Dövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzinin "Azerbaijan Supermarket” MMC ilə əməkdaşlığı çərçivəsində bir aylıq "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kursu təşkil olunub.
13.03.2023-cü il tarixində, ümumilikdə 10 nəfər müdavimin peşə hazırlığını keçməsi üçün qrup təşkil olundu. 1 ay davam edəcək peşə hazırlığı kursunun buraxılış imtahanı müvəffəqiyyətlə verən məzunlar BRAVO marketlər şəbəkəsində ərzaq və qeyri-ərzaq satıcı kassir kimi əmək fəaliyyətinə başlayacaq.
Hal-hazırda peşə hazırlığını keçən müdavimlər, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunur.
"Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kurslarına qeydiyyat davam edir. Kurslarda iştirak etmək istəyən vətəndaşlar, DOST mərkəzlərinə və Regional Məşğulluq Filiallarına müraciət edərək “işsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkəzində peşə hazırlığına cəlb olunur.