Paylaşılıb 01 fevral 2023

BRAVO marketlər şəbəkəsində işlə təmin olunacaq müdavimlər üçün kursa start verildi

Dövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzinin "Azerbaijan Supermarket” MMC ilə əməkdaşlığı çərçivəsində  bir aylıq "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kursu təşkil olunub. 

31.01.2023 tarixində, ümumilikdə 8 nəfər müdavimin peşə hazırlığını keçməsi üçün qrup təşkil olundu. 1 ay davam edəcək peşə hazırlığı kursunun buraxılış imtahanı müvəffəqiyyətlə verən məzunlar BRAVO marketlər şəbəkəsində ərzaq və qeyri-ərzaq satıcı kassir kimi əmək fəaliyyətinə başlayacaq.

Hal-hazırda peşə hazırlığını keçən müdavimlər, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunur.

Whatsapp Zəng et