Paylaşılıb 15 iyul 2022

“Platforma növbətçisi” istiqaməti üzrə peşə hazırlığı kursu yekunlaşıb

Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlıq çərçivəsində təşkil olunan “vaqon baxıcısı-təmirçisi” peşəsi, “platforma növbətçisi” istiqaməti üzrə hazırlıq kursu müvəffəqiyyətlə yekunlaşdı. 

4 may 2022-ci il tarixində başlayan və işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən peşə hazırlığı kursunda 12 nəfər müdavim iştirak edib. Müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə istehsalat təcrübəsi keçmələri üçün lazımi şərait yaradılıb.

Tədris müddəti ərzində müdavimlər ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı miqdarında təqaüdlə təmin olundu.

Peşə hazırlığını müvəffəqiyyətlə bitirən müdavimlərə sertfikat təqdim olunub və hər bir müdavim Bakı Metropolitenində işlə təmin olunub.

Whatsapp Zəng et