Paylaşılıb 13 fevral 2023

Lənkəranda 20 nəfərlik peşə hazırlığı kursu təşkil olundu

Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən Lənkəran şəhərində  işsiz şəxslər üçün “Ofisiant” peşə hazırlığı kursunun tədrisi başlandı.  

Hal-hazırda peşə hazırlığı kursuna cəlb olunan vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 20 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu.

1 ay davam edəcək kurs müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun olacaq müdavimlər “Marsel otel”də işlə təmin olunacaq.

 

Whatsapp Zəng et