Paylaşılıb 11 yanvar 2023

Daha 12 nəfər imtahandan müvəffəqiyyətlə keçdi

Dövlət Məşğulluq Agentliyi ilə “Azerbaijan Supermarket” MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan  "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar"  peşəsi üzrə hazırlıq kurslarının müdavimləri məzun oldu.

08.12.2022-10.01.2023 tarixlərində keçirilən peşə hazırlığı müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüdlə təmin olunmuşdu. "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kurslarına qatılan 13 müdavimdən 12 nəfəri buraxılış imtahanını müvəffəqiyyətlə verdi. Onlar, rəsmi dövlət sertifikatı aldıqdan sonra müvafiq sahədə “Bravo” marketlər şəbəkəsində işlə təmin olunacaq.

Whatsapp Zəng et