşə hazırlığını həyata keçirə biləcəkləri ixtisası göstərməklə Agentliyə müraciət edə bilərlər. Daha sonra müvafiq sahələr üzrə peşə hazırlığını həyata keçirəcək müəssisələrin seçimi həyata keçiriləcək.Peşə hazırlığını həyata keçirəcək müəssisələrin seçiminin şəffaf və ədalətli aparılması məqsəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Agentliyininin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələrindən ibarət müsabiqə komissiyasının yaradılması qərara alınıb. Komissiya peşə hazırlığının təşkili məqsədi ilə Agentliyə müraciət edən müəssisələrin müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilməsini həyata keçirərək sifarişi icra edəcək müəssisələri müəyyən edəcək.Peşə hazırlığı kurslarında iştiraka maraqlı tərəflər (müəssisələr) https://forms.gle/i2bg2ab1RmCLQdfb6 linki vasitəsilə müraciət edib, qeydiyyatdan keçə bilərlər.