Paylaşılıb 23 may 2023

“Helpdesk” (yardım masası) mütəxəssisi peşəsi üzrə hazırlıq kursu təşkil edilib

Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən “Helpdesk” (yardım masası) mütəxəssisi peşəsi üzrə hazırlıq kursu təşkil edilib.

"A Plus Global" MMC ilə əməkdaşlıq çərçivəsində təşkil edilən kursa işəgötürənin meyarları əsasında seçim aparılmaqla 14 işsiz statusu olan şəxs cəlb edilib. Kurs, 18.05.2023 tarixində başlanıb, 3 ay davam edəcək. 

Nəzəri biliklərin tədrisindən sonra müdavimlər gələcək iş yeri olan  "A Plus Global" MMC-də istehsalat təcrübəsi keçəcək.

Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər peşə hazırlığı keçdikləri sahə üzrə əmək fəaliyyətinə başlayacaq.

Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.

 

Whatsapp Zəng et