Paylaşılıb 13 mart 2023

Lənkəranda "Otel xadiməsi" peşəsi üzrə hazırlıq kursu təşkil edilib

Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən Lənkəranda "Otel xadiməsi" peşəsi üzrə hazırlıq kursu təşkil edilib.

Lənkəran-Astara RMF  ilə "Turkom” MMC-nin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa işəğötürənin meyarları əsasında seçim aparılmaqla 12 işsiz şəxs cəlb edilib. Kurs, 10.03.2023 tarixində başlanıb, 1 ay davam edəcək. 

Nəzəri biliklərin tədrisindən sonra müdavimlər gələcək iş yeri- "Palıdlı sahil"-də istehsalat təcrübəsi keçəcəklər.

Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər peşə hazırlığı keçdikləri sahə üzrə əmək fəaliyyətinə başlayacaq.

Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.

Whatsapp Zəng et