Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filialı və Bakı Peşə Hazırlığı Mərkəzinin Şirvan-Salyan ərazisində yerləşən çörək zavodu ilə əməkdaşlığı çərçivəsində təşkil olunan “Çörək ustası” peşəsi üzrə hazırlıq kursunun ilk qrupu üçün peşə hazırlığına start verildi. 100-ə dək “işsiz” statusu olan vətəndaşın qatıldığı müsahibədən uğurla keçən 15 müdavim “Çörək ustası” peşəsi üzrə nəzəriyyə və təcrübə təlimi alacaq.
Kursun davam edəcəyi iki ay müddətində müdavimər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar
Şirvan-Salyan ərazisində yerləşən çörək zavodunda işlə təmin olunacaq.