Paylaşılıb 06 sentyabr 2022

Avqust ayı ərzində 205 nəfər peşə hazırlığı kursuna cəlb olundu

Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzində, avqust ayı ərzində 16 peşə hazırlığı kursu təşkil edildi, daha 205 işsiz vətəndaş peşə hazırlığına cəlb olundu.

Ötən ay ərzində təşkil edilmiş kurslarda,”Təchizat üzrə agent”, “Dərzi”, “Xalçaçılıq”, “Ofisiant”, “Turizm agenti”, “Əməliyyatçı-mühasib”, “Meyvə-tərəvəz ustası”, “Tikiş avadanlıqlarının operatoru”, tikişçi, “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı nəzarətçi xəzinədar”, “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru”, “Əl elektrik qaynaqçısı” peşə təlimi keçirilməyə başladı.

Bakı Peşə Hazırlığı Mərkəzinin "Azərbaycan supermarket" MMC, “Aygün Tədris-İstehsalat Firması” MMC (Quba), “Qədim Quba Özəl xalçaçılıq Müəssisəsi” MMC (Quba), Qədir-Xum restoranı, "Haldun Turizm" Şirkəti, Bank olmayan kredit təşkilatı "Güvənli" MMC, "Qafqaz Konserv zavodu" Azərsun, "Afteks" MMC, "Bakı Tekstil Fabriki" MMC, "Sumqayıt toxucu-tikişçi fabriki" MMC, "Al Market" MMC, "Dəmiryolu" QSC, Salyan dəmirçi sexi və Əlil Sahibkarlıq Təşkilatı ilə əməkdaşlıq istiqamətində Dövlət Məğşulluq Agentliyində "işsiz" kimi qeydiyyata alınan vətəndaşlara 16 qrup peşə hazırlığı kursu təşkil olunub. Onlara, zəruri nəzəri biliklər tədris edilməklə yanaşı, öyrəndikləri peşələr üzrə təcrübə keçmələrinə də şərait yaradılacaq.

Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar işlə təmin olunacaqlar.

Tədris müddətində müdavimlərə minimum aylıq əməkhaqqı miqdarında aylıq təqaüd də ödənəcək.

 

 

Whatsapp Zəng et