FOTOHESABAT-"Dərzi 6" peşə hazırlığı kursunun təcrübə mərhələsi davam edir
Dövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzində “Dərzi” peşə hazırlıq kursunun 6-cı qrupun peşə hazırlıqlarının istehsalat təcrübəsi davam edir. 15.03.2022 tarixində başlanan kurs, iki ay davam edəcək.
Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş işsiz vətəndaşlar, Bakı Peşə Hazırlıq Mərkəzi və Bakı Tikiş Evinin birgə təşkil etdiyi kurslarda iştirak etmək üçün seçimlərdən keçib.
Kursun keçirildiyi iki ay müddətində müdavimər təqaüd alır, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim olunacaq və onlar Bakı Tikiş Evində işlə təmin olunacaq.
Növbəti qruplar üçün də ''Dərzi'' kursuna qeydiyyat və müsahibələr davam edir.
Sertifikat alıb yüksək məvacibli işlə təmin olunmaq istəyən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayon sakinləri olan vətəndaşlar DOST Agentliyinə müraciət edə bilər. “İşsiz” statusu aldıqdan sonra Bakı Peşə Hazırlığı Mərkəzində müvafiq peşə hazırlığına cəlb olunub, münasib işlə təmin oluna bilər.