Lənkəran-Astara Regional Məşğulluq filialının göndərişi əsasında, Bakı Peşə Hazırlığı Mərkəzi Lənkəran şəhərində “Toxumçuluq, şitilçilik və tingçilik mütəxəssisi” peşə hazırlığı kursunu təşkil etdi.
9 nəfər işsiz vətəndaş üçün təşkil olunan kurs 2 ay davam edəcək. Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olundu, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar Miran-19 MMC işlə təmin olunacaq.