Paylaşılıb 30 dekabr 2022

Bakı Peşə Hazırlığı Mərkəzində bu il 1086 nəfər üçün kurs təşkil olundu

Dövlət Məşğulluq Agentliyi tabeliyində, ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi olan Bakı Peşə Hazırlığı Mərkəzi fəaliyyətində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001 (əməyin təhlükəsizliyi sistemi) standartlarının tələblərini təmin edərək əmək bazarının tələblərinə görə 175 prioritet istiqamət üzrə peşə hazırlığı kursu təşkil edir.

Cari 2022-ci il ərzində Dövlət Məşğulluq Agentliyinin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən 1086 nəfər vətəndaş peşə hazırlığı kurslarına cəlb olunmuşdu.

 “Qənnadçı, şirniyyatçı”, “İstilik şəbəkəsi avadanlıqlarının təmiri üzrə çilingər”, “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru”, “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı nəzarətçi xəzinədar”, “Dərzi” ,”Mühafizəçi”, “Alətçi-çilingər”, “Dayə”, “Mobil telefonların təmiri ustası”,”Alətçi-çilingər”, “BackEnd Developer”, “Minaaxtaran”,”Bağban”, “Proqramla idarə olunan dəzgahların operatoru”,”Vaqon baxıcısı-təmirçisi”, “Hərəkət tərkibinin təmiri çilingəri”,“Ərzaq və qeyri-ərzaq mallarının satıcısı nəzarətçi xəzinədar”, “Proqramla idarə olunan dəzgahların operatoru”,”Alternativ enerji qurğu və avadanlıaqların istismarı”,”Təmirçi-çilingər”,“Ərzaq və qeyri-ərzaq mallarının satıcısı nəzarətçi xəzinədar”,”Bağban”,”Təchizat üzrə agent”,”Dərzi”, “Xalçaçılıq”,”Ofisiant”,”Turizm agenti”, “Əməliyyatçı-mühasib”, “Xalçaçılıq”, “Meyvə-tərəvəz ustası”,”Tikiş avadanlıqlarının operatoru, tikişçi”, “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı nəzarətçi xəzinədar”,”Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru”,”Əl elektrik qaynaq”, “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı nəzarətçi xəzinədar”, “Otel xadiməsi”, “Bağban”, “Qeydiyyatçı” ixtisasları üzrə peşə hazırlığı kursları olmaqla, ümumilikdə 88 qrup təşkil olunmuşdu. 707 nəfər buraxılış imtahanını müvəffəqiyyətlə verərək müvafiq sahədə işlə təmin olunmaq üçün göndəriş aldı.

 

 

Whatsapp Zəng et