Paylaşılıb 22 fevral 2023

“Baku Electronics” MMC-də işləmək üçün satıcı peşəsi üzrə hazırlıq kursu təşkil olundu

Dövlət Məşğulluq Agentliyi ilə “Baku Electronics” MMC arasında əməkdaşlıq çərçivəsində Bakı Peşə Hazırlığı Mərkəzində satıcı peşəsi üzrə hazırlıq kursu təşkil olundu. İlkin müsahibədən uğurla keçən 6 işsiz statusu olan vətəndaş  “Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar” peşəsi üzrə nəzəriyyə və təcrübə təlimi alacaq. 

Kursun davam edəcəyi bir ay müddətində müdavimər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar “Baku Electronics ” MMC  supermarketlər şəbəkəsində işlə təmin olunacaq. 

Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən işsiz vətəndaşlar, işsizlik statusu almaq üçün öncə Regional Məşğulluq Filiallarına və ya  Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi- “DOST” Mərkəzlərinə müraciət edə bilər.

Whatsapp Zəng et