Paylaşılıb 27 oktyabr 2022

“Aşpaz” peşəsi üzrə hazırlıq kursunun tədrisinə başlandı

Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Aşpaz” peşəsi üzrə hazırlıq kursunun tədrisinə başlandı.

2 ay davam edəcək kurs müddətində  müsahibədən müvəffəqiyyətlə keçən 7 müdavimə lazımi nəzəri biliklər tədris ediləcək,  istehsalat təcrübəsi keçmələrinə şərait yaradılacaq. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar işlə təmin olunacaqlar.

 

Whatsapp Zəng et