Paylaşılıb 28 noyabr 2022

"Elektrik qurğularına xidmət və elektrik montyoru" peşəsi üzrə hazırlıq kursunun tədrisi başlandı

Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının göndərişi əsasında Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində "Elektrik qurğularına xidmət və elektrik montyoru"  peşəsi üzrə hazırlıq kursunun tədrisinə başlandı.

2 ay davam edəcək kurs müddətində  müsahibədən müvəffəqiyyətlə keçən 12 müdavimə lazımi nəzəri biliklər tədris ediləcək, istehsalat təcrübəsi keçmələrinə şərait yaradılacaq. Təlimlər başa çatdıqdan sonra imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikat təqdim ediləcək və onlar "Azərbaycan Dəmir Yolları" QSC-də işlə təmin olunacaqlar.

Whatsapp Zəng et