Paylaşılıb 22 fevral 2023

Lənkəranda 47 müdavim üçün peşə hazırlığı kursu təşkil olundu

Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən Lənkəran şəhərində işsiz şəxslər üçün  2 qrup “Toxumçuluq, şitilçilik və tingçilik mütəxəssisi” və 1 qrup  “Qeydiyyatçı” peşə hazırlığı kursu təşkil olundu 

Hal-hazırda peşə hazırlığı kursuna cəlb olunan vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 47 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu.

Kurs müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödəniləcək, buraxılış imtahanından müvəffəqiyyətlə keçərək məzun olacaq müdavimlər “Astara çay” MMC və  “TURKOM” MMC -də işlə təmin olunacaq.

Whatsapp Zəng et