Paylaşılıb 30 noyabr 2022

"İstixana operatoru" peşə hazırlığı kursuna start verildi

Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Salyan rayonunda işsiz şəxslər üçün - "İstixana operatoru" peşə hazırlığı kursu təşkil olundu.

Vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundmuşdu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 6 nəfər sözügedən peşə hazırlığı kurslarına cəlb olundu. Tədris planına uyğun olaraq 1 ay davam edəcək kurs müddətində, vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək. Buraxılış imtahanından müvəffəqiyyətlə keçən müdavimlər məzun ola biləcək və tədris aldıqları peşə ixtisasına uyğun işlə təmin olunacaq.

Whatsapp Zəng et