Paylaşılıb 15 mart 2023

Masallıda "Xadimə'" peşəsi üzrə hazırlıq kursu təşkil edildi

Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən Masallıda "Xadimə'" peşəsi üzrə hazırlıq kursu təşkil edilib.

Lənkəran-Astara RMF  və “Bioloji Təbabət” MMC-nin Masallı filialının Davamlı İnkişaf Mərkəzi ilə əməkdaşlığı çərçivəsində təşkil edilən kursa işəğötürənin meyarları əsasında seçim aparılmaqla 5 işsiz şəxs cəlb edilib. Kurs, 15.03.2023 tarixində başlanıb, 1 ay davam edəcək. 

Nəzəri biliklərin tədrisindən sonra müdavimlər gələcək iş yeri- “Bioloji Təbabət” MMC-də istehsalat təcrübəsi keçəcəklər.

Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər peşə hazırlığı keçdikləri sahə üzrə əmək fəaliyyətinə başlayacaq.

Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.

Whatsapp Zəng et