Paylaşılıb 09 iyun 2022

"Alternativ enerji qurğu və avadanlıqlarının istismarı" üzrə peşə hazırlığına başlandı

HVAC Solution MMC ilə əməkdaşlıq çərçivəsində, Bakı Peşə Hazırlığı Mərkəzində "Alternativ enerji qurğu və avadanlıqlarının istismarı" üzrə peşə hazırlığına start verildi.

06.06.2022 tarixində başlanan "Alternativ enerji qurğu və avadanlıqlarının istismarı" peşə hazırlığı kursunun müdavimlərinə, günəş enerjisi texnologiyalarının problemsiz istifadəsi üçün fotovoltaik sistemlərin planlaşdırılması və quraşdırılmasına dair tələb olunan bilik və bacarıqlar aşılanacaq. Tədris planı, günəş enerjisindən elektrik enerjisinin alınması sisteminin qurulması, planlama mərhələsində qabaqlayıcı tədbirləri görməyə və baş verə biləcək səhvlər üçün preventiv tədbirlərin görülməsini əhatə edir. 1 ay davam edəcək peşə hazırlığı kursu müddətində müdavimlərə ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanını müvəffəqiyyətlə verən məzunlar rəsmi dövlət sertifikatı alıb işlə təmin olunacaq. 

Whatsapp Zəng et