Paylaşılıb 26 dekabr 2022

Lənkəranda "Vaqon baxıcısı-təmirçisi" peşəsi üzrə hazırlıq kursunun buraxılış imtahanı keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsindəLənkəran şəhərində təşkil olunan "Vaqon baxıcısı-təmirçisi" peşəsi üzrə hazırlıq kursunun buraxılış imtahanı keçirildi.

İlkin mərhələdə 16 işsiz şəxsin cəlb olunduğu 2 aylıq kurs müddətində müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahə üzrə istehsalat təcrübəsi keçmələri üçün də lazımi şərait yaradılıb.

Kursu müvəffəqiyyətlə bitirən 14 şəxsin Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində işlə təmin olunma prosesinə başlanılıb. Tədris müddəti ərzində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödənilib.

Bakı Peşə Hazırlığı Mərkəzi ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında imzalanan Memoranduma əsasən, tərəflər işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi,  onların peşə hazırlığı kurslarına cəlb olunması və ixtisaslı kadr kimi əmək bazarına inteqrasiya olunması istiqamətində sıx əməkdaşlıq edəcək.

Whatsapp Zəng et