"Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzində 6 peşə hazırlığı kursunun müdavimləri buraxılış imtahanı verdi.
Ümumilikdə 53 nəfərin məzun olduğu kurslar- iki qrup qənnadçı- şirniyyatçı, iki qrup alətçi – çilingər, mobil telefonların təmiri ustası və dayə sahələri üzrədir. SOCAR, "Azza Cake House", Anadolu Baklava, "Randevu" Şirniyyat evi, Alo dayə və "İCE Service" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən 2 aylıq kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə təcrübə keçmələrinə də şərait yaradıldı. Kursun sonunda imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək. Qeyd edək ki, peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd ödənilirdi."