Paylaşılıb 03 fevral 2023

Məzunlara sertifikatlar təqdim olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində, Şirvan şəhərində təşkil olunan "Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru" peşəsi üzrə hazırlıq kursu başa çatıb.

10 işsiz şəxsin cəlb olunduğu 2 aylıq kurs müddətində müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahə üzrə istehsalat təcrübəsi keçmələri üçün də lazımi şərait yaradıldı.

Kursu müvəffəqiyyətlə bitirən şəxslərə sertifikatlar təqdim olunub və onların "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində işlə təmin olunma prosesinə başlanılıb. Tədris müddəti ərzində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödənilib.

 

Whatsapp Zəng et