Paylaşılıb 14 sentyabr 2022

Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin üzvləri üçün “Tikiş avadanlıqlarının operatoru, tikişçi” kursu təşki olundu

WhatsApp Image 2022-09-14 at 14.37.57

Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzində Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin üzvləri üçün peşə hazırlığı təliminə başlandı. 15 nəfərdən ibarət qrupun peşə hazırlığı kursu 2 ay davam edəcək.

Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş  işsiz vətəndaşlar, Bakı Peşə Hazırlığı Mərkəzində təşkil olunan kurslarda iştirak etmək üçün seçimlərdən keçib. 

Kursun keçirildiyi iki ay müddətində müdavimər, ölkə üzrə təyin olunan minimum əməkhaqqı miqdarında təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Atek Uniform və Kirpi Tekstil MMC-də işlə təmin olunacaq.  

Növbəti qruplar üçün də “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşə hazırlığı   kursuna qeydiyyat və müsahibələr davam edir.

Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.

Whatsapp Zəng et