Quba-Xaçmaz Regional Məşğulluq filialının Grant Garden MMC ilə əməkdaşlığı çərçivəsində, Bakı Peşə Hazırlığı Mərkəzində “Bağban” peşə hazırlığı kursunun müdavimləri buraxılış imtahanı verdi. 2 qrupdan ibarət olan kurslara 29 işsiz vətəndaş cəlb olunmuşdu, 26 müdavim məzun oldu.
05.09.2022-ci il tarixində başlanan, nəzəri təlim, istehsalat təlimi və istehsalat təcrübəsindən ibarət olan kurslar 31.10.2022-tarixində yekunlaşdı. Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olundu, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar işlə təmin olunacaq.