Paylaşılıb 15 mart 2023

Masallıda “Tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki" peşəsi üzrə hazırlıq kursu təşkil olundu

Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən Masallıda “Tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki" peşəsi üzrə hazırlıq kursu təşkil edilib.

Lənkəran-Astara Regional Məşğulluq Filialı  ilə “Bioloji Təbabət” MMC-nin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa işəgötürənin meyarları əsasında seçim aparılmaqla 6 işsiz şəxs cəlb edilib. Kurs, 15.03.2023 tarixində başlanıb, 2 ay davam edəcək. 

Nəzəri biliklərin tədrisindən sonra müdavimlər gələcək iş yeri- “Bioloji Təbabət” MMC-nin Masallı filialının Davamlı İnkişaf Mərkəzində istehsalat təcrübəsi keçəcəklər.

Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər peşə hazırlığı keçdikləri sahə üzrə əmək fəaliyyətinə başlayacaq.

Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.

Whatsapp Zəng et