Lənkəranda keçirilən “Proqramla idarə olunan dəzgah operatoru” kursunun təlimi yekunlaşdı.
Azərsun Lənkəran Konserv Zavodu ASC və Gilan Lənkəran Konserv Zavodu ilə əməkdaşlıq çərçivəsində təşkil olunan kurslardan ümumilikdə 21 müdavim məzun oldu.
Kurs zamanı iştirakçılara nəzəri biliklər aşılanır və istehsalat təcrübəsinə cəlb olunurdu. 2 ay davam edəcək kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənildi və kursu müvəffəqiyyətlə bitirən şəxslər Azərsun Lənkəran Konserv Zavodu ASC və Gilan Lənkəran Konserv Zavodunda iş ilə təmin olunmaq üçün göndəriş aldı.