Paylaşılıb 01 iyul 2022

Məzunlar AL Marketdə işlə təmin olundu

"Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" kursunun müdavimləri işlə təmin olundu.

Dövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzinin “Al Market”lə əməkdaşlığı çərçivəsində iki aylıq "Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kursu təşkil olunub. 

Ümumilikdə 30 nəfər müdavimin peşə hazırlığını keçməsi üçün 3 qrup təşkil olunmuşdu. 24.06.2022 tarixində,  buraxılış imtahanlarını müvəffəqiyyətlə verən ilk qrupun 8 müdavimi məzun oldu. Sertifikatları təqdim olunan məzunlar “Al Market”nmağazalarında ərzaq və qeyri-ərzaq satıcı kassir kimi əmək fəaliyyətinə başlayacaq.

Hal-hazırda peşə hazırlığını keçən müdavimlər  də, kurs müddətində ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunur, buraxılış imtahanını müvəffəqiyyətlə verdikdən sonra onlar da məzun olub, işlə təmin olunacaq.

"Ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar" peşə hazırlığı kurslarına qeydiyyat davam edir. Kurslarda iştirak etmək istəyən vətəndaşlar, DOST mərkəzlərinə müraciət edərək “işsiz” statusu aldıqdan sonra Bakı Peşə hazırlığı Mərkəzində peşə hazırlığına cəlb olunur.

 

Whatsapp Zəng et