Paylaşılıb 17 mart 2023

Bu gün “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursunun açılışı oldu

Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə peşə hazırlığı kursunun açılışı oldu.

21 nəfərdən ibarət qrupun nəzəri və təcrübi kursu 17.03.2023 tarixində başlanıb.

İki ay davam edən kurs müddətində müdavimlərə ölkə üzrə təyin olunan mininum aylıq əməkhaqqı miqdarında təqaüd ödənilirdi. İmtahanını müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Kale tekstil MMC-də işlə təmin olunacaq.  

Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən  vətəndaşlar DOST Agentliyinə və Regional Məşğulluq Filiallarına  müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.

Whatsapp Zəng et