Paylaşılıb 24 fevral 2023

Lənkəranda "Mebel ustası" peşə hazırlığı kursu təşkil olundu

Dövlət Məşğulluq Agentliyinin Lənkəran Astara Regional Məşğulluq filialının göndərişii əsasında Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən "Mebel ustası" peşəsi üzrə hazırlıq kursu təşkil edilib.

Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Cənub-2000” MMC-nin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa işəgötürənin təyin etdiyi meyarlar əsasında seçim aparılmaqla 11 işsiz şəxs kursa cəlb edilib.

Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər müvafiq sahə üzrə əmək fəaliyyətinə başlayacaq.

Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.

 

Whatsapp Zəng et