Paylaşılıb 07 iyul 2022

10 müdavim üçün “Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi xəzinədar" peşəsi üzrə təlimlərə başlandı

Dövlət Məşğulluq Agentliyi ilə “Azerbaijan supermarket” MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan satıcı peşəsi üzrə hazırlıq kursunun ilk qrupu üçün Bakı Peşə Hazırlıq Mərkəzində peşə hazırlığına start verildi. 100-ə dək “işsiz” statusu olan vətəndaşın qatıldığı müsahibədən uğurla keçən 10 müdavim “Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi xəzinədar" peşəsi üzrə nəzəriyyə və təcrübə təlimi alacaq. 

Kursun davam edəcəyi bir ay müddətində müdavimər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Bravo supermarketlər şəbəkəsində işlə təmin olunacaq. 

 

Whatsapp Zəng et