Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzinin “ Gözdən Əlillər Cəmiyyəti ” ilə əməkdaşlığı çərçivəsində xeyriyyə məqsədilə 2 aylıq “Çağrı mərkəzi üzrə operator ” peşə hazırlığı kursu təşkil olundu.
15 nəfər işsiz statusu olan Cəmiyyət üzvü qısamüddətli təlimləri bitirdikdən sonra buraxılış imtahanını müvəffəqiyyətlə keçən məzunlara rəsmi dövlət sertifikatı veriləcək və müvafiq sahədə işlə təmin olunacaq.