HVAC Solution MMC ilə əməkdaşlıq çərçivəsində, Bakı Peşə Hazırlığı Mərkəzində "Alternativ enerji qurğu və avadanlıqlarının istismarı" üzrə peşə hazırlığının ilk qrupunun müdavimləri məzun oldu.
06.06.2022 tarixində başlanan "Alternativ enerji qurğu və avadanlıqlarının istismarı" peşə hazırlığı kursunun müdavimləri buraxılış imtahanı verdi.
Tədris planına uyğun olaraq, Günəş enerjisi texnologiyalarının problemsiz istifadəsi üçün fotovoltaik sistemlərin planlaşdırılması və quraşdırılmasına dair tələb olunan bilik və bacarıqlar aşılandı. Onlar, günəş enerjisindən elektrik enerjisinin alınması sisteminin qurulması, planlama mərhələsində qabaqlayıcı tədbirləri görməyə və baş verə biləcək səhvlər üçün preventiv tədbirlərin görülməsini əhatə edən zəruri biliklərə sahib oldu. 1 ay davam edən peşə hazırlığı kursu müddətində müdavimlərə ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödənildi, buraxılış imtahanını müvəffəqiyyətlə verən 12 məzun rəsmi dövlət sertifikatı alıb işlə təmin olunacaq.