Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən .
Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin 15 nəfər üzvü üçün də “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşə hazırlığı kursuna üzvləri üçün peşə hazırlığı təliminə başlandı. 15 nəfərdən ibarət qrupun peşə hazırlığı kursu 2 ay davam edəcək.
Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar, Bakı Peşə Hazırlığı Mərkəzində təşkil olunan kurslarda iştirak etmək üçün seçimlərdən keçib.
Kursun keçirildiyi iki ay müddətində müdavimər, ölkə üzrə təyin olunan minimum əməkhaqqı miqdarında təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Atek Uniform və Kirpi Tekstil MMC-də işlə təmin olunacaq.
Növbəti qruplar üçün də “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşə hazırlığı kursuna qeydiyyat və müsahibələr davam edir.
Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.
Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Hacıqabul rayonunda işsiz şəxslər üçün “Qeydiyyatçı” peşəsi üzrə hazırlıq kursunun tədrisi başlandı.
Hal-hazırda peşə hazırlığı kursuna cəlb olunan vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 7 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu.
1 ay davam edəcək kurs müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun olacaq müdavimlər müvafiq sahə üzrə işlə təmin olunacaq.