Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Hacıqabul rayonunda işsiz şəxslər üçün “Ofisiant” peşə hazırlığı kursunun tədrisi başlandı.
Hal-hazırda peşə hazırlığı kursuna cəlb olunan vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 10 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu.
1 ay davam edəcək kurs müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun olacaq müdavimlər “Qədir Xum ailəvi istirahət mərkəzi”ndə işlə təmin olunacaq.