Paylaşılıb 24 may 2023

"İnsan resursları mütəxəssisi" peşəsi üzrə təşkil olunan kurs yekunlaşdı

Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən  "İnsan resursları mütəxəssisi" peşəsi üzrə təşkil olunan kursun müdavimləri buraxılış imtahanı verdi.

 Bakı Peşə Hazırlığı Mərkəzi ilə  "Humanex" MMC-nin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa işəgötürənin təyin etdiyi meyarlar əsasında seçim aparılmaqla 15 işsiz şəxs cəlb olunmuşdu, onlardan 14 nəfər imtahandan müvəffəqiyyətlə keçərək məzun oldu. Hazırda həmin şəxslərin müvafiq sahə üzrə əmək fəaliyyətinə başlaması prosesi davam edir.

Qeyd edək ki, müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödənilirdi.

 

 

 

Whatsapp Zəng et