Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində "Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru" peşəsi üzrə hazırlıq kursunun tədrisinə başlandı.
2 ay davam edəcək kurs müddətində müsahibədən müvəffəqiyyətlə keçən 13 müdavimə lazımi nəzəri biliklər tədris ediləcək, istehsalat təcrübəsi keçmələrinə şərait yaradılacaq. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar "Azərbaycan Dəmir Yolları" QSC-də işlə təmin olunacaqlar.