Paylaşılıb 24 avqust 2022

Avqust ayının ilk iyirmi günündə 160 nəfər üçün peşə hazırlığı kursu təşkil olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində, cari ayda  160 nəfər işsiz şəxs üçün 12 peşə hazırlığı kursu təşkil olunub, daha bir neçə kursun təşkil olunması planlaşdırılır.

 160 nəfər işsiz vətəndaş üçün, əmək bazarının tələblərinə uyğun olaraq işlə təmin oluna bilməsi üçün , “Təchizat üzrə agent”, 2 qrup “Dərzi “, 2 qrup “Xalçaçılıq”, “Ofisiant”, “Turizm agenti”, “Əməliyyatçı mühasib”, “Meyvə-tərəvəz ustası”  3 qrup “Tikiş avadanlıqlarının operatoru, tikişçi” olmaqla, 12 peşə hazırlığı kursu təşkil olunub.

 Peşə hazırlığı kursları, Bakı şəhəri, Masallı rayonu, Quba şəhəri və Sumqayıt şəhərində keçirilir. 

"Azərbaycan supermarket" MMC, "Aygün Tədris-İstehsalat Firması" MMC, "Qədim Quba Özəl xalçaçılıq Müəssisəsi" MMC, Qədir-Xum restoranı, "Haldun Turizm" Şirkəti, Bank olmayan kredit təşkilatı "Güvənli" MMC, Əlil Sahibkarlıq Təşkilatı, "Afteks" MMC, "Bakı Tekstil Fabriki" MMC, "Sumqayıt toxucu-tikişçi fabriki" MMC ilə əməkdaşlıq çərçivəsində, müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə təcrübə keçmələrinə də şərait yaradılacaq.

 Peşə hazırlığı kursları, Bakı şəhəri, Masallı rayonu, Quba şəhəri və Sumqayıt şəhərində keçirilir

Kursların sonunda imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək.

 Peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd də ödənəcək.

 

Whatsapp Zəng et