Paylaşılıb 08 dekabr 2022

Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin üzvləri üçün təşkil olunan kurs yekunlaşdı

Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzinin Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin üzvləri üçün təşkil etdiyi peşə hazırlığı kursu yekunlaşdı. 

Kursun keçirildiyi iki ay müddətində müdavimər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd aldı, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən 14 nəfər  məzuna rəsmi dövlət sertifikatı təqdim olundu.  Onlar,  Atek Uniform və Kirpi Tekstil MMC-də işlə təmin olunacaq.  Növbəti qruplar üçün də “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşə hazırlığı   kursuna qeydiyyat və müsahibələr davam edir.

Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.

Whatsapp Zəng et