Dövlət Məşğulluq Agentliyi tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzində 12.09.2022-dən 09.02.2023-dək keçirilən “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru” peşə hazırlığı kursunun müdavimləri buraxılış imtahanı verdi.
Quba-Xaçmaz Regional Məşğulluq filialının göndərişi əsaında, “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq çərçivəsində təşkil olunan kursun yekun imtahanına 10 müdavim qatıldı.
2 ay davam edən kurs müddətində, məzunlara ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilirdi, kursu müvəffəqiyyətlə bitirən şəxslər “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən iş ilə təmin olunacaq.