Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən Astarada "Ofisiant" peşəsi üzrə hazırlıq kursu təşkil edilib.
Lənkəran-Astara Regional Məşğulluq Filialı ilə "OXATAN” MMC-nin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa işəğötürənin meyarları əsasında seçim aparılmaqla 20 işsiz şəxs cəlb edilib. Kurs, 13.02.2023 tarixində başlanıb, 1 ay davam edəcək.
Nəzəri biliklərin tədrisindən sonra müdavimlər gələcək iş yeri- "Marsel otel"-də istehsalat təcrübəsi keçəcəklər.
Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər peşə hazırlığı keçdikləri sahə üzrə əmək fəaliyyətinə başlayacaq.
Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.