Dövlət Məşğulluq Agentliyi nəzdində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzinin Lənkəran şəhərində təşkil etdiyi “Proqramla idarə olunan dəzgah operatoru” kursunun müdavimlərinə sertifikatlar təqdim olundu.
Azərsun Lənkəran Konserv Zavodu ASC və Gilan Lənkəran Konserv Zavodu ilə əməkdaşlıq çərçivəsində təşkil olunan kurslarda ümumilikdə 28 müdavim peşə hazırlığına cəlb olundu, 21 nəfər məzun oldu.
Kurs zamanı iştirakçılara nəzəri biliklər aşılandı və onlar istehsalat təcrübəsinə cəlb olundu. 2 ay davam edən kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənildi. Kursu müvəffəqiyyətlə bitirən 21 nəfər Azərsun Lənkəran Konserv Zavodu ASC və Gilan Lənkəran Konserv Zavodunda iş ilə təmin olunacaq.