Dövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzinin “Al Market”lə əməkdaşlığı çərçivəsində iki aylıq "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kursu təşkil olunub.
Ümumilikdə 10 nəfər müdavimin peşə hazırlığını keçməsi üçün qrup təşkil olunmuşdu. 01.12.2022 tarixində buraxılış imtahanlarını müvəffəqiyyətlə verən qrupun 6 müdavimi məzun oldu. Onlar, “Al Market” mağazalarında ərzaq və qeyri-ərzaq satıcısı, kassir kimi əmək fəaliyyətinə başlayacaq.
Peşə hazırlığını keçən müdavimlər, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunurdu.
"Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kurslarına qeydiyyat davam edir. Kurslarda iştirak etmək istəyən vətəndaşlar, yerli Regional Məşğulluq Filiallarına və DOST Mərkəzlərinə müraciət edərək “işsiz” statusu aldıqdan sonra Bakı Peşə hazırlığı Mərkəzində peşə hazırlığına cəlb olunacaq.