Dövlət Məşğulluq Agentliyi ilə “Azerbaijan supermarket” MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan satıcı peşəsi üzrə hazırlıq kursunun ilk qrupu üçün Bakı Peşə Hazırlıq Mərkəzində peşə hazırlığına start verildi. 100-ə dək “işsiz” statusu olan vətəndaşın qatıldığı müsahibədən uğurla keçən 10 müdavim “Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi xəzinədar" peşəsi üzrə nəzəriyyə və təcrübə təlimi alır.
26.09.2022 tarixində açılışı olan 1 aylıqpeşə hazırlığı kursunun hal-hazırda nəzəriyyə mərhələsidir. Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunacaq. Buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar Bravo supermarkelər şəbəkəsində işlə təmin olunacaq.