Paylaşılıb 30 dekabr 2022

3 peşə hazırlığı kursunun müdavimləri məzun oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi və Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən təşkil olunan peşə hazırlığı kursları yekunlaşdı.

Hacıqabul rayonunda işsiz şəxslər üçün təşkil olunan “ofisiant” , Salyanda “İstixana operatoru” peşələri üzrə kursa müsahibə mərhələsindən keçən işsiz statusu olan vətəndaşlar cəlb olunmuşdu.

Bundan başqa Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən "Al Market"-lə əməkdaşlıq çərçivəsində "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kursu da təşkil olunmuşdu.

Tədris müddətində iştirakçılara minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödənildi, buraxılış imtahanından müvəffəqiyyətlə keçən 14 məzun müvafiq sahədə işlə təmin olunacaq.

Whatsapp Zəng et