Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Aşpaz” peşəsi üzrə hazırlıq kursunun müdavimləri məzun oldu.
17.10.2022 tarixində başlanıb, 2 ay davam edən kurs müddətində müsahibədən müvəffəqiyyətlə keçən müdavimlərə lazımi nəzəri biliklər tədris edildi, istehsalat təcrübəsi keçmələrinə şərait yaradıldı. Təlimlər başa çatdıqdan sonra imtahanlardan 13 nəfər müvəffəqiyyətlə keçdi. Məzunlara sertifikat təqdim ediləcək və onlar müvafiq ixtisas üzrə "ATU" Restoran və "Naves" kafedə işlə təmin olunacaqlar.