Paylaşılıb 13 sentyabr 2022

“Ofisiant” peşə hazırlığı kursunun təlimləri yekunlaşdı

Bakı Peşə Hazırlığı Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Hacıqabul rayonunda işsiz şəxslər üçün “Ofisiant” peşə hazırlığı kursunun təlimləri yekunlaşdı. Hal-hazırda peşə hazırlığı kursuna cəlb olunan vətəndaşlar, Dövlət Məşğulluq Agentliyinin müvafiq Regional Məşğulluq filialına müraciət edərək işsiz statusu aldıqdan sonra, ixtisas seçimlərinə görə onlara təklif olunan peşə hazırlığı kurslarında iştirak üçün ilkin müsahibəyə cəlb olundmuşdu. Müsahibələrdən müvəffəqiyyətlə keçən 10 nəfər sözügedən peşə hazırlığı kursuna cəlb olundu. 1 ay davam edən kurs müddətində vətəndaşlara ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüd ödənildi, buraxılış imtahanından müvəffəqiyyətlə keçən 7 müdavim məzun oldu. Onlar, “Qədir Xum ailəvi istirahət mərkəzi”ndə işlə təmin olunacaq.

Whatsapp Zəng et