Paylaşılıb 27 oktyabr 2022

"Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşəsi üzrə hazırlıq kurslarının müdavimləri məzun oldu

Dövlət Məşğulluq Agentliyi ilə “Azerbaijan Supermarket” MMC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan  "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar"  peşəsi üzrə hazırlıq kurslarının müdavimləri məzun oldu.

Bir və iki ay davam edən peşə hazırlığı kursları ərzində müdavimər ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüdlə təmin olunmuşdu. "Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar"  peşəsi üzrə hazırlıq kurslarına qatılan 18 müdavimdən 13-ü buraxılış imtahanını müvəffəqiyyətlə verdi. Onlar, rəsmi dövlət sertifikatı aldıqdan sonra müvafiq sahədə “Bravo” marketlər şəbəkəsində işlə təmin olunacaq.

Bakı Peşə Hazırlığı Mərkəzində təqaüd alaraq əmək bazarının tələblərinə uyğun peşəyə yiyələnib, rəsmi dövlət sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən işsiz və işaxtaran  vətəndaşlar, bu statusu almaq üçün öncə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi - “DOST” mərkəzlərinə və ya Regional Məşğulluq filiallarına müraciət edə bilər.

 

Whatsapp Zəng et